Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Finlandiya rabitəsi
== Telekommunikasiya == Son illər dünyada telekommunikasiya sahəsi üzrə Finlandiya qüdrətli dövlət kimi qəbul olunmuşdur. Ölkədə telekommunikasiya sahəsində informasiya texnologiyaları nəzərə alınmadan teleqraf və telefon rabitəsinə dair mövcud qanunvericilik yaranmışdır. Yerli telefon kompaniyaları qanunvericilikdə yaranan boşluqdan istifadə edərək 1985-ci ildə informasiya texnologiyaları sahəsində xidmət göstərən "Datatie" Birgə Müəssisəsini yaratdılar. "Datatie" BM 1988-ci ildə telekommunikasiya haqda yeni akta əsaslanaraq informasiya texnologiyası sahəsində xidmət göstərmək üçün lisenziya almışdır. Aparılan rəqabət dövləti kommunikasiya kompaniyasının tarifini aşağı salmağa və xidmət keyfiyyətini yaxşılaşdırmağa məcbur etdi. Hökumət yaranmış vəziyyətlə bağlı qanunvericilikdə növbəti reformunu keçirdi və əsas məqsəd bütün sektorun tədricən nizamlanması oldu. "Kaukoverkoo ysi" (uzaq məsafədə rabitə xidməti göstərən regional kompaniya şəbəkəsi) və "Telivo" kompaniyalarının tətbiq etdiyi xidmətdən sonra 1994-cü ildə uzaq məsafədən təqdim edilən xidmətə görə rəqabət başlandı. 1995-ci ildə beynəlxalq telefon xidməti nizamlanmağa başladı. Sonralar informasiya şəbəkələrinin mühafizəsi üçün xidmət növləri işlənib hazırlandı. "F-Secure Corporation" fin kompaniyası şəbəkəyə qeyri-qanuni qoşulma hallarından müdafiə üçün proqram paketi ilə məşhurdur.
Hidrogen rabitəsi
Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidreogen atomu ilə flüor, oksigen və yaxud azot atomu arasında yaranan oriyentasiya qüvvəsinə hidrogen rabitəsi deyilir. == Hidrogen ionu == hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yükə malik nüvədən ibarətdir. Buna görə onu bəzən "çılpaq" proton da adlandırırlar. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü surətdə cəzb olunur. Bununla əlaqədar olaraq, bir sıra molekullarda xüsusi təbiətə malik rabitə növü meydana çıxır ki, bu da bir qayda olaraq, hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.. h2o == İzahı == Hidrogen rabitəsi bilavasitə hidrogen ilə elektromənfiliyi yüksək olan elementlər (F,O,N və s.) arasında meydana çıxır. Məsələn, HF qaz halda polimerləşərək bir sıra polimerlər şəklində mövcud olur:H2F2, H3F3, H4F4, H5F5, H6F6 və s. Hidrogen rabitəsi adətən üç nöqtə ilə işarə edilir. Adi temperaturda H2O maye, H2S isə qazdır.
Metal rabitəsi
Metal rabitəsi-metal ionları arasında və sərbəst elektronlar arasında yaranan rabitə. == Metal rabitəsinin xüsusiyyətləri == Metal rabitəsinin təbiətinin xarakteristikasında metallara xas olan iki xüsusiyyət əsas rol oynayır: Metallar elektrik cərəyanını keçirir; Metal kristallar adətən böyük koordinasiya ədədinə malik olur. == Metalların quruluşu == Metallar üçün tipik quruluş həcmdə mərkəzləşmiş kubik, üzdə mərkəzləşmiş kubik və sıx yerləşmə prinsipi əsasında əmələ gələn heksaqonaldan ibarətdir. == Xarakterik xassələri == Metalların birinci xarakter xassəsindən görünür ki, onların elektronlarının bir hissəsi kristal boyu öz yerini sərbəst dəyişə bilir və elektrik sahəsinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir. Metalların ikinci xarakter xassəsi isə göstərir ki, onlarda kimyəvi rabitə digər rabitə növlərindən fərqlənməlidir. Çünki heç bir atom eyni vaxtda 12 kovalent rabitə əmələ gələ bilməz. Metallarda ion rabitəsinin mövcudluğu da az ehtimallıdır. Çünki eyni bir metalın bütün atomları eyni növlüdür. Metal atomları arasındakı qüvvə ona nisbətən çox zəif olan Van-der-Vaals qüvvəsinin təbiəti ilə də eyni ola bilməz. Bunlara əsasən metallarda, metal rabitəsi adlanan yeni növ qüvvənin mövcudluğu qəbul edilmişdir.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. == İnformasiya texnologiyaları == Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Portuqaliya rabitəsi
Portuqaliya rabitəsi – telefon, radio, poçt rabitəsi, şəbəkəyə çıxış və s. xidmətləri özündə birləşdirir. Sahə üzrə Portuqaliyada fəaliyyət göstərən mütəxəssislərin sayı ötən ilə nisbətən artmışdır. Portuqaliya Rabitə İnstitutunun proqnozuna əsasən, ölkə iqtisadiyyatının bu sahəsi üzrə 2010-cu ilədək 12-17 min iş yeri açılacaq. "Maxitel" kompaniyasının keçirdiyi araşdırma nəticəsində məlum olmuşdur ki, yaxın 4 ildə telekommunikasiya kompaniyasının təqdim etdiyi xidmətin həcminin artacağı gözlənilir. Hazırda rabitə sahəsində yeni texnologiyalar tətbiq edilir və təkmilləşdirilir. Bu proses zamanı bir sıra çətinliklər ortaya çıxır. Bu məqsədlə Portuqaliyada iyun ayında "telekommunikasiya sahəsində keçid dövrü" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir. Bu, telekommunikasiya sahəsi üzrə keçirilən digər təbdirlərdən fərqlənir. Sahənin veteranları telekommunikasiya sahəsi üzrə qarşıda duran məsələlər barədə konstruktiv dialoq şəklində müzakirələr keçirmişlər.
Qlikozid rabitəsi
Qlikozid rabitəsi (və ya qlikozid əlaqəsi) — bir karbohidrat (şəkər) molekulunu başqa bir karbohidrat qrupuna birləşdirən kovalent rabitənin bir növüdür. Bir saxaridin hemiasetal və ya hemiketal qrupu (və ya saxariddən əldə edilən bir molekul) ilə spirt kimi bəzi birləşmələrin hidroksil qrupu arasında qlikozid rabitəsi yaranır. Xüsusilə təbii olaraq yaranan qlikozidlərdə karbohidrat qalıqlarının çıxarıldığı mürəkkəb ROH çox vaxt aqlikon, karbohidrat qalığının özü isə bəzən "qlikon" adlanır. == S-, N-, C- və O- qlikozid rabitələri == Yuxarıda müzakirə edilən formada olan qlikozid rabitələri, qlikozidi aqlikona birləşdirən və ya son şəkəri azaldan qlikozid oksigenlə bağlı O-qlikozid rabitəsi kimi tanınır. Analoji olaraq, qlikozid rabitəsi oksigeni kükürd atomu ilə əvəz olunduğu S-qlikozid rabitəsi də (tioqlikozidləri əmələ gətirir) nəzərə alınır. Eynilə, N-qlikozid rabitələrində qlikozid rabitəsinin oksigeni azotla əvəz olunur. Tərkibində N-qlikozid rabitələri olan maddələr qlikosilaminlər kimi də tanınır. C-qlikosil rabitələrinda qlikozid oksigen karbonla əvəz olunur. Bütün bu dəyişdirilmiş qlikozid rabitələri hidrolizə fərqli həssaslığa malikdir və C-qlikosil strukturları vəziyyətində, adətən hidrolizə daha davamlıdırlar. == Qlikosiltransferaza == Monosaxarid vahidləri canlı orqanizmlərdə qlikoproteinlərə, polisaxaridlərə və ya lipidlərə daxil edilməzdən əvvəl, adətən ilk növbədə uridin difosfat (UDF), quanozin difosfat (QDF) kimi bir nukleotidin fosfat qrupu ilə qlikozid əlaqəsi ilə "aktivləşdirilir".
Rumıniya rabitəsi
Rumıniya öz iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir və bu istiqamətdə işləri davam etdirir. İnformasiya-kommunikasiya texnologiyaları sektoru da bura daxildir. Ölkədə kompüter texnikası bazarı inkişaf etmiş və İT sahəsi üzrə bir sıra xarici kompaniyalar fəaliyyət göstərir. Sahənin fəaliyyəti 2001-ci ildə yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nizamlanır. Hökumət elektron ticarət, orta ümumtəhsil məktəblərində və mənzillərdə internetə qoşulma imkanının yaradılması, rəqəmli iqtisadiyyatın yeni növlərinə yiyələnmək üçün investisiya qoyuluşunu həyata keçirir. Bir sıra layihələrdə elektronikadan istifadə, bank sahəsində elektron ödəniş sistemindən istifadə Rumıniyanın beynəlxalq bazara çıxışı üçün bürokratiya və korrupsiyanın aradan qaldırılmasına təkan verəcək. Ölkədə elektron ticarətin zəif inkişafı bir sıra addımlar atılmasını zəruriləşdirdi. Ölkədə elektron ticarət bazasının yaradılması ilə əlaqədar pilot layihəsinin həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz büdcəsindən 100 min dollar ayırmışdır. Layihə xüsusi kompaniyalar tərəfindən dəstəklənmişdir. Hökumət səviyyəsində informatizasiya prosesinə 2001-ci ildə 12 milyon dollar dəyərli proqramla başlanmışdır.
Vyetnam rabitəsi
Vyetnam – Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasında dövlət. Şərqdən Cənubi Çin dənizi və onun Bakbo körfəzi, cənub qərbdən isə Siam körfəzi ilə əhatə olunur. Çin, Laos, Kampuçiya ilə həmsərhəddir. Paytaxtı Hanoy şəhəridir. İnzibati cəhətdən 35 əyalətə və 3 əsas şəhərə ( Hanoy, Hayfon və Xoşimin) bölünür. == Telekommunikasiya == Vyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır. Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü.
Yəmən rabitəsi
Yəmən–Ərəbistan yarımadasının cənub-qərbində yerləşən dövlət. Paytaxtı Səna şəhəridir. Müasir Yəmən Ərəb Respublikası 1990-cı ildə Şimali Yəmənlə (islam) Cənubi Yəmən (marksist) arasında uzun illər davam etmiş sərhədyanı müharibə və münaqişədən sonra yaranmışdır. Birləşmədən sonra ölkədə aparılan islahatlar ölkəni dünyanın üzünə açdı. Lakin adət-ənənələri dəyişməz olaraq qaldı. Əsas əhalisi ərəblərdir. Efioplar, somali, türk və başqa xalqların nümayəndələri də burada yaşayır. Yəmən ərəb ölkələri içərisində kasıb və inkişafdan geri qalan dövlətdir. == İnformasi̇ya texnologiyaları == Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir.
Zabitlər parkı
Zabitlər parkı – Azərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır. == Tarix == Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb. Yenidən açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak edib. == Xüsusiyyətlər == Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir.Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var. Parkda pulsuz Wi-Fi şəbəkəsi quraşdırılıb.
Zaminəli Sultanov
Zaminəli Nazim oğlu Sultanov (25 dekabr 1999; Qara Nuru, Saatlı rayonu, Azərbaycan — 20 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaminəli Sultanov 25 dekabr 1999-cu ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşdur. Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Zaminəli Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti bitdikdən sonra təsərrüfat işləri ilə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Zaminəli Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaminəli Sultanov 20 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
İon rabitəsi
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İran rabitəsi
== Telekommunikasiya == İkinci dünya müharibəsinədək İran ancaq neft hasil olunan, geridə qalmış aqrar ölkə idi. Yalnız nəqliyyat və rabitə, bank işi və sənaye sahələri dövlət nəzarəti altında idi. İran müharibədən sonra aqrar-sənaye ölkəsinə çevrildi. İranda ilk telekommunikasiya vasitələri (teleqraf, radio) Rusiya və Britaniyanın konsessiyası sayəsində XIX əsrin sonlarında meydana gəldi. Burada 1890-ci ildə Maşindoudi və Şəhr, sonra isə Karmaniu mahalı ilə İranın Müdafiə Nazirliyi, bir az sonra isə Sultan Abad mahalı və şah sarayı arasında telefon rabitəsi qurulmuşdur. İranda ilk telekommunikasiya kompaniyası "Siemens" oldu. Bu kompaniya İranda öz fəaliyyətinə 1926-cı ildə başladı və o zaman yeni xəttə 2000 abunəçi birləşdirilmişdi. Ölkəni ixtisaslaşmış kadr və layihələrlə təmin edən xüsusi telekommunikasiya elmi institutunun təşkili nəticəsində 1970-ci ildə telekommunikasiyanın inkişafında sıçrayış baş verdi. O gündən etibarən İranda elektron sistemli sənaye inkişaf etməyə başladı. 1978–1984-cü illərdə 1363 kənd məntəqəsi (aul), 101 şəhər arasında telefon rabitəsi yaradılmış və 4083 ümumqoşulma taksofonları quraşdırılmışdır.
Əfqanıstan rabitəsi
Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil. Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi.
Azad zabitlər (İraq)
Azad zabitlər (ərəb. تنظيم الضباط الوطنيين ‎ — İraqda monarxiyanı devirən və respublika idarə etmə formasını quran 14 iyul inqilabını həyata keçirən ordu daxilində qeyri-qanuni qasımçı təşkilat. Təşkilat 1949-cu ilin sonunda Misirdə eyni adlı təşkilatın təsiri altında yaradılmışdı. Təşkilatın liderləri arasında Əbül Salam Arif, Əbdülkərim Qasım, Mühəmməd Nəjib əl-Rubai, Mişel Aflak olmaqla yanaşı digər İraq ordusu zabitləri də vardı. == İrsi == Təşkilat Əbdülkərim Qasımın qətlindən sonra dağılmışdır. Uzun illər sonra onun prototipi olaraq 1996-cı ildə Səddam Hüseynə qarşı çıxan briqada generalı Nəcib əs-Salihinin rəhbərlik etdiyi Azad Zabitlər və Mülki vətəndaşlar Hərəkatı yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == Batatu, Hanna. The Old Social Classes and the Revolutionary Movements of Iraq: a Study of Iraq's Old Landed and Commercial Classes and of its Communists, Ba'thists, and Free Officers. Princeton: Princeton University Press. 1978.
Cənubi Koreya rabitəsi
Cənubi Koreya (Koreya Respublikası) iqtisadiyyatının vacib faktoru informasiya infrastrukturunun inkişafına görə aparıcı dövlətlər siyahısına daxil olmasıdır. Belə ki, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi ölkənin elmi-texniki siyasətinin əsas istiqamətlərini əks etdirən 15 illik plan işləyib hazırlamışdır. Planda kimya və mikroelektronika, istehsalatın informatikası və avtomatlaşdırılması sahəsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən əsrin 80-cı illərində ölkədə elmi-istehsalat parkları, yüksək texnologiya sahəsi üzrə firmalar yaradılmağa başladı. Məlumdur ki, Cənubi Koreya yarımnaqil, mobil telefon, monitor, LCD, kompüter, yayım peyklər və s. istehsal edən ölkədir. Ölkə İKT sektorunun liberallaşdırılması istiqamətində böyük yol keçmişdir. 1995-ci ildə informatizasiyanın inkişafı ilə bağlı qanun qəbul edilmiş, 1996-cı ildə isə "informatizasiyanın inkişaf fondu" yaradılmışdır. Yüksək texnologiyanın ölkə əhalisinin həyatında daha səmərəli rol oynaması üçün 1997-ci ildə ölkə prezidentinin sədrlik etdiyi "informatizasiya strategiyası şurası" yaradıldı. Sahə üzrə dövlət tərəfindən həyata keçirilən proqramlardan biri də inkişaf etmiş ölkə mütəxəssislərinin ixtisaslaşması və təkmilləşdirilməsi olmuşdur.
Zabitlər (film, 1971)
Zabitlər(rus. Офицеры)- rejissoru Vladimir Roqovi olan dram janrında Sovet filmi. Film ilk dəfə 1971-ci il 26 iyulda nümayiş etdirilmişdir. Film 53.4 milyon nəfər tərəfindən izlənilmişdir.
Zabitlər evi (Tbilisi)
Zabitlər evi (gürc. ოფიცერთა სახლი) – Tbilisi şəhərində, Rustaveli prospekti 16 ünvanında yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Neoklassik üzlublu Zabitlər evi binası 1916-cı ildə memar David Çisliyevin layihəsi əsasında inşa edilmişdir. Binanın interyerlərinin həll olunmasında məşhur Gürcüstan heykəltəraşı Yakov Nikoladze də iştirak etmişdir. Həmçinin binaın üçüncü mərtəbəsinin künc eyvanını bəzətən kariatidlər də onun tərəfindən hazırlanmışdır. 1918-ci ildə binanın zirzəmisində yaradılmış tarixi “Arqonavtlar qayığı” (rus. Лодка аргонавтов) kafesi gürcü rəssamlarının görüş yerinə çevrilmiş, Kirill Zdaneviç, Lado Qudiaşvili, Aleksandr Bajbeuk-Melikov kimi sənətkarlar tez-tez burda göüşmüşlər. Hazırda binada Galleria TMS və “Erisoni” Dövlət Akademik Gürcü Xalq Mahnı və Rəqs Ansanblı gəaliyyət göstərir. == Maraqlı faktlar == Şahmat üzrə dünya çempionu Tiqran Petrosyan uşaqlıq illərində - 1929-1946-cı illərdə bu binada yaşamışdır. Binanın üzərində idmançının xatirəsini əbədiləşdirən xatirə lövhəsi vurulmuşdur.
Azad zabitlər hərəkatı (Misir)
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار‎‎, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu.Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu. == Tarixi == Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi. Nəticədə Böyük Britaniya 1922-ci il 28 fevralda ölkədə öz qoşunlarını və komissarını saxlamaq şərtilə Misirin istiqlaliyyətini tanımağa məcbur oldu.
Bakı Telefon Rabitəsi MMC
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Emin Axundov (polis zabiti)
Emin Axundov (ivr. ‏אמין אוחנדוב‏‎; 1980-ci illər, Sumqayıt – 8 oktyabr 2023, Cənub dairəsi) — azərbaycanəsilli İsrail polis zabiti, kapral, baş inspektor. 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumları zamanı döyüşlərdə həlak olmuşdur. == Həyatı == Emin Axundov 1987-ci və ya 1988-ci ildə SSRİ-də, Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. O, sonradan İsrailə köçmüşdür. Axundov burada təhsil almış və polisə işə qəbul edilmişdir. O, kapral vəzifəsinə qədər yüksəlmişdir, baş inspektor olmuşdur. Axundov ailəsi ilə birlikdə müxtəlif mənbələrə görə Beer-Şeva və ya Ofakim şəhərində yaşamışdır. O, HƏMAS-ın İsrailə hücumları zamanı müharibəyə çağırılmışdır. Axundov 8 oktyabrda Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin HƏMAS döyüşlərindən azad edilməsi zamanı həlak olmuşdur.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.