müştəbehlik
müştərəklik
OBASTAN VİKİ
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).

Digər lüğətlərdə