1. Texnoloji proses cəhətdən bir-birilə bağlı olan bir neçə müəssisəni birləşdirən iri sənaye müəssisəsi, yaxud texnoloji cəhətdən bir-biri ilə bağlı olmayan bir sənaye sahəsinə aid müəssisələrin inzibati birləşməsi. Süd-ət kombinatı.
– …İpəktoxuyan kombinatda yüzlərlə ixtisaslı fəhlə çalışır.
Bizə ət kombinatından belə bir ərzə gəlib; Ki, soyuqdan üşüyən mal-qaralar qeyzə gəlib.
// Yerli sənayedə xırda istehsalatlar, yaxud məişət xidməti müəssisələri birləşməsi. Rayon sənaye kombinatı. Məişət xidməti kombinatı.
2. Zavod və müəssisələr yanında müxtəlif dərəcəli məktəblər birləşməsi. Tədris kombinatı.