Müəssisənin İxrac Proqramı

xarici iqtisadi fəaliyyət sahəsində müəssisənin məqsədli fəaliyyət proqramıdır.
Müəssisənin İcarəsi
Müəssisənin İqtisadi Diaqnostikası
OBASTAN VİKİ
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
Müəssisənin quruluşu
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Müəssisənin inkişaf stategiyası
Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımı-nı, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət is-tiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabi-liyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatın-dan ibarətdir. Strateji planlaşdırma prosesi strategiyanın mərhələləri ilə müəyyən olunur və aşağıdakılardan ibarətdir: Təşkilatin missiyası. (Təşkilatin missiyası-ali, baş məqsəddir. Yəni nə is-tehsal etmək, hansı fəaliyyətlə məşqul olmaq lazım gəldiyini müəyyənləş-dirir.) Təşkilatin məqsədi. (Ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir.) Ətraf mühitin təhlili. (Xarici təsir amillərini müəyyən etmək, riskləri hesablamaq, rəqibləri öyrənmək, təbii fəlakətlərdən qorunmaq, infilyasi-yanı nəzərə almaq və s.) Alternativlərin təhlili.
Müəssisənin rəqabət qabiliyyəti
Müəssisənin rəqabət qabiliyyəti — verilmiş bazarda təqdim olunan oxşar obyektlərlə müqayisədə konkret ehtiyacın faktiki və ya potensial ödənilmə dərəcəsi ilə xarakterizə olunan onun mülkiyyətidir. Philip Kotler deyir ki, rəqabətqabiliyyətlilik müəyyən bazarda oxşar obyektlərlə müqayisədə rəqabətə tab gətirmək qabiliyyətini müəyyənləşdirir. Müəssisənin rəqabət qabiliyyəti müəssisəni idarə edən şirkətin tutduğu rəqabət mövqeyi ilə təmin edilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində rəqabət qabiliyyətinin aşağıdakı beş amili fəaliyyət göstərir: keyfiyyət; qiymət; reklam; tədqiqat və inkişaf; xidmət Matris üsulları (şirkətin məhsul portfelinin qiymətləndirilməsi əsasında); Məhsul metodları (şirkətin məhsullarının rəqabət qabiliyyətinin qiymətləndirilməsi əsasında); Əməliyyat metodları (şirkətin əməliyyat fəaliyyətinin müxtəlif komponentlərinin qiymətləndirilməsi əsasında); Biznesin dəyərinin qiymətləndirilməsi üsulları (şirkətin bazar dəyərinin qiymətləndirilməsi əsasında); Dinamik üsullar (zaman ərzində şirkətin əsas iqtisadi göstəricilərinin qiymətləndirilməsinə əsaslanaraq). Стивен Силбигер. МВА за 10 дней: Самое важное из программ ведущих бизнес-школ мира. М.: Альпина Паблишер. 2014 [The Ten-Day MBA. A Step-by-Step Guide to Mastering the Skills Taught In America’s Top Business Schools]. ISBN 978-5-9614-4476-6.
Antivirus proqramı
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür: Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.
Apollon Proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Ay proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Erasmus proqramı
Erasmus proqramı (ing. European Region Action Scheme for the Mobility of University Students) ― 1987-ci ildə yaradılmış tələbə mübadilə proqramıdır. Erasmus + və ya Erasmus Plus, 2014-cü ilin yanvar ayında başlanmış təhsil, təlim, gənclik və idman üçün bütün Avropa İttifaqının hazırkı sxemlərini birləşdirən yeni proqramdır.
Kompyuter proqramı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir. BIOS; Əməliyyat sistemləri; Qurğu drayverləri; HESABLAMA MAŞINLARI VƏ KOMPÜTERLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT, R.Q. ƏLƏKBƏROV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
Kompüter proqramı
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Quraşdırma proqramı
Quraşdırma proqramı (ing. installation program ~ ru. программа установки ~ tr. yükleme programı) – başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin, printerin və monitorun verilmiş konfiqurasiyasına “bağlamaqda” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki, quraşdırma proqramı quraşdırılan proqramın kopyalarının sayına nəzarət edir; kopyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reyncer proqramı
Reyncer proqramı- Amerika Birləşmiş Ştatlarının 1960-cı illərdəki pilotsuz kosmik uçuşlar seriyasından biri idi.Proqramın məqsədi Ayın səthinin iri planla təsvirlərini almaq idi.Reyncer kosmik aparatı zərbə nəticəsində məhv olana qədər ayın səthinin şəkillərini çəkmək və bu şəkillərin Yer Kürəsinə verilməsi üçün nəzərdə tutulmuşdu.İlk 6 uçuş uğursuz olsa da Reyncer 7 1964-cü il İyul ayında çəkdiyi şəkilləri uğurla Yerə göndərə bilmişdi
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Serveyer proqramı
Serveyer proqramı(ing. Surveyor program) — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir. Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.
Troyan proqramı
Troyan proqramı — hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı. Bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir. Troyan proqramlarının adı "Troya atı" ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keçmiş və Troya müharibəsinin taleyini həll etmişlər. Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompüterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikinci hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa kompüterdə olan ikinci hissə yoluxmuş komputerin IP (şəbəkəyə qoşulmuş hər bir kompüterin unikal identifikasiya ünvanı) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş kompüter kiminsə nəzarətinə keçir – disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, "yenilənmə" düyməsi kömək eləmir və sair.
Vikinq proqramı
Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır. Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur. "Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Vostok proqramı
"Vostok" — Yer kürəsi ətrafı orbitdə uçuşlar üçün nəzərdə tutulmuş "Vostok" seriyasından olan birpilotlu kosmik gəmilər üçün sovet kosmik proqramıdır. Onun sınaqdan keçirilməsi zamanı kosmonavt Yuri Alekseyeviç Qaqarin 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində kosmosa uçan ilk insan olmuşdur. 1957-ci ilin yazında Sergey Korolyov öz BKT çərçivəsində yerin ilk süni peyklərinin yaradılması üzrə işlərin aparılması üçün 9 saylı xüsusi şöbəni təşkil edir. Şöbənin başçısı Korolevin silahdaşı Mixail Klavdiyeviç Tixonravov seçilir. Tezliklə süni peyklərin yaradılması ilə yanaşı, şöbədə pilotlu peyk-gəminin yaradılması məsələsi üzrə tədqiqatlar aparılmağa başlandı. Raket daşıyıcı korolevski “R-7” olmalı idi. Hesablamalar göstərdi ki, o, üçüncü pillə ilə təhciz olunmaqla aşağı Yer kürəsi ətrafı orbitə 5 tona qədər yük apara bilər. Pilotlu gəminin yaradılması işləri atmosferdə eniş, etibarlı istilik müdafiəsi, yüksək səsli aerodinamika və s. kimi yeni sahələrin dərindən öyrənilməsini tələb edirdi.
Voyacer proqramı
Voyacer proqramı iki robotik Voyacer 1 və Voyacer 2 tədqiqat raketi ilə xarici Günəş sistemi ni öyrənmək üçün istifadə olunan Amerikanın hal hazırda davam edən elmi proqramıdır.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Artemida proqramı
Artemida proqramı (ing. Artemis program) — NASAnın 1972-ci il Apollon 17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqram. Proqramın üç mərhələdən ibarət olacağı nəzərdə tutulub: Birinci mərhələ ("Artemis 1") "Orion"un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir. İkinci mərhələ ("Artemis 2") göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur. Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.
Fulbrayt proqramı
Fulbrayt proqramı (ing. Fulbright Program), Fulbrayt — Heys proqramı da daxildir (ing. Fulbright–Hays Program) — 1946-cı ildə əsası qoyulmuş, keçmiş Arkanzas senatoru Ceyms Uilyam Fulbrayt tərəfindən irəli sürülən və Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, Birləşmiş Ştatlar və digər ölkələrin vətəndaşları arasında mədəni və akademik əlaqələri gücləndirmək üçün təhsil qrantı proqramıdır. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən ən böyük beynəlxalq təhsil mübadilə proqramı olan Fulbrayt Proqramı Birləşmiş Ştatlar və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün yaradılmışdır. Bu məqsədə nail olmaq üçün Fulbrayt Proqramı öz elmi potensialı və liderliyi ilə seçilən 300 000-dən çox iştirakçıya digər ölkələrdəki siyasi, iqtisadi və mədəni təşkilatların işləri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və dünya xalqlarının ümumi mənafeyi naminə birgə layihələrə başlamaq. Fulbrayt Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən idarə olunur. Proqramın başlanğıcından bəri 46,800 xarici alim ABŞ universitetlərində tədqiqat aparıb və ya dərs deyib və 45,200-dən çox ABŞ alimi xaricdə oxşar fəaliyyətlər həyata keçirib. Hər il Fulbrayt Proqramı digər ölkələrdən ABŞ-a gələn alimlərə təxminən 800 qrant verir. Fulbrayt Proqramı hazırda dünyanın 155 ölkəsində fəaliyyət göstərir. Fulbrayt Proqramının əsas maliyyə mənbəyi ABŞ Konqresinin Dövlət Departamentinə ayırdığı illik vəsaitdir.
Dünya Qida Proqramı
Dünya Qida Proqramı (ing. World Food Programme (WFP)) — Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsidir. Bu qurum aclığın aradan qaldırılması və dünya qıda təhlükəsizliyini təmin edən ən böyük BMT təşkilatıdır. Təşkilatın əsası 1961-ci ildə qoyulmuş, baş ofisi Romada yerləşir və 80 ölkədə ofisləri var. 2019-cu ilə qədər 88 ölkədə 97 milyon insana xidmət göstərmişdir ki, bu da 2012-ci ildən bəri ən böyük göstəricidir və fəaliyyətinin üçdə ikisi münaqişə zonalarında həyata keçirilir. Təcili ərzaq yardımına əlavə olaraq, DQP fövqəladə hallara hazırlıq və cavab tədbirləri üçün şəraitin yaradılması, təchizat zəncirlərinin və logistikanın idarə edilməsi, sosial təhlükəsizlik proqramlarının təşviqi və iqlim dəyişikliyinə qarşı davamlılığın gücləndirilməsi kimi texniki yardım və inkişaf yardımı təklif edir. Agentlik eyni zamanda birbaşa nağd pul yardımı və tibbi ləvazimatların əsas təchizatçısıdır və humanitar işçilər üçün sərnişin xidmətləri göstərir. DQP-ı 17 Dayanıqlı İnkişaf Məqsədlərini yerinə yetirməyi qarşısına məqsəd qoyan və 2030-cu ilə qədər "sıfır aclıq" üçün SDG 2-yə nail olmaq üçün prioritet olan BMT qurumlarından ibarət konsorsium olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Qrupunun icraçı üzvüdür. Dünya Qida Proqramı 2020-ci ildə münaqişə bölgələrinə ərzaq yardımı göstərmək, ərzaqdan müharibə və münaqişə silahı kimi istifadənin qarşısını almaq istiqamətindəki səylərinə görə sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. DQP-ı 1961-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 1960-cı il Konfransından sonra, ABŞ-nin Sülh Naminə Ərzaq Proqramlarının direktoru Corc Makqoverin çoxtərəfli ərzaq yardımı proqramının yaradılmasını təklif etdiyi zaman yaradılmışdır.
Elektronik Stabilləşdirmə Proqramı
ESP, Robert Bosch GmbH firması tərəfindən yaradılmış, avtomobillərdə idarə etməyə dəstək verən bir sistemdir. Açıqlaması - Electronic Stability Program (Elektronik Stabilləşdirmə Proqramı) olan sistem ilk dəfə Mercedes-Benz firması tərəfindən 1995-ci ildə CL modellərinin konsepsiyasında istifadə etmişdir. Fərqli firmalarda, fərqli adlarla xatırlanan bu sistemin məntiqi ümumiyyətlə belədir: mərkəzi kontrol sistemi sükan bucaq sensorlarından, moment sensorlarından, ABS əyləc sisteminin sensorlarından gələn məlumatları qiymətləndirərək avtomobilin sürüşüb, sürüşmədiyini aydınlaşdırır. Buna görə də əyləc sistemi vasitəsilə lazımi təkərlərə və mühərrikin gücünə müdaxilə edərək avtomobili əvvəlki trayektoriyasına qaytarmağa çalışır. Məsələn, avtomobil ön hissədən sürüşərsə, sürüşməyən arxa təkərlərin əyləci avtomatik qapanır, həmçinin arxa təkərlər sürüşərsə, sürüşməyən ön təkərlər avtomatik olaraq dayandırılır. Beləliklə avtomobil sürüşməzdən qabaqki trayektoriyasına qayıdır.