LAMA

Monqolustanda, Buryatiyada, Tuvada, Tibetdə budda rahibi; lamaist ruhanisi.
LAİLLAH
LAMAİST
OBASTAN VİKİ
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Dalay-lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Dalay Lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
David Lama
David Lama (4 avqust 1990, İnsbruk – 17 aprel 2019) — Avstriyalı qayalara dırmaşan idmançı və alpinist. David Lama 4 avqust 1990-cı ildə İnsbrukda anadan olmuşdur. Onun atası Nepalın Comolunqma rayonundan gəlmədir. Davidin anası isə İnsbruk sakinidir. Altı yaşından başlayaraq David İnsbrukda Avstriya alpinist klubu qrupunda məşğul olurdu. Beş yaşından başlayaraq ciddi olaraq qayalara dırmaşmayla məşğul olan David Himalayın məşhur fatehi olan Piter Xabelerdən ilham almışdır. David bu idman növü üzrə çox istedadlı idi. Davidin birinci məşqçisi Raynxold Şerer olmuşdur. Şerer 8–10 uşaqdan ibarət kiçik qrupa rəhbərlik edirdi. Bu dövrdə həmçinin David özünə "Fuzzy" ləqəbini götürdü.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Lama (heyvan)
Lama (lat. Lama glama) – dəvəkimilər fəsiləsinə aid cütdırnaqlı məməli heyvan növü.
Lama gölü
Lama gölü — Krasnoyarsk diyarının ən böyük sirinsulu göllərindən biridir. Tektonik məşəlli göl Norilskdən 120 km şərqdə yerləşir. Gölün uzunluğu 80 kilometr, maksimal eni 8 km, sahəsi isə 318 min km² təşkil edir. Gölün dərinliyi 300 metrdən yüksək olması düşünülür. Bəziləri isə dərinliyin hətta 600 metr təşkil etəsi ehtimal edilir. Suyu olduqca soyuqdur. Lama gölü Melkoye gölü ilə Lama çayı vastəsi ilə birləşir. Gölün səviyəsinin qalxması hələ göl buzla örtülü olarkən müşahidə edilir. Buzların ilk hərəkəti iyunda müşahidə edilir. İyulun ortalarında gölün səviyyəsi maksimuma çatır.
Pançen-lama
Pançen-lama (tib. པན་ཆེན་བླ་མ་, Vayli: pan chen bla ma, çin. 班禪喇嘛) — Tibet Buddizminin Qeluq məktəbindəki Dalay-lamadan sonra ikinci ən böyük lama. Pançen-lama, XVII-ci əsrin əvvəllərindən bəri mövcud olan yenidən doğuşlar (tulku) xəttidir. Bu xəttin nümayəndələri Amitabha Buddanın emanatları hesab olunur. "Pançen-lama" sanskrit dilindən paṇḍit (pandit, alim) və tibet dilindən chen (böyük) "böyük alim" deməkdir.
XIV Dalay Lama
XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi). XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir. XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir.
Cyanea lamarckii
Cyanea lamarckii (lat. Cyanea lamarckii) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinin sianeya (meduza) cinsinə aid heyvan növü.
Cırtdan lamantin
Cırtdan lamantin (Trichechus "pygmaeus") — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir. Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır.
Euphorbia potosina var. lamasis
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Fil LaMarr
Filip "Fil" LaMarr (ing. Philip "Phil" LaMarr; 24 yanvar 1967, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Hedi Lamarr
Hedi Lamarr (ing. Hedwig Eva Maria Kiesler, 9 noyabr 1914[…], Vyana[…] – 19 yanvar 2000[…]) ― Avstriyalı, sonradan ABŞ-də yaşamış aktrisa və ixtiraçı. 1933-cü ildə Gustav Maçatinin ekranlaşdırmış olduğu "Ekstaz" adlı filmdəki çılpaqlığı ilə mübahisə mövzusu oldu və varlı olan Avstriyalı hərbi sursat istehsalçısı həyat yoldaşından ayrılaraq gizlicə Parisə qaçdı. Burada, Metro-Goldwyn-Mayer studiyasının sədri Luis B. Mayer ilə görüşüb və ona Hollivudda film müqaviləsi təklif edilib. Hedi Lamarr 1930-cu illərin əvvəllərindən, 1950-ci illərin sonlarına qədər rol aldığı filmlər ilə bir film ulduzuna çevrildi Lamarr çoxsaylı populyar filmdə rol almışdır. Bunlara 1938-ci ildə Şarl Buaye ilə birgə baş rollarını paylaşdığı "Algiers" filmi, 1940-cı ildə Spenser Treysi ilə baş rolunu bölüşdüyü "I Take This Woman" filmi, 1940-cı ildə Klark Qabl ilə baş rolunu bölüşdüyü "Comrade X" filmi, 1941-ci ildə baş rolunu Ceyms Stüart ilə bölüşdüyü "Come Live With Me" filmi, 1941 istehsalı baş rolunu Robert Yanq ilə bölüşdüyü "H. M. Pulham, Esq." filmi və 1949-cu ildə Viktor Mature ilə birlikdə rol aldığı "Samson və Delila" filmini nümunə göstərmək olar. İlk evliliyi müddətində Lamarrın tətbiqi elmlərə qarşı marağı artdı və aktyorluq karyerasından də darıxdığından görə bir ixtiraçı kimi ixtiralar istehsal etdi. Daha təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləmişdir. II Dünya Müharibəsinin başlanğıcında, müttəfiqlərin müharibədəki qüvvələrinə yardımçı olmaq üçün çox istəkli idi.
Jan-Batist Lamark
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744 — 18 dekabr 1829) — Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Jan Batist de Lamaz
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur. 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi. 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi. 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca, türkcə və ermənicə bilirdi.
Jean-Baptiste Lamarck
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744 — 18 dekabr 1829) — Fransa alim-təbiətşünası. J.Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Karlos Lamas
Karlos Saavedra Lamas (1 noyabr 1878[…], Buenos-Ayres – 5 may 1959[…], Buenos-Ayres) — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.
Karlos Saavedra Lamas
Karlos Saavedra Lamas (1 noyabr 1878[…], Buenos-Ayres – 5 may 1959[…], Buenos-Ayres) — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.
Lamaizm
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Lamalar
Lamalar (lat. Lama glama) – dəvə və vikunya ilə birlikdə dəvəkimilər fəsiləsinə cins. Yalnız Cənubi Amerikada yayılmışdır. Lamalar və vikunyalar bəzən köhnə dünyadakı qohumlarından hürgücünün olmaması və daha qısa boyu ilə fərqlənən Yeni Dünya dəvələri qrupunda birləşdirilir. Lamalar cinsinin nümayəndələri uzunluqları 120 ilə 220 sm, çəkisi 55 ilə 150 kq arasında dəyişir. Cinsə iki növ daxildir: Quanako (Lama guanacoe) Lama (Lama glama) Onların ilk təsviri 1553-cü ildə Sesa de Leonun "Peru Salnamesi" kitabında verilmişdir. Onlara bir vəhşi növ olan quanako (Lama guanicoe) və ayrıca əhlilləşdirilmiş bir növ lama (Lama glama) daxildir. Əhlilləşdirilmə prosesi təxminən 5000 il əvvəl başlamışdır. Vikunyalar da daxil olmaqla qarışıq xüsusiyyətlərə sahib heyvanlara tez-tez rast gəlinir. Çoxdan yük və minik heyvanı kimi istifadə olunu.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Laman (Lerik)
Laman — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. Əhalisi 524 nəfərdir. Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Ərdəbilli Təvabi Məhəmmədxan özünə məxsus şahsevən ailələri ilə birlikdə Qubalı Fətəli xanın (1762-89) icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında Çaxmaqlı, Xisun, Cığatay, Hacılı, Xırmandalı, Gəbəli, Ustaclı, Laman və Qaradağlı kəndlərini bina etmişdir.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.
Lamanon burnu
Lamanon burnu — Saxalin adasının cənub sahillərində yerləşən burun. Burun 1787-ci ildə fransız Jan-Fransua Laperuz, bölgəyə təşkil olunan ilk Avropa ekspedisiyasının fiziki, botaniki və meteoroloqu Rober de Lamanonun şərəfinə adlandırmışdır. İnzibati baxımından Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Uqleqorski rayonu ərazisində yerləşir . Lamanon burnu İzılmetev buxtasında, İçara çayının mənsəbində yerləşir. Öz növbəsində daşdan ibarət olan terrasdır. Tatar boğazına daxil olur. Güçlü küləklərin təsirinə məruz qalır. Arkaya sahibdir və vulkanik suxurdan təşkil olunmuşdur. Burada kalsit, kvars, araqonit kimi suxurları müşahidə etmək mümkündür.
Lamantinlər
Lamantinlər (lat. Trichechus) — Sirenlər dəstəsinə aid dəniz məməlisi. Əsasən dəniz yosunları ilə qidalanan otyeyən canlı. Lamantinlər cinsinə daxil olan canlılar Dyoqonlar fəsiləsinin nümayəndələrindən quyruğu və başları ilə fərqlənirlər. Bu canlılar digər məməlilərdən fərqli olaraq daima yeni dişlərinin çıxması ilə xərqlənirlər. Lamantinlərin çəkisi 400–550 kq, uzunluqları 2,8–3,0 metr arasında dəyişir. Maksimal ölçülərə malik olan Lamantin 3,6 metr uzunluğa və 1775 kq çəkiyə malik olmuşdur. Balaları doğularkən 30 kq çəkiyə malik olurlar. Lamantinlər 4 növə bölünür: Amazon lamantini (Trichechus inunguis) Amerika lamantini (Trichechus manatus) Afrika lamantini (Trichechus senegalensis) Cırtdan lamantin (Trichechus) Amerikan lamantini əsasən Karib dənizi hövzəsi ərazilərdə yaşayırlar. Şimali Amerika, Cənubi Amerika və Mərkəzi Amerika ssahil boyu ərazilərə yayılmışlar.
Lamara Çkoniya
Lamara Çkoniya (gürc. ლამარა გრიგოლის ასული ჭყონია; 27 dekabr 1930, Batum – 14 mart 2024, Tbilisi) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976). Lamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur. 1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qoqiçadzenin sinfində dərs alır. 1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir. Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.

Digər lüğətlərdə