Lok

die; -, -s lokomotiv, parovoz
Loipe
Lokal
OBASTAN VİKİ
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Euseius lokele
Euseius lokele (lat. Euseius lokele) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kristanna Loken
Kristanna Sommer Loken (8 oktyabr 1979, Qent, Nyu-York ştatı) — ABŞ aktrisası və keçmiş modeli, mənşəcə norveçlidir. == Həyatı == Kristanna Sommer Loken 8 oktyabr 1979-cu ildə Qentdə doğulub.
Lokal şəbəkə
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lokal şəbəkələr

Lokallaşdırma
Lokallaşdırma (ing. Localization) – məhsulun buraxılacağı ölkə və regionun dilinə uyğunlaşdırılması prosesi. Lokallaşdırma prosesi zamanı həmin regionun mədəni xüsusiyyətləri də nəzərə alınır. Lokallaşdırmanı bildirmək üçün ingilis dilində olan "l10" qısaltmasından istifadə olunur: "l" və "n" hərfləri "lokallaşdırma" (ing. localization) sözünün ilk və son hərflərini ifadə edir. 10 ədədi isə bu iki hərf arasındakı hərf sayını simvolizə edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lokallaşdırma xidmətləri
Lokallaşdırma xidmətləri hər hansı bir məhsulun, veb-saytın və ya kontentin müəyyən region, ölkə, yaxud bazar üçün adaptasiya edilməsi prosesidir. Bu prosesə aşağıdakılar daxildir: mətnlərin tərcüməsi; hədəf seçilən bazarların tələbatına uyğunlaşmaq üçün kontentin dəyişdirilməsi; tərcümə olunan mətnin düzgün əks olunması üçün dizayn və maketin adaptasiyası; yerli tələblərə uyğunlaşmaq (məsələn, valyuta, ölçü vahidləri və s.); vaxt, ünvan və telefon nömrələrinin yerli formatlarından istifadə; yerli qanunvericilik tələblərinə və digər normalara uyğunlaşma. Lokallaşdırma işlərini həyata keçirərkən mədəni xüsusiyyətlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Reklam kampaniyasının hər bir kiçik elementi üzərində bəzən saatlarla düşünülür. Çünki kiçik bir nüans böyük bir uğursuzluğun səbəbi ola bilər. Hər hansı bir reklam mətni beynəlxalq bazara təqdim edildikdə bir çox mədəni nüansları nəzərə almaq, hər bir ölkədə onun doğuracağı reaksiyanı öncədən qiymətləndirmək lazımdır. Ona görə də dil xidmətləri göstərən şirkətlər hədəf bazarını seçərkən mədəni xüsusiyyətləri nəzərə almalı, mövcud mətnləri, yaxud digər reklam materiallarını həmin bazara uyğunlaşdırmalı, lazım gələrsə yenisini hazırlamalıdırlar. Lokallaşdırma zamanı daha bir vacib proses adların testləşdirilməsidir. Hər hansı şirkətin, məhsulun və ya xidmətin adının seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, hər hansı adın çoxdilli bazarlarda eyni məna kəsb etməsi çox yaxşı haldır.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5–16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş. Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər.
Lokaut
Lokaut — İşçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Lokhid Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Loki
Loki — German-skandinav mifologiyasında alov tanrısıdır. Daha çox hiyləgərliyi ilə seçilir. Digər Asqard sakinlərindən fərqli olaraq, Loki As və ya Van deyil. O, buz nəhəngləri nəslindəndir, lakin ağlı və hiyləgərliyi, eləcə də, Aslara etdiyi xidmətləri nəticəsində, tanrılar ona Asqardda yaşamağa icazə veriblər. Loki ilk dövrlərdə sadəcə olaraq, alov tanrısı kimi bilinsə də, sonradan daha çox mənfi xarakter alaraq, bahar tanrısı Baldrın ölümünün səbəbkarı kimi təqdim olunur. Loki skandinaviya mifologiyasında pislik və hiyləgərlik tanrısıdır. Bəzən buynuzlu olaraq təsvir edilir. Loki Yotunheymdəki trolların nəslindən gələn yad bir varlıq idi. Atası Farbauti, anası isə Laufreydi. O, əslində, bir buz nəhəngidir.
Loki (Marvel Comics)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
Loki (komiks)

Loki (teleserial, 2021)
"Loki" (ing. Loki) – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan Amerika serialıdır.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub. Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə mini-serial hazırlayırdı. Bu mini-serial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi.
Lokkerbi faciəsi
Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur. Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur. Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir. 2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi. Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi. Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub. Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Lokomobil
Lokomobil — lokomotiv və mobil sözlərinin birləşməsindən yaranan bir termindir və portativ və ya mobil buxar mühərriki deməkdir. Lokomobillər XIX əsrin sonu və XX əsrin əvvəllərində kənd təsərrüfatı və sənaye sahələrində geniş istifadə olunurdu. Bunlar əsasən buxar mühərrikləri ilə işləyirdi və hərəkət edərək müxtəlif yerlərdə kənd təsərrüfatı işləri görmək, su nasoslamaq və digər sənaye işlərini yerinə yetirmək üçün istifadə olunurdu. Lokomobillər həmçinin relslər üzərində hərəkət edərək yük və sərnişin daşımalarında da istifadə oluna bilirdi. == Qeyri-reyslər üçün buxarla işləyən heyət == == Avtomobil-dəmir yolu vasitələri == Lokomobil həm reyssiz yollarda, həm də dəmir yollarında hərəkət etmək üçün nəzərdə tutulmuşdur. Reyslərdə hərəkət etmək üçün xüsusi təlimatlar və ya dayaq çarxları ilə təchiz edilmiş bu vasitə ya traktor, ya da yük maşını və ya xüsusi uyğunlaşdırılmış vasitə ola bilər. XXI əsrdə lokomotivlər universal traktor şassisi platformasında, eyni zamanda UAZ, MAZ, Ural, KamAZ, Iveco nəqliyyat vasitələrində istehsal olunur.
Lokomotiv
Lokomotiv (lat. loco, locus «yer» sözündəndir) ― dəmir yol xətlərində hərəkət edən və özü yükgötürməyən dartıcı qurğu. Lokomotivin transmissiyası bir neçə çarx üzərində oturdulmuş gövdədən ibarətdir. Müxtəlif enerji mənbəyi ilə işləyən mühərriklərdən alınan hərəkət çarxların fırlanmasına sərf edilir. Onların dəmir yolunda fırlanması nəticəsində lokomotov irəliyə hərkət edir. Beləliklə o, arxasına qoşulmuş vaqonların nəql edilməsinə imkan yaradır. == Tarixi haqqında == XİX əsrdə İngiltərədə sənaye inqilabının təsiri altında baş verən buxar maşınlarının yaranması və sənayenin müxtəlif sahələrində tətbiq olunması mühəndisləri onun nəqliyyatda tətbiq etmək üzərində düşünməyə vadar edir. Bu sahədə bir neçə mühəndis tədqiqat işləri apararaq müxtəlif layihələr üzərində işləyirlər. 1814-cü ildə ingilis mühəndisi Corc Stivenson, Riçard Trevitik və başqa mühəndislərin apardıqları sınaqlara əsaslanaraq ilk dəfə praktikada tətbiq oluna biləcək, buxar maşını ilə işləyən lokomotivi düzəldirlər. Yalnız 1825-ci bu lokomotivin Stokton və Dərlinqton (ingl.
Lokomotiv-Biləcəri FK
"Lokomotiv-Biləcəri" — Bakının futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.2015-ci ildə komanda maliyyə problemlərinə görə dağıldı.
Lokomotiv (Bakı)
Lokomotiv (Bakı) — Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir. == Tarixi == "Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır. Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur. === Avropada qazanılan kubok === Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır.
Lokomotiv Bakı

Lokomotiv Bakı QVK

Lokomotiv Bakı VK

Lokomotiv Daşkənd
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.

Digər lüğətlərdə