Lok

die; -, -s lokomotiv, parovoz
Loipe
Lokal
OBASTAN VİKİ
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Didye Lokvud
Didye Lokvud (11 fevral 1956[…], Kale – 18 fevral 2018[…], Parisin 18-ci dairəsi[d]) — cazmen Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefani Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar. O, bir neçə "qızıl" kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir. Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır. Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir. Dünya cazının bibliyası sayılan "Daun Bit"də üç ulduz qazanmış, ilk "musiqi Viktoriyası"nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.
Dilarə Lokmanhekim
Dilarə Lokmanhekim (18 aprel 1994) — Türkiyəli cüdoçu. Dilarə Lokmanhekim Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Dilarə Lokmanhekim birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 52 kq çəkidə, 1/4 final mərhələsində Özbəkistanın nümayəndəsi Diyora Keldiyorova ilə üz-üzə gəldi. Həmin görüşdə Dilarə Lokmanhekim rəqibinə 0:1 hesabı ilə uduzdu.
Euseius lokele
Euseius lokele (lat. Euseius lokele) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kristanna Loken
Kristanna Sommer Loken (8 oktyabr 1979, Qent, Nyu-York ştatı) — ABŞ aktrisası və keçmiş modeli, mənşəcə norveçlidir. Kristanna Sommer Loken 8 oktyabr 1979-cu ildə Qentdə doğulub.
Lokhid Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Loki
Loki — German-skandinav mifologiyasında alov tanrısıdır. Daha çox hiyləgərliyi ilə seçilir. Digər Asqard sakinlərindən fərqli olaraq, Loki As və ya Van deyil. O, buz nəhəngləri nəslindəndir, lakin ağlı və hiyləgərliyi, eləcə də, Aslara etdiyi xidmətləri nəticəsində, tanrılar ona Asqardda yaşamağa icazə veriblər. Loki ilk dövrlərdə sadəcə olaraq, alov tanrısı kimi bilinsə də, sonradan daha çox mənfi xarakter alaraq, bahar tanrısı Baldrın ölümünün səbəbkarı kimi təqdim olunur. Loki skandinaviya mifologiyasında pislik və hiyləgərlik tanrısıdır. Bəzən buynuzlu olaraq təsvir edilir. Loki Yotunheymdəki trolların nəslindən gələn yad bir varlıq idi. Atası Farbauti, anası isə Laufreydi. O, əslində, bir buz nəhəngidir.
Loki (Marvel Comics)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
Loki (komiks)

Loki (teleserial, 2021)
"Loki" (ing. Loki) – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan Amerika serialıdır.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub. Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə mini-serial hazırlayırdı. Bu mini-serial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi.
Lokkerbi faciəsi
Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur. Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur. Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir. 2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi. Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi. Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub. Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Lokomobil
Lokomobil — lokomotiv və mobil sözlərinin birləşməsindən yaranan bir termindir və portativ və ya mobil buxar mühərriki deməkdir. Lokomobillər XIX əsrin sonu və XX əsrin əvvəllərində kənd təsərrüfatı və sənaye sahələrində geniş istifadə olunurdu. Bunlar əsasən buxar mühərrikləri ilə işləyirdi və hərəkət edərək müxtəlif yerlərdə kənd təsərrüfatı işləri görmək, su nasoslamaq və digər sənaye işlərini yerinə yetirmək üçün istifadə olunurdu. Lokomobillər həmçinin relslər üzərində hərəkət edərək yük və sərnişin daşımalarında da istifadə oluna bilirdi. Lokomobil həm reyssiz yollarda, həm də dəmir yollarında hərəkət etmək üçün nəzərdə tutulmuşdur. Reyslərdə hərəkət etmək üçün xüsusi təlimatlar və ya dayaq çarxları ilə təchiz edilmiş bu vasitə ya traktor, ya da yük maşını və ya xüsusi uyğunlaşdırılmış vasitə ola bilər. XXI əsrdə lokomotivlər universal traktor şassisi platformasında, eyni zamanda UAZ, MAZ, Ural, KamAZ, Iveco nəqliyyat vasitələrində istehsal olunur.
Lokomotiv
Lokomotiv (lat. loco, locus «yer» sözündəndir) ― dəmir yol xətlərində hərəkət edən və özü yükgötürməyən dartıcı qurğu. Lokomotivin transmissiyası bir neçə çarx üzərində oturdulmuş gövdədən ibarətdir. Müxtəlif enerji mənbəyi ilə işləyən mühərriklərdən alınan hərəkət çarxların fırlanmasına sərf edilir. Onların dəmir yolunda fırlanması nəticəsində lokomotov irəliyə hərkət edir. Beləliklə o, arxasına qoşulmuş vaqonların nəql edilməsinə imkan yaradır. XİX əsrdə İngiltərədə sənaye inqilabının təsiri altında baş verən buxar maşınlarının yaranması və sənayenin müxtəlif sahələrində tətbiq olunması mühəndisləri onun nəqliyyatda tətbiq etmək üzərində düşünməyə vadar edir. Bu sahədə bir neçə mühəndis tədqiqat işləri apararaq müxtəlif layihələr üzərində işləyirlər. 1814-cü ildə ingilis mühəndisi Corc Stivenson, Riçard Trevitik və başqa mühəndislərin apardıqları sınaqlara əsaslanaraq ilk dəfə praktikada tətbiq oluna biləcək, buxar maşını ilə işləyən lokomotivi düzəldirlər. Yalnız 1825-ci bu lokomotivin Stokton və Dərlinqton (ingl.
Lokomotiv-Biləcəri FK
"Lokomotiv-Biləcəri" — Bakının futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.2015-ci ildə komanda maliyyə problemlərinə görə dağıldı.
Lokomotiv (Bakı)
Lokomotiv (Bakı) — Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir. "Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır. Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur. Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır.
Lokomotiv Bakı

Lokomotiv Bakı QVK

Lokomotiv Bakı VK

Lokomotiv Daşkənd
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu 2001-ci ildə yaranıb.
Lokomotiv Daşkənd FK
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu 2001-ci ildə yaranıb.
Lokomotiv Leypsiq FK
Lokomotiv (Leypsiq) - Almaniyanın futbol klubu 15 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Moskva FK
Lokomotiv (Moskva) — Rusiyanın futbol klubu. Sovet zamanında bu komanda 2 dəfə SSRİ çempionatının qalibi olub. Daha sonra 1993/94 mövsümündə Rusiya premyer-liqasında çıxış etməyə başlayıb. Bu vaxt ərzində komanda Rusiyada bir çox titula sahib çıxır. Hal-hazırda Lokomotiv 3 qat Rusiya çempionu və 8 qat kubok qalibidir. Bundan başqa komanda 2 dəfə Rusiya Superkubokuna sahib çıxıb və 2005-ci ildə finalda Neftçi Bakı klubunu məğlub etməklə Birlik Kubokunun qalibi olub. 12 avqust 1923-cü ildə yaranmışdır. 13 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Plovdiv PFK
Lokomotiv (Plovdiv) — Bolqarıstannın futbol klubu. 1926-cı ildə yaranıb. 14 dəfə Avropa kuboklarında iştirak edib.

Digər lüğətlərdə