KOMBAYN
KOMETA
OBASTAN VİKİ
Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
== Məzmun == Elmi-kütləvi filmdir. Filmdə kimya kombinatlarının işindən və kimya texnologiyasının inkişaf problemlərindən danışılır. Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru, akademik M. Nağıyev filmdə aparıcı rolunda çıxış edir. Burada texniki multiplikasiyadan geniş istifadə olunmuşdur. == Film haqqında == Film Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyası Nəzəri Problemlər İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: İtta Qardaş Operator: Aleksandr Milov Multiplikasiya üzrə rəssam: Nazim Məmmədov, Bəhmən Əliyev Səs operatoru: Vladimir Savin Aparıcı: M.Nağıyev (Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru, akademik) == Sponsor == Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyası Nəzəri Problemlər İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Kombinatorial məntiq
Kombinatorial məntiq — formal məntiqi sistemlərin və ya kalkulyasiyanın əsasları (yəni izah edilməli və təhlil edilməməsi lazım olmayan) ilə əlaqəli riyazi məntiqin bir istiqaməti. Diskret riyaziyyatda kombinatorial məntiq hesablama proseslərini izah etdiyi üçün lambda hesablanması ilə sıx əlaqəlidir. Yarandığı gündən bu yana kombinatorial məntiq və lambda hesablamaları qeyri-klassik məntiq kimi təsnif edilmişdir. Məsələ burasındadır ki, kombinatorial məntiq 1920-ci illərdə və lambda hesablamaları — 1940-cı illərdə kifayət qədər müəyyən edilmiş bir məqsədi olan metamatikanın bir qolu kimi — riyaziyyata əsas vermək üçün yaranmışdı. Bu o deməkdir ki, həqiqi xarici mühitdə baş verən prosesləri və hadisələri əks etdirən, tələb olunan "tətbiq olunan" riyazi nəzəriyyə — mövzu nəzəriyyəsi quraraq, "saf" metatoriyasını mövzu nəzəriyyəsindən imkanlarını və xüsusiyyətlərini müəyyənləşdirmək üçün bir qabıq kimi istifadə etmək olar. Tezliklə məlum oldu ki, bu sistemlərin hər ikisini proqramlaşdırma dilləri kimi qəbul etmək olar (bax kombinatorial proqramlaşdırma). İndiyə qədər bu dillərin hər ikisi yalnız kompüter elmləri sahəsində bütün tədqiqat kütləsi üçün əsas olmur, həm də proqramlaşdırma nəzəriyyəsində geniş istifadə olunur. Kompüterlərin hesablama gücünün artması nəzəri (məntiqi və riyazi) biliklərin əhəmiyyətli bir hissəsinin avtomatlaşdırılmasına və lambda hesablamaları ilə birlikdə kombinatorial məntiq obyektlər baxımından düşüncə üçün əsas kimi qəbul edilir. == Əsas anlayış == Kombinatorial məntiqdə tək yerlik bir funksiya və bir funksiyanın bir arqumentə (tətbiqə) tətbiq olunması əsas anlayışlardır. Funksiya ümumiyyətlə başa düşülür və arqumentlər və dəyərlər kimi bərabər səviyyədə olan obyektlərləişləyə bilər.
Kombinatorika
Kombinatorika — diskret obyektləri, çoxluqları (uyğunluq, yerdəyişdirmə, yerləşmə) və onlar arasındakı münasibətləri öyrənən riyaziyyatın bölməsi. Kombinatorika həm riyaziyyatın başqa sahələri ilə (cəbr, həndəsə, ehtimal nəzəriyyəsi), həm də başqa elm sahələri (məsələn, genetika, informatika, statistik fizika) ilə əlaqəlidir. "Kombinatorika" termini riyazi elmə ilk dəfə 1666-cı ildə Leybnits tərəfindən daxil edilmişdir.
Naxçıvan Xalça Kombinatı
Naxçıvan Xalça Kombinatı — yüngül sənaye müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası "Xalq üçün mallar" Dövlət konserinə daxildir. Tikintisinə 1979-cu ildə başlanmışdır. Ümumi sahəsi 50000 m², istehsal sahəsi 3000 m²,yadımçı bina və tikililərin sahəsi isə 10000 m²-ə yaxındır. Layihə gücü ildə 2,5 mln. m² xalça və xalça məlumatları istehsalı olacaq kombinatda üçnönvbəli iş rejimində 2500 nəfərdən artıq fəhlə və qulluqçunun çalışması nəzərdə tutulur. Kombinat, əsasən, iki fabrikdən — əyirici (sahəsi 15000) və toxucu (sahəsi 15000) fabrikdən ibarətdir. 1998-ci ilin yanvar ayında Boyxana,hazırlayıcı, aparat-darayıcı, əyirici sexlərindən ibarət əyirici fabrik istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətilə əlaqədar toxucu fabrikinin tikintisi hələlik tamamlanmamışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Ordubad ipək kombinatı
Yusif Məmmədəliyev adına Ordubad ipək kombinatı — Ordubadda yerləşən yüngül sənaye müəssisəsi. Fabrik baramadan xam ipək və cod ipək parça istehsal edir. Ordubadda Avropa tipli baramaaçan fabriklərinin tikintisinə 1870-ci ildə başlanılmışdı. İndiki fabrik 1883-cü ildə istifadəyə verilmişdir. 1893-cü ildə 12 kiçik fabrik fəaliyyət göstərirdi. 1910-cu ildə onlar 7 fabrikdə birləşdirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin fabriklər 1929-cu ildə həmin fabrikdə cəmləşdirilmişdir. Fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar tətbiq edilmiş, çeşmələrin sayı 1935-ci ildə 320, 1969-cu ildə 1860 ədədə çatdırılmışdır. 1970-ci ildə toxucu sexi istifadəyə verilmişdir. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s.
Qarabağ İpək Kombinatı
26 Bakı komissarı adına Qarabağ İpək Kombinatı (azərb-kiril. 26 Бакы комиссары адына Гарабағ Ипәк Комбинаты) — Azərbaycan SSR-də yüngül sənayesi müəssisəsi. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olan Xankəndi şəhərində yerləşirdi. Kombinat baramaaçma, eşmə və toxuma sahələrini birləşdirmiş, xam ipək, eşmə ipək, cod ipək parça buraxırdı. 1926–1928 illərdə işə salınmışdır. 1934-cü ildə ipəktoxuma istehsalına başlanılmışdır. 1954-cü ildə yeni toxuculuq fabriki işə salınmındır. 1955-ci ildə bunların əsasında Qarabağ ipək kombinatı təşkil edilmişdir. Kombinatın baramaaçma istehsalatı 196 baramaaçma teşti və 48 avtomat baramaaçma dəzgahı ilə təchiz edilmişdir. 1977-ci ilin məlumatına görə, bir baramaaçma teştinin illik istehsalı 571 kq-dır.
Süd kombinatında (film, 1960)
== Məzmun == Televiziya oçerki Bakı Süd Kombinatı haqqında, burada çalışan əmək adamları barədə söhbət açır.
Azərbaycan Kağız və Karton İstehsal Kombinatı
Azərbaycan Kağız və Karton İstehsal Kombinatı — Azərbaycanda kağız və karton məhsulları istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == 1980-ci illərdə Xırdalan şəhəri, keçid 1232 ünvanında fəaliyyət göstərmiş Karton Fabriki, 1997-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olub. Holdinqin nəzdində istehsalat fəaliyyətinə başlayan müəssisə 1997-2008-ci illərdə “Karton Tara”, 2008-2011-ci illərdə “Xırdalan Karton Fabriki” ASC kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən müəssisənin istehsal sahələri daha da genişlənərək “Azərbaycan Kağız və Karton İstehsalı Kombinantı” olaraq fəaliyyətini davam etdirməkdədir. Hazırda AKKİK-nin nəzdində təmizlik kağızları istehsalı fabriki, xammal tədarük departamenti, Xırdalan karton fabriki və kağızın təkrar emalı fabriki fəaliyyət göstərir. == Məqsədi == “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” əsasən ölkə ərazisində toplanan kağız tullantılarından karton istehsalında xammal kimi istifadə edərək müxtəlif çeşiddə kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlarda büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetləri, ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir. == Kağızın Təkrar Emalı Fabriki == “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” yə daxil olan “ Təkrar Kağız Emalı Fabriki”, “Azərsun Holdinq” tərəfindən böyük həcmdə investisiyalar ayrılaraq 2011-ci ildən etibarən H.Z. Tağıyev qəsəbəsində yerləşən Azərsun Sənaye Parkı ərazisində qurulmağa başlamış və 25 Fevral 2014-cü ildə ölkə prezidenti İlham Əliyevin açılışı ilə istismara verilmişdir. Müəssisədə ölkənin bütün bölgələrindən toplanmış tullantı kağızlarına yeni bir “nəfəs” verilərək yenidən kağız halına salınır və beləcə müəssisə nəinki Azərbaycanın, bütün dünya təbiətinin qorunmasına böyük töhfə vermiş olur. Müəssisə ISO 9001-2008 sertifikatına layiq görülmüşdür.

Значение слова в других словарях

бербе́рка иегови́стский кри́венький лизоблю́дница опра́стываться усе́яться фолькло́рность щети́нистый архео́граф доро́га закла́дывать замы́згиваться порабощённый собо́лий унита́з фонта́нный dog's-parsley gorblimy heddle send-up styptic workflow земной сковать унывать