Oleq Losev
Oleq Vladimiroviç Losev (rus. Оле́г Влади́мирович Ло́сев) — elektrik birləşmələri sahəsindəki mühüm kəşfləri ilə tanınan rusiyalı alim və ixtiraçı
O, heç vaxt formal təhsilini tamamlaya bilməsə də, yarımkeçiricilərdə ilk tədqiqatlarının bəzilərini keçirib. Onun kəşflərinə görə 43 elmi məqalə nəşr edilib və o, 16 "müəlliflik şəhadətnaməsi" (patentlərin sovet variantı) alıb. Losev silisium karbidin kontakt birləşmələrində işıq şüalanmasının olduğunu qeyd edib. Bu işıq diodları üzərində ilk tədqiqat olub. Bu tədqiqatlar elektrolüminessensiya kimi praktiki tətbiqlərdə onların istifadə olunması və işıq diodlarının necə işləməsinin ilk düzgün nəzəriyyəsi idi. O, yarımkeçirici birləşmələrdə mənfi müqaviməti tətqiq etmişdir və tranzistorun kəşfindən 25 il əvvəl ilk bərk vəziyyətli gücləndiricilər, siqnal generatorları və superheterodin radioqəbuledicilərin hazırlanması və gücləndirmə üçün praktiki olaraq onlardan istifadə bir ilk idi. Lakin onun nailiyyətləri diqqətdən kənarda qalıb və XX əsrin sonları XXI əsrin əvvələrində tanınmamışdan əvvəl təxminən yarım əsr müddətində Oleq Losevin bütün bu işləri naməlum qalıb.
Rusiya radio həvəskarları ittifaqının Nijni Novqorod bölməsi «O.V.Losev - zamanı qabaqlamış alim!» (rus. О. В. Лосев — учёный, опередивший время!) diplomunu təsis edib..