Sosial fəlsəfənin predmeti
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm.
Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci — sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması.
Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir.