MÜƏZZİN

Ərəbcə azan sözü ilə qohumdur. “Azana dəvət edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MÜƏMMA
MÜFƏSSƏL
OBASTAN VİKİ
Müəzzin
Müəzzin (və ya azançı) (türk. müezzin ərəb. مؤذن‎, mu’aḏḏin) — məscidlərdə azan, namazlarda salam və təsbeh dualarını oxuyan şəxs. Müəzzinlik mövqeyi, İslam peyğəmbəri Məhəmməd bin Abdullah zamanından bəri var. İlk müəzzin Bilal-i Həbəşidir.
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.
Mehmet Müəzzinoğlu
Mehmet Müəzzinoğlu (9 yanvar 1955) — Türkiyənin səhiyyə naziri (2013–2016). == Həyatı == Mehmet Müəzzinoğlu 1955-ci ildə Yunanıstanın Komotini (Gümülcinə) şəhərində anadan olub. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən məzun olan Müəzzinoğlu son seçkidə İstanbuldan millət vəkili seçilib.
Rəhim Müəzzinzadə Ərdəbili
Rəhim Müəzzinzadə Ərdəbili (fars. رحیم موذن زاده اردبیلی‎; 1925, Ərdəbil – 25 may 2005) — görkəmli şiə müəzzin. Ərdəbildə dünyaya gəlibdir və atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə müəzzin idi. Rəhim Müəzzinzadə Ərdəbilinin məşhur azanı Bayatı-Türk də söylənib və İran radio və televiziyasından yayılar.Səlim Müəzzinzadə Ərdəbilinin qardaşıdır.
Səlim Müəzzinzadə Ərdəbili
Səlim Müəzzinzadə Ərdəbili — Məşhur məddah, Əhli-Beyt (ə) şairi. 1936-cı ildə Ərdəbil şəhərində dünyaya gəlmişdir. Növhələrinin çoxunu azərbaycan dilində yazıb. O, görkəmli müəzzin Rəhim Müəzzinzadə Ərdəbilinin qardaşıdır. Atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə İran radiosunun ilk müəzzini idi. Ustad Səlim ərəb dilini və azərbaycan dilini tam mükəmməl bildirdi. 22 noyabr 2016-cı ildə Ərdəbildə vəfat etmişdir.

Digər lüğətlərdə