Konstitusiyalı Demokratiya Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi.
Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.