KORDOVA XİLAFƏTİ

İspaniya və şimali Afrikanın bir hissəsini əhatə edən İslam dövləti olmuşdur. İspaniyanı müsəlmanlar miladi 712-ci ildə fəth etmişdirlər. Abbasilər Əməviləri devirdikdən sonra onlar bütün Xilafət boyu təqib edilib öldürülürdülər. Onlardan yalnız bəziləri qaçıb xilas ola bilmişdirlər. Qaçanlardan biri də xəlifə Hişamın oğlu Əbdürəhman əd- Daxil olmuşdur. O, İspaniyada sığınacaq tapmış və orada öz hakimiyyətini qura bilmişdir. İlk başlarda o, Abbasilər xilafətini tanısa da onlara heç vaxt etibar göstərməmişdir. O bilirdi ki, Abbasilər gec-tez onun qurduğu dövlətə də əl uzadacaqdır. Doğrudan da, bir müddət sonra Əməvilərin İspaniyada möhkəmlənməsini istəməyən Abbasilər öz hakimiyyətlərini buraya gətirmək üçün hərəkətə keçdilər. Buna görə də İspaniyada Əməvilərlə Abbasilər arasında döyüşlər başlamışdır. Bu döyüşlərdə Əməvilər üstünlük qazana bilmişdirlər. Bundan sonra orada Abbasiləri tanımayan Kordova əmirliyi adlanan bir dövlət yaranmışdır. Onun paytaxtı Kordova olmuşdur. Əbdürrəhman miladi 756 – 788-ci illərdə bu dövlətin başçısı olmuş, ondan sonra hakimiyyətə I Hişam (788 – 796) gəlmişdir. Sonra dövlətə başçılığı I Həkəm (796 – 822) etmişdir. II Əbdürrəhmanın hakimiyyəti dövründə isə Kordova əmirliyi bütün sahələrdə inkişaf etmişdir. Bu dövrlərdə Kordova mədəniyyət və elm mərkəzinə çevrilmişdir. Miladi 913-cü ildə hakimiyyətə III Əbdürrəhman gəlmişdir. Onun hakimiyyəti dövründə Kordova əmirliyi Avropanın güclü ölkəsinə çevrilmişdir. 929-cu ildə III Əbdürəhman özünü xəlifə elan etmişdir. Bu tarixdən başlayaraq bu dövlət Kordova xilafəti adlanmağa başlamışdır. O zaman xilafətin sərhədləri genişlənmişdir. III Əbdürrəhmanın 50 illik hakimiyyətindən sonra Kordova xilafəti bir müddət gücünü saxlasa da, az sonra ölkəni daxili çəkişmələr və böhran bürümüşdür. Miladi 1031-ci ildə bu böhranlardan çıxa bilməyən Kordova xilafəti dağılmış, onun yerində isə çoxlu əmirliklər yaranmışdır. Sonra parçalanmış ölkəni xristian kralları ələ keçirməyə başlamışdırlar. O zaman müsəlmanlar İspaniyadan qovulmuş və ya xristianlığı qəbul etmək məcburiyyətində qalmışdırlar. 1492-ci ildə sonuncu müsəlman əmirliyi olan Qranada xristianların əlinə keçdikdən sonra isə İspaniyada müsəlmanlığa son qoyulmuşdur.
KİBR
KÜBRAVİLƏR
OBASTAN VİKİ
Kordova xilafəti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. Kordova xilafəti ərəblər tərəfində 756-cı ildə Avropada yaranmışdır.
Kordova
Kordova (İspaniya) — İspaniyada şəhər. Kordova (Argentina) — Argentinada şəhər. Kordova xilafəti — İspaniyada mövcud olmuş ərəb-müsəlman dövləti. Kordova əmirliyi — Kordova xilafətinin ərazilərinin bir hissəsində mövcud olmuş müsəlman əmirliyi. Kordova (departament) — Kolumbiyanın departamentlərindən biri.
Kordova (Argentina)
Kordova (isp. Córdoba) — Argentinada şəhər. Cordoba əyalətinin paytaxtı.
Kordova (departament)
Kordova (isp. Córdoba) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimalında, Karib düzənliyində yerləşir. Şimaldan Karib dənizi, şimali-şərqdə Sukre departamenti, şərqdə Bolivar departamenti və cənubda isə Antokiya departamenti ilə sərhəddir. İnzibati mərkəzi Monteriya şəhəridir. Departamentin adı, Kolumbiyanın müstəqilliyi üçün çalışan General Xose Maryia Kordovanın adından götürülmüşdür.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Kordova əmirliyi
Kordova əmirliyi (isp. Emirato de Córdoba, ərəb. إمارة قرطبة ‎) — Orta əsrlərdə İspaniyada İslam dövləti (756-929). Əsası Əməvilərin sülaləsindən olan 756-cı ildə Əmir titulunu qəbul edən I Əbdürrəhman tərəfindən qoyulmuşdur. 711-718-ci illərdə müsəlmanlar sürətli bir şəkildə Pireney yarımadasını fəth etdikdən sonra burda Əməvilər xilafətinin tərkibində vilayət yaradıldı. Kordova şəhəri, "vali" və ya "əmir" titulu daşıyan hökmdarların iqamətgahına çevrildi. İlk dövrlər İspan əmiri xəlifəyə birbaşa tabe olan Afrika valisi tərəfindən təyin edilirdi. Bütün Pireney müsəlmanları şəhərlərdə yaşayan ərəblərə, kənddə yaşayan bərbərlərə və qoşunlarda üstünlük təşkil edən suriyalılara bölünürdü. Bu xalqlar I Əbdürrəhmanın yarımadaya gəlişinə qədər hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar. 750-ci ildə Abbasilər Əməviləri devirdikdən sonra sülalənin bütün üzvləri qətl edildi.
Abbasilər xilafəti
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur. Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür. Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi.
Fatimilər xilafəti
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı. Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər.
Osmanlı Xilafəti
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Raşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Rəşidi xilafəti

İslam Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi.
Əməvi Xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.
Əməvilər xilafəti

Ərəb Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi.
Kordova Cümə məscidi
Kordova Cümə məscidi(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir. Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır. 2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi. Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.
Kordova Cümə məscid-kafedralı

Meskita (Kordova Cümə məscidi)

Qonsalo Fernandes de Kordova
Qonsalo Fernandes de Kordova (isp. Gonzalo Fernández de Córdoba; 1 sentyabr 1453[…] – 2 dekabr 1515, Qranada) — İspaniya generalı və hərbi islahatçısı, Olbiya və Sant-Ancello knyazı. "Böyük kapitan" ləqəbini almışdır (isp. El Gran Capitán). Bir çox tarixçilər onu dövrünün ən yaxşı hərbi xadimlərindən biri hesab edirlər. Skott Kleverdonun rol aldığı "Borciya" serialında canlandırılmışdır. Serxio Peris-Mençetanın baş rolda olduğu "İzabella" serialında canlandırılmışdır.
Fransisko Ernandes de Kordova (Nikaraquanın qurucusu)
Fransisko Ernandes de Kordova (isp. Francisco Hernández de Córdoba; 1475, Kordova, Əndəlüs – 1526) — İspaniya konkistadoru. Fransisko Kordova 1475-ci ildə Kastiliya və Leon krallığının Kordova şəhərində anadan olmuşdur. 1523-cü ildə Panama qubernatorunun icazəsi ilə indiki Kosta-Rikadan indiki Nikaraqua ərazisinə daxil olan bir ekspedisiyaya rəhbərlik etmişdir. Regionu müstəmləkə etmək niyyətində olan Kordova 1524-cü ildə orada daimi yaşayış məntəqələri qurmuş, onlardan ikisi sonradan Nikaraquanın əsas şəhərləri oldu: Qranada və Leon. Bu vaxt Kortes tərəfindən Hondurası fəth etmək üçün göndərilən Kristobal de Olid üsyan qaldırmış və müstəqil hökmdar olmağa qərar vermişdir. Olidlə döyüşmək üçün Kortes Kordovadan kömək istəmişdir. müraciət etdi. Pedro de Avila Kordovanın ona xəyanət etdiyinə qərar vermiş, onu öldürmək üçün adamlar göndərmişdir. Onlar Kordovanı ələ keçirmiş və başını kəsmişdir.