Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoşab
Hoşaf, quru meyvələrin şəkər suyu ilə qaynadılaraq türk mətbəxində hazırlanan bir desertdir. Adı fars dilində “təmiz su” mənasını verən xoş ab (خوشآب) sözündən gəlir. Hoşaf xüsusilə Ramazan ayında və təzə meyvə ilə hazırlanan komposta, kompot kimi soyuq şəkildə içilir.
Xoşab şəhristanı
Xoşab şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Soltanabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,600 nəfər və 9,944 ailədən ibarət idi.
Məlik Xoşabə
Məlik Xoşabə Yusif (süry. ܡܠܟ ܚܕܒܫܒܐ ܝܘܣܦ; 1877 – 1952, İraq) — aysor hərbi lideri, Tyari qəbiləsinin məliki. O, Birinci Dünya müharibəsi zamanı Assuriya müstəqillik hərəkatında mühüm rol oynamışdır. Sonrakı həyatda Xoşabə aysorlar arasında böyük mübahisələrə səbəb olmuşdur. O, bir çoxları tərəfindən, xüsusən 1932-ci ildə yeni yaradılmış və ərəblərin dominantlıq etdiyi İraq dövlətində Assuriya muxtariyyətinin işini sarsıtmaqda bölücü fiqur kimi görünürdü. Britaniya ordusunun zabiti Ronald Sempill Staffordun dediyinə görə, Xoşabə öz arvadını və qızını əxlaqsız hərəkətlər etdiyinə inanaraq öldürmüşdür.
Xoşabad (Nəmin)
Xoşabad (fars. خوش اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (20 ailə).
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Xoşa Göl (Bicar)
Xoşa Göl (fars. خوشه گل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (13 ailə). Əhalisini kürdlər təşkil edir.
Xosa dili
Xosa dili — Cənubi Afrika Respublikasının rəsmi dillərindən biridir. Bantu dillərindəndir və təxminən 7.9 milyon nəfər tərəfindən danışılır.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Boşqab
Boşqab - üzərində yemək verilə bilən geniş, əsasən düz qabdır. Bir boşqab mərasim və ya dekorativ məqsədlər üçün də istifadə edilə bilər. Boşqabların əksəriyyəti dairəvidir, lakin onlar istənilən formada ola bilər və ya suya davamlı materialdan hazırlana bilər.
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Hoşaf
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Xondab
Xondab - İranda Mərkəzi ostanında bir şəhər. Xondab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,982 nəfər və 1,787 ailədən ibarət idi. Bu şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xəştab
Sarılı Xəştab
Şorab
Şorab (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Şorab (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Hoşap qalası
Hoşap qalası — orta əsrlərə aid olub Vana təxminən 50–60 km arası məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı pozulmadan günümüzə çatmışdır. Qapının üzərində tikintisi ilə bağlı Fars dilində kitabə və aslan şəkilləri yerləşir.
Hritrik Roşan
Hrithik Roşan (10 yanvar 1974, Bombey) — məşhur hind aktyorudur.
Korab şəlaləsi
Korab şəlaləsi (Proyfel) — Makedoniya Respublikasının qərbində, Albaniya ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Mavrovo Milli Parkı ərazisində yerləşir. Dlaboça çayının yuxarı axarlarındadır. Dlaboça çayı öz növbəsində Radika çayının hövzəsinə daxildir. Şəlalə Korab dağının ətəklərindən aşağı doğru axır. Şəlalə Mal-Korab dağının ətəklərinə yağan qarın əriməsi sayəsində formalaşır. Şəlalənin intensivliyi mövsümdən alılı olaraq dəyişir. Korab şəlaləsi nəyinki Makedoniyanın həm də bütün Balkan yarımadasının ən hündür şəlaləsidir. İnzibati baxımından Makedoniyanın Mavrovo və Rostuşa rayonu ərazisinə daxildir. == Təsviri == Onun ölçüləri ölçmə xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Xoca Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Xoşun
Xoşun — (Çin heroqlifi ilə — 旗, pinyin transkripsiyası ilə — qí, palladiya transkripsiya sistemi ilə — tsi, monqol yazısı ilə — ᠬᠣᠰᠢᠭᠤ)- Çinin Daxili Monqolustan Muxtar Rayonunda inzibati ərazi vahidi. Öz inzibati funksiyasına əsasən qəza inzibati ərazi vahidinə uyğundur. Çində həmçinin muxtar qəza şölgüsünə uyğun gələn muxtar xoşunlar da mövcuddur. Müasir dövrdə Çin Xalq Respublikasında 49 xoşun və 3 muxtar xoşun vardır.
Moab
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Qoşa
Qoşa — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kəndin belə adlandırılması onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd qarşı-qarşıya duran iki təpədə yerləşməsinə görə belə adlandırılmış­dır. Bir sıra tədqiqatlara əsasən, toponimi­yada qoşa say mənasını daşıyaraq, "iki" deməkdir. Onun işlənməsi coğrafi obyektin səciyyəsinin konkretləşməsinə xidmət edir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağlıq ərazidə yerləşir. Kənd əhalisi əsasən maldarlıqla və kartofçuluqla məşğul olur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qoşa kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Xoca
Xoca — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,700 nəfər və 981 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Bu şəhər, dövrünün görkəmli din xadimlərindən olan, əslən Naxçıvandan olub sonralar Zəncana köçən, daha sonra həyatını indiki Xocada başa vuran Xoca Məhəmməd Xoşnam ilə əlaqədar olaraq "Xoca" adını daşıyır.
Hesab
Hesab — riyaziyyatın sadə növ ədədlər (natural, tam və rasional ədədlər) və onlar üzərində aparılan sadə hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) öyrənən bölməsidir.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40–50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Kontokorrent Hesab
Kontokorrent hesab bankın etimadını qazanan təşkilatlara açılır. Bu hesab aktiv passiv hesabdır. Bu hesab cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nəğdiız hesablaşması aparılan hesabdır. Kontokorrent hesabda kredit qalığı hesabda sərbəst vəsait olmasını göstərir.
Marionet corab
Marionet corab — corabdan və ya başqa bənzər geyim əşyasından hazırlanmış marionet kukla. Kuklaçı corabı əlcək kimi əlinə keçirir və marionetin ağzı corabın dabanı ilə barmaqları arasındakı hissədən yaranır. Barmaqlar olan hissə ağzı əmələ gətirir və bəzən həmin hissəyə ortasına yapışqanla dil yapışdırılmış bərk keçə material bərkidilir. Corab o qədər dartılır ki, kuklaçının bilək və qolunu əhatə etmək üçün kifayət qədər uzansın. Adətən kuklaçı bir kürsünün arxasında gizlənir və əlini yuxarı qaldırır ki, üstdə yalnız kukla görünsün. Həmçinin, kuklaçılar açıq şəkildə marionetləri ilə göz önündə dayanıb marionetlər arasında söhbətləri dodaqlarını tərpətmədən (ventrologiya) yerinə yetirə bilər. == Kompozisiya == Marionet corab istənilən corabdan hazırlana bilər. Ancaq çox istifadə olunmuş corablar səhnədə dağıla bilər. Buna görə yeni corablar daha çox istifadə olunur. Coraba çox vaxt bir xarakter uydurub, ona görə göz və ağız qoyulur.
Noşad Alamiyan
Noşad Alamiyan (21 noyabr 1991) — İranı təmsil edən stolüstü tennisçi. Noşad Alamiyan İranı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Noşad Alamiyan İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.