KƏMŞÜURLUQ
KƏNAR
OBASTAN VİKİ
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 24 yanvar 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
114 saylı Şəki kənd birinci seçki dairəsi
115 saylı Şəki kənd ikinci seçki dairəsi
119 saylı Ağdam kənd seçki dairəsi
1847-ci il Kəndli Əsasnamələri
1847-ci il Kəndli Əsasnamələri — Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər. == Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi zərurəti == Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi. == Kəndli Əsasnamələri və onların mahiyyəti == Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
3 saylı Babək-Kəngərli seçki dairəsi
56 saylı Xaçmaz kənd seçki dairəsi
68 saylı Cəlilabad kənd seçki dairəsi
71 saylı Masallı kənd seçki dairəsi
74 saylı Lənkəran kənd seçki dairəsi
94 saylı Bərdə kənd seçki dairəsi
99 saylı Şəmkir kənd seçki dairəsi
ABŞ Kənd Təsərrüfatı Nazirliyi
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (ing. United States Department of Agriculture, qısaca - USDA) — ABŞ hökumətinin icraedici departamenti. Əsası 1889-cu ildə qoyulub. Büdcəsi 94 milyard dollar (2006), əməkdaşlarının sayı 106 min nəfərdir (2007).
Abana (kənd)
Abana — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı 1727-ci ilə aid mənbəyə görə kənddə 17 müsəlman (azərbaycanlı) ailəsi yaşayırdı (mənbədə ailələrin başçılarının adları çəkilmişdir)..Gürcüstanda üç Abano, Abanoeti, Abanosxеvi XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Avana və Dağlıq Qarabağda Evankənd adları ilə sıra təşkil edir. Qədim türk mənşəli Aban tayfasının adındandır. == Əhalisi == Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır.
Abaran (kənd)
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Abbas kəndi
Abbaskəndi (Çaldıran) —
Abbas kəndi (Çaldıran)
Abbas kəndi (fars. عباس كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 23,5 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (17 ailə).
Abbasqulu xan Kəngərli
Abbasqulu xan Kəngərli (Naxçıvan – 1810, Naxçıvan) — Naxçıvan xanı. == Həyatı == 1780-ci illərin əvvəllərində İbrahimxəlil xan Cavanşir yardımı ilə Murtuzaqulu xanın dördüncü oğlu Abbasqulu xan Naxçıvanın hakimi oldu. 1783-cü ildə İsfahan hakimi Əlimurad xan Zənd Naxçıvana soxulur. Naxçıvan hakimi Abbasqulu xan Kəngərli Qarabağa pənah gətirir. İbrahimxəlil xan Abbasqulu xana Qarabağdan asılı olmaq şərtiylə yardım edəcəyinə söz verdi. Bəzi qaynaqlara görə, Abbasqulu xan 1783-cü ildə Əlimərdan xan Zəndin çağırışı ilə Urmiya hakimi Imamqulu xanın üstünə hücum etmişdi. Əlimərdan xanın sərkərdəsi Əmiraslan xan Araşlı-Avşar Urmiyaya yürüş edəndə birləşmiş qoşuna Abbasqulu xan da qatılmışdı. Tarixçi yazır: "Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadıq xan Şəqaqi, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib Imamqulu xanın qoşununa hücum etdilər".. Abbasqulu xanın əmisioğlu Cəfərqulu xan 1783-cü ildə onu devirib Naxçıvanda hakim oldu.
Abbasqulu xan Kəngərli (kitab)
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur. Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdullah kəndi (Maku)
Abdullah kəndi (fars. عبداله كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (4 ailə).
Abdulqazi kəndi
Abdulqazi kəndi (başq. Әбделғәзе) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 1 yanvar 2009-cu il məlimatına görə kənddə 352 nəfər yaşayır. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Abdulqazi kənd ərazisin milli tərkibi: başqırdlar — 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 29 km., kənd sovetliyindən (Amangildin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 82 km. == Adının etimalogiyası == Kəndin adı onun ilk sakini olmuş Abdulqazi İsyanqulovun şərəfinə adlandırılmışdır. == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Adil bəy Kəngərlinski
Adil bəy Kəngərlinski — müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri, Lənkəran qəzasının rəisi. == Haqqında == Azərbaycan Cümhuriyyəti DİN-in Lənkəran Qəzasında Səlahiyyətli müvəkkili Bəhram xan Naxçıvanskinin 21 aprel 1920-ci il tarixli 70 nömrəli əmri ilə onun böyük köməkçisi Adil bəy Kəngərlinski müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri vəzifəsinə irəli çəkilmiş Rüstəm bəy Kərimbəyovun yerinə Lənkəran qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu.
Ailə-kəndli təsərrüfatı
Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi . == Fəaliyyətin hüquqi və təşkilati əsasları == Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir. === Təsərrüfatın statusunu müəyyən edən əsas amil === Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir.

Значение слова в других словарях