LED-TV

is. tex. Arxadan və daxildən işıqlanması diodlar vasitəsilə olan, qənaətli enerji sərfiyyatı ilə fərqlənən televizor.
LED
LEKSAN
OBASTAN VİKİ
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
LED lampa
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Led Zeppelin
Led Zeppelin — ingilis rok qrupu. BBC tərəfindən "Rok tarixinin ən təsirli qruplarından biri" kimi dəyərləndirilmişdir. Qrup 4 nəfərdən ibarət olmuşdur: Cimmi Peyc (gitara), Con Bonham (baraban), Con Paul Cons (bas gitara), Robert Plant (solist). 1968-ci ildə yaradılan qrup əsasən hard rok, həvi metal musiqi üslubunda mahnılar ifa etsə də, blüz, rokabilli, saul, fank kimi musiqi üslublarına və hətta kelt, hind, ərəb və latın musiqisinə də müraciət etmişdir. 1980-ci ildə Con Bonham öləndən sonra qrup dağılsa da, o indinin özündə də rok musiqisi tarixinin ən görkəmli qruplarından biri kimi yad edilir. Qrupun bu günə qədər 300 milyon nüsxəylə albomları satılmışdır. Təkcə ABŞ-də bu göstərici 109,5 milyondur (bu, ABŞ-də The Beatles və Elvis Preslidən sonra üçüncü albom satışı göstəricisidir. «Stairway to Heaven» də daxil olmaqla ən məşhur mahnılarından bəziləri: «Rock and Roll», «Black Dog», «Heartbreaker», «Living Loving Maid», «Immigrant Song», «Kashmir», «Dazed and Confused», «Misty Mountain Hop »,« Whole Lotta Love »,« Communication Breakdown »,« Achilles Last Stand », «Fool in the Rain», «Moby Dick», «When the Levee Breaks», «No Quarter», «Good Times, Bad Times» və «The Song Remains The Same». Led Zeppelinin adı olmayan dördüncü albomunun qapağında qrup üzvlərinin imza olaraq istifadə etdiyi dörd mistik şəkil var: John Bonham bir-birinə bağlı üç çevrədən ibarət olan şəkli; John Paul Jones özünə inam və ustalığı təsvir edən Kelt şəklini; Robert Plant sivilizasiyasının bir şəklini; və Jimmy Page də "Zoso" olaraq deyilən sirrli şəkli. Sözləri İngilis mistik ədəbiyyatının məşhur qadın yazıçılarından Lewis Spence'in "The Magic Arts in Celtic Brain" adlı kitabından təsirlənən Robert Plant tərəfindən yazılan və əlində mistik gücləri olan fövqəltəbii bir qadının ruhi axtarışlarını ehtiva edən və bütün zamanların ən böyük rok mahnılarından biri olaraq xarakterizə edilən «Stairway to Heaven» mahnısı bu albomda yer almaqdadır.
Anna Koulman Led
Anna Koulman Led (ing. Anna Coleman Ladd; 15 iyul 1878, Filadelfiya, Pensilvaniya – 3 iyun 1939, Santa-Barbara, Kaliforniya) — Amerikalı heykəltaraş. O, həyatının bir hissəsini I Dünya Müharibəsində üzlərindən zədə almış əsgərlərə maskalar hazırlamağa həsr etmişdir. Anna Koulman Led 15 iyul 1878-ci ildə Pensilvaniyada anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra o, ali təhsil almaqdan ötrü Avropaya yola düşmüşdür. Paris və Roma şəhərlərində heykəltaraşlıq təhsili aldıqdan sonra 1905-ci ildə Maynar Led adlı bir həkimlə evlənmiş və Boston şəhərinə köçərək burada yaşamağa başlamışdır. Anna burada Bela Prat ilə birlikdə 3 il təhsil almışdır. Onun “Triton körpələri” adlı əsəri 1915-i ildə "Panama-Sakit Okean" sərgisində göstərilmişdir. 1914-cü ildə Anna Boston Rəssamlar Gildiyasının üzvlərindən biri oldu və Bostonda bir sıra sərgilərdə onun əsərləri nümayiş etdirildi. Bostonda yaşayarkən o, mifiolojik qəhrəmanlarla bağlı olan çalışmalarını tamamladı.
Led Zeppelin IV
Led Zeppelin IV ― Led Zeppelinın dördüncü studiya albomu.
.tv
.tv — Tuvalunun internet kodu. 2010-cu ilin məlumatına əsasən Tuvalu hökumətinin illik gəlirinin 10%-ini bu domen adından gələn ödənişlər təşkil edir. "I want my own .tv". Salon.com. 2012-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-04-02. "Massive.tv: An Online Storytelling Lab For College Students". psfk.com. 2011-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
TV
Televiziya (yunanca τήλε — uzaq və latınca video — görürəm; televisio — uzağıgörmə) — kütləvi informasiya vasitəsi, səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi. İlk televiziya sitemləri mexaniki idilər və təsviri göstərərək səs müşayiətini nəzərdə tutmurdu. Edvard Merou: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o sadəcə olaraq naqil və lampalardan ibarət qutudur". Artur Çarlz Klark: "Nə vaxtsa bizim nəsil haqqında işıqlı hərflərlə yazacaqlar: "Tanrılar məhv etmək istədiklərinə əvvəlcə televizor bağışlayacaqlar. Biz yaradan yox, tamaşa edən nəsilə çevrilirik".
Cırtdan TV
Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır. 2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur. 2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.
Cənub TV
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Dalğa TV
Dalğa TV — Dalğa Media Mərkəzi. 14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi. 4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanırdı. "Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edirdi. Həmin şirkətlərin məhsulları olan film və seriallar Azərbaycan dilində dublyaj olunmaqla yayımlanırdı. Telekanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilirdi.
Dijlah TV
«Dijlah TV» (ərəb. «قناة دجلة الفضائية»‎) — Qərargahı Amman şəhərində yerləşən İraq peyk televiziya kanalı. Telekanal 2010-cu ildən ingilis və ərəb dillərində yayım edir. Telekanal İraqda ən çox izlənilən telekanallarından biridir. İraq siyasətçisi Məhəmməd Karbuli də bu telekanalı yaxından izləyir.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dünya TV
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
EL TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
Elm TV
Eri-TV
Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış — Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtı — Əsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, Avropa və Yaxın Şərq ölkələrində miqrantlar və imiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəb və ingilis dillərində, həmçinin, amxar, oromo, somali və italyan dillərində yayımlayır.
Eşraq TV
«Eşraq TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Zəncan ostanı ərazisini əhatə edir. Telekanal 6 avqust 2004-cü ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Azərbaycan TV» və «Savalan TV» telekanalları ilə əməkdaşlıq edir.
Fenerbahçe TV
«Fenerbahçe TV» — «Fənərbaxça İdman Klubu» təsisinin sahibləndiyi və qərargahı İstanbul şəhərində yerləşən Türkiyə idman telekanalı. Telekanal Türkiyə ərazisində yayımlanan ilk idman telekanalıdır. Telekanal 2003-cü ildən peyk, peyk şəbəkəsi xidmətləri və kabel xidməti ilə yayımlanmağa başlamışdır. Günlük yayımlanan proqramlara Live News, Futbolun Zirvesi (prezident Aziz Yıldırım ilə yayımlanan canlı proqram), 2F1B, Biz Bir Aileyiz (atletlərin ailə həyatları haqqında), Cafe Fener (gündəlik atletlərin yaşayışı haqqında), Eko Fener (gündəlik iqtisadi xəbərlər haqqında), Endüstriyel Spor ("sənaye" idmanı haqqında), Filede Fener (voleybol haqqında), Potada Fener (basketbol haqqında), Genç Kramponlar (gənc komandalar haqqında), Maç Kaç Kaç, Maça Doğru, Maç Başlıyor, Maçın Ardından, Maçın Öyküsü (bütün beş proqram həftəlik futbol oyunları haqqında), Nostalji Futbol (keçmiş vacib oyunlar haqqında), Yaşayan Efsaneler (yaşayan əfsanəvi idmançılar haqqında) və s. misal göstərmək olar. Televiziyanın canlı proqramına gündəlik xəbərlər, qadın basketbolu, kişi və qadın voleybolu, gənclərin futbolu, atletika, boks, avarçəkmə və yelkənli idman növlərində keçirilən yarışlar və yarış öncəsi xəbərlər daxildir.
Flash TV
Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır. Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır.
Fuji TV
Fuji Television Network, Inc. (株式会社フジテレビジョン) — Odaybada yerləşən yapon televiziya şirkəti. Daha çox Fuji TV (フジテレビ, Fuci Terebi) və ya CX kimi tanınır. Fuji News Network (FNN) və Fuji Network System (フジネットワーク)ın əsas telestansiyasıdır. Nippon Broadcasting System, Inc. ilə əməkdaşlıq edir Baş ofis 2-4-8, Odayba, Minato, Tokio, Yaponiyada yerləşir. Kansay ofisi Aqua Dojima East, Docima, Kita-ku, Osakada. Naqoya ofisi Telepii, Hiqaşi-sakura, Naqoyada. Fuji Television 18 noyabr 1951-ci il tarixində yaranıb. 1 mart 1959-cu ildə Fuji TV yayıma başlayıb və iyunda Tokai TV, Kansai TV və Kyushu Asahi Broadcasting çirkətləri ilə birgə şəbəkə yaratdı.
Galatasaray TV
"Galatasaray TV" (abr. GSTV) — "Qalatasaray" İK-nun sahibləndiyi Türkiyə özəl telekanalı. Telekanalda idman matçlarının (basketbol, voleybol, su polosu, gənc futbol komansaları, avarçəkmə və atüstü idman) birbaşa efirləri və Qalatasarayın mədəni tarixi (Qalatasaray liseyi, Qalatasaray Universiteti) haqda verilişlər yayımlanır. "Galatasaray TV" 15 noyabr 2006-cı ildə "Doğan Holding" şirkəti ilə imzalanan bir müqavilə çərçivəsində təsis edilmişdir. 28 may 2009-cu ildə "Doğan Holding" ilə imzalanan müqavilə ləğv edilmişdir. Türksat 3A, D-Smart və KabloTV üzərindən etdiyi yayımları sonlandıran telekanal hal-hazırda sadəcə Digiturk platformasında, Galatasaray.org, Youtube və Dailymotion saytlarından yayım edir. Əlavə olaraq, telekanal "GS Radyo" ilə birlikdə ortaq yayımlar edir. "Galatasaray TV" telekanalının "Qalatasaray" PFK-nın Türk Telekom Arena stadionunda bir studiyası var. Birbaşa efirlər matçların yayımı ilə hər həftə gerçəkləşir. 17 avqust 2010-cu ildə "GSTV" 3G birbaşa efirlərin yayımına start verildiyini açıqlamışdır.
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədilə prosesi təhlil etmək və informasiya çatdırmaq.
Günəş TV
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir. 13 iyun 2024-cü ildə saat 18:25–19:29 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Bembi 2" cizgi filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 22/24-10 nömrəli qərarı ilə ARB Günəşin-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Halk TV
Halk Haber TV — 10 yanvar 2005-ci ildə Dəniz Baykalın dəstəyi ilə qurulan televiziya kanalı. 3 fevral 2011-ci il tarixində bağlanan kanal həmin ilin 18 fevralında Cümhuriyyət Xalq Partiyasının qərarına əsasən təkrar quruldu. 31 iyul 2012-ci il tarixində 500.000 dollar borca görə "Digiturk"də yayımı sona çatdı. Borcun ödənilməsindən sonra 18 fevral 2013-cü ildə yenidən "Digiturk"də yayımlanmağa başladı. Kanalı Türksat 3A, Digiturk, D-Smart, Turkcell TV vasitəsilə izləmək mümkündür. 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı müqavimətin səsi olmuş və tamaşaçılarının sayı artmışdır.