Möhür

müəyyən bir sənədin həqiqiliyini və hüquqiliyini təsdiq etmək üçün işlədilən kəsimli işarə və yazısı olan alət.
Motiv
Mötərizə
OBASTAN VİKİ
Möhür Qanunu
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Möhür Aktı (1765)

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürü
Dövlət möhürü — Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində üzərində dövlətin adı və gerbi təsvir olunan əsas dövlət rəmzi. Cümhuriyyət Hökuməti 1919-cu il martın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət möhürünün layihəsini hazırlamaq üçün müsabiqə elan olunması barədə qərar qəbul etdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-nə qədər poçt və teleqraf nazirliyinə təqdim edilməli idi. Lakin həmin müsabiqənin nəticələri barədə hələlik məlumat aşkar edilməmişdir. İkinci dəfə isə Cümhuriyyət Hökuməti 1920-ci il yanvarın 30-da Dövlət himni və gerbi ilə yanaşı, Dövlət möhürünün də layihəsini hazırlamaq barədə qərar qəbul etdi. Qərara əsasən, bu məsələ ilə bağlı müsabiqə elan olunması xalq maarifi nazirinə həvalə olundu. Xalq maarifi nazirliyi müsabiqə barədə qəzetlərdə verdiyi elanlarda Dövlət himni, gerbi və möhürü üçün müsabiqəyə təqdim olunacaq layihələrin həmin il mayın 1-nə qədər məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına göndərilməsini xahiş edirdi. Müsabiqənin nəticələri Azərbaycan İstiqlalının ikinci ildönümünə, yəni 1920-ci il mayın 28-nə qədər elan olunmalı idi. 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı müsabiqənin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti dövlət rəmzlərinin yaradılmasına həsr olunmuş mühüm qərar.
Dövlət möhürü (AXC)

Yaponiyanın İmperator möhürü
Yaponiyanın İmperator möhürü— 16 - sarı və ya narıncı rəngdə rəmzi ləçəkli payızgülü. Kamakura dövründən başlayaraq, yapon imperatorları və Yaponiyanın imperator ailəsinin üzvlərinin emblemi sayılır. Yaponiyanın gerbi olmadığından, bəzən dövlət gerbi kimi də istifadə olunur. Şəxsi möhür kimi imperator Qo-Toba ilk dəfə istifadə edib. Bu emblem 1869-cu ildə qəbul olunub. 1871-ci il fərmanına əsasən Yaponiya imperatorundan başqa heç kimə bu möhürü istifadə etməyə icazə yox idi. İkinci dünya müharibəsindən sonra bu qadağa ləğv olundu.
Pasport möhürü
Pasport möhürü və ya pasport ştampı pasporta bir əraziyə daxil olarkən və ya bir ərazidən çıxarkən adətən rezin möhürlə vurulan mürəkkəb izidir. Vətəndaşlıqdan asılı olaraq, Aİ və ya EFTA ölkəsinə səyahət edən Aİ və ya EFTA vətəndaşı olan ziyarətçinin pasportuna heç bir möhür vurulmaya bilər (xüsusi tələb olmadıqda). Əksər ölkələr pasportlara giriş möhürlərindən əlavə olaraq çıxış möhürləri də vururlar. Kanada, El Salvador, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ daxil olmaqla, bir neçə ölkə yalnız giriş möhürləri vururlar. Pasport möhürləri bəzən Yaponiya, Cənubi Koreya və Şri Lankadakı giriş möhürləri kimi stiker möhürləri formasında ola bilər. Argentina, Avstraliya, Honq Konq, İsrail, Makao, Kuba və Sinqapur kimi bəzi dövlətlər isə ölkəyə daxil olarkən və yaxud da ölkədən çıxış zamanı pasportlara möhür vurmurlar. Bu ölkələr və yaxud da ərazilər pasportlara möhür vurmaq (tələb olunmadıqda) yerinə enmə vərəqələri verirlər. Argentina və Sinqapur isə e-poçt vasitəsilə giriş tələblərini özündə ehtiva edən rəqəmsal giriş qəbzləri göndərirlər. Vizalar həmçinin də pasport möhürü formasında ola bilər. Antarktidada heç bir milli orqan olmadığına görə pasport möhürü də mövcud deyildir.

Digər lüğətlərdə