KİBR

hər hansı bir insanın üstün keyfiyyətləri səbəbi ilə digər insanlara yuxarıdan aşağı baxmasıdır. Əxlaqi bir problem kimi kibr İslamda pis əməllərdən hesab edilir və küfrün əlaməti kimi qiymətləndirilir (Quran, 7: 146). İslama görə kibr yalnız Allaha məxsusdur. Bu səbəbdən də, təkəbbürlü insanları axirətdə əzab gözləyir. Quranda təkəbbür sahibi kimi Firon, Nəmrud, Qarun və s. göstərilmişdir.
KƏSB
KORDOVA XİLAFƏTİ
OBASTAN VİKİ
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kibritmiyan
Kibritmiyan (fars. کبریت‌میان‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 154 nəfər yaşayır (55 ailə).
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.

Digər lüğətlərdə