KOBALT

I
сущ. хим. кобальт:
1. химический элемент, серебристо-белый металл тверже железа; применяется в промышленности. Təbii kobalt естественный кобальт, kobalt 2-xlorid двухлористый кобальт
2. прочная синяя краска, изготовляемая из окиси кобальта
II
прил. кобальтовый:
1. относящийся к кобальту. Kobalt ərintiləri кобальтовые сплавы, kobalt filizləri кобальтовые руды
2. цвета кобальта, ярко-синий. Kobalt rəngi кобальтовый ц вет.
KOASERVASİYA
KOBALTİN
OBASTAN VİKİ
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əbcəd زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. == Adı == Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əbcəd زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. == Tərkibi == Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun vəziyyətini yaхşılaşdırır. Kobalt qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşularının sintezini artırır.
Qarasu kobalt təzahürü
== Ümumi məlumat == Təzahür Qızılqaya dağından cənub-qərbdə Qarasuçayın sağ sahilində yerləşir. == Geoloji quruluşu == Təzahürün geoloji qurluşunda orta-turş tərkibli Üst santon yaşlı vulkanitlər iştirak edir. Qeyd olunan süxurlar Üst santon yaşlı ekstruziv kütlələrlə və qırılma strukturları ilə mürəkkəbləşmişlər. Burada qeyd olunan qırılmalar, əsasən şimalqərb istiqamətli olub güclü əzilmə, kaolinləşmə, bəzən limonitləşmə ilə müşayiət olunurlar. Bu zonaların qalınlığı 0,5 m.-dən 8-10 m.-ə kimi dəyişir. Zonaların bir çox intervalları manqan minerallaşması daşıyır. Bundan başqa bu zonaların bəzilərində yüksək radioaktivlik qeyd olunmuşdur. Radioaktivliyin təbiətini öyrənmək üçün 1964- 1965-ci illərdə burada xüsusi təyinatlı axtarış işləri aparılmış, nəticədə bu zonaların bir neçəsində kobaltın nibətən yüksək miqdarı 0,01-0,05%, bir zonada isə sənaye əhəmiyyətli miqdarı hər sınaqda 0,01-1,32% qeyd olunmuşdur.
Şimali Daşkəsən kobalt yatağı
Şimali Daşkəsən kobalt yatağı — yataq Daşkəsən dəmir filizi yatağından şimalda, Daşkəsən intruzivinin posmaqmatik prosesləri ilə əlaqədar olub, şimal istiqamətli qırılma strukturlarında intişar tapmışdır.Yataq 1884-cü ildə "Siemens" firması tərəfindən aşkar olunmuş və həmin firma tərəfindən yataqdan 12 ton kobalt çıxarılaraq Almaniyaya aparılmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Şimali Daşkəsən kobalt yatağında yenidən kəşfiyyat işlərinə başlanmışdır. Yataq bir neçə horizontda yeraltı dağ qazmaları ilə dəqiq öyrənilmiş və Dövlət Ehtiyatlar Komissiyasında təsdiq olunmuşdur. Yataq bir zamanlar SSRİ-nin kobalta olan təlabatının 60%-ə qədərini ödəmişdir. Kobalt filizini saflaşdırmaq üçün yatağın yanında filizsaflaşdırma kombinatı tikilmişdir. Saflaşdırılmış kobalt filizi Rusiyaya aparılırdı. Yatağın əsas ehtiyatları demək olar ki, tamamilə çıxarılıb aparılmışdır.
Kobaltasetat
Kobalt asetat (II) Со(CH3COO)2 - sirkə turşusunun kobalt duzu. Tetrahidrat şəklində sulu məhlullardan kristallaşır - qırmızı kristallardı. == Alınması == Kobalt asetatı sirkə turşusunun kobalt asetatla СоСО3 və ya kobalt hidrokdid ilə Со(OH)2 reaksiyası zamanı almaq olar C o ( O H ) 2 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + 2 H 2 O {\displaystyle {\mathsf {Co(OH)_{2}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+2H_{2}O}}} C o C O 3 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {CoCO_{3}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+H_{2}O+CO_{2}\uparrow }}} == Kimyəvi xassələri == Hiqroskopikdir. Suda (25 ° C-də 33,7%), sirkə turşusunda, izobutil və amil spirtində, amil asetatda yaxşı həll olunur, etanolda az həll olunur (25 ° C-də 0,29%). 1400 C-də kristallohidrat susuzlaşır və qismən parçalanma baş verir. Susuz kobalt asetat açıq – çəhrayi rəngdədir, sirkə anhidridinin kobalt nitrata Co(NO3)2 təsirindən alına bilər. Ozonla oksidləşərək və ya sirkə turşusunda elektroliz zamanı üç valentli kobalt asetat Со(ОСОСН3)3, əmələ gəlir. Açıq yaşıl kristallar şəklində kristallaşır və ~ 1000 C parçalanır. == Tətbiqi == Kobalt asetat boyalar, laklar, qurutma yağları, şüşə, keramika, piqmentlər, sintetik liflərin istehsalında istifadə olunur. Sənayedə kobalt asetat oksosintez katalizatorları əldə etmək üçün tətbiq olur.
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). == Xassələri == Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).

Digər lüğətlərdə

барнау́лка власть впотьма́х же́ртвенный лучи́ться миллимикро́н перепоя́сываться пирке́ прайм-та́йм формалисти́чность нала́дчица неприве́тный понемно́жку слезоотделе́ние удружа́ть факт chordal disarmament machine time porcupine иероглиф прагматизм призёр сбегать становиться