məclis tutmaq

to feel awkward / to be out of one’s element / Cf. to be in the wrong box / to feel like a fish out of water чувствовать себя не в своей тарелке (чувствовать себя неловко, сконфузиться, растеряться, смутиться, попав в какое-нибудь общество)
məcburiyyət qarşısında
məclisin canı olmaq
OBASTAN VİKİ
Məclis
Məclis (ərəb. مجلس‎ — majlis, hərfi mənası "toplanma yeri") — bir sıra əsasən müsəlman ölkəsinin (İran, Azərbaycan) və xalqlarının (krım-tatarlar) səlahiyyətli qanunverici orqanı (parlamenti). "Məclis" sözü Azərbaycan dilində ərəbcə "toplanma yeri" mənasını verən "مجلس" sözündən götürülmüşdür. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə məhfil (مهفیل) adlandırılmışdır. Bu söz ərəbcə "toplanma" mənasını daşıyan "محفل" sözündən törəmişdir.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Ali Məclis
Ali Məclis (Naxçıvan)
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Məclis parkı
Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur. Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi. Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ali Məclis (Naxçıvan)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. == Tarixi == 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. === Ali Məclisin çağırışları === == Statusu == Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Ali Məclis (Tacikistan)
Tacikistanın Ali Məclisi «Məclisi Ali» (tac. Маҷлиси Олии Ҷумҳурии Тоҷикистон) — Tacikistan Respublikasının ən yüksək qanunverici və təmsil edən dövlət hakimiyyətinin orqanı olan parlament. == Tərkibi == Tacikistan parlamenti iki palatadan ibarətdir: Aşağı — Nümayəndələr Palatası (tac. Маҷлиси намояндагон). Yuxarı — Milli Şura (tac. Маҷлиси миллӣ). Tacikistan Respublikasının Konstitusiyasına görə Məclisi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilən 63 millət vəkilindən ibarətdir. 22 nümayəndə proporsional əsaslarla, 41 nəfər isə birmandatlı dairələrdə seçilir. Məclis Məclisi daimi və peşəkar əsasda fəaliyyət göstərir. Ən azı 25 yaşı olan bir vətəndaş Tacikistan Respublikasının Məclisi Namoandagon Məclisi Oli -nə deputat seçilə bilər.
Ali Məclis (Özbəkistan)
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Milli Məclis (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Milli Məclis (dəqiqləşdirmə)
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Azərbaycan Milli Məclisi (İran) Ermənistan Respublikasının Milli Məclisi — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Fransa Milli Məclisi — Fransa Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı.
Məclis-i Məbusan
Məclis-i Məbusan (Osmanlı türkcəsi: مجلس مبعوثان) — Osmanlı imperiyasında 23 dekabr 1876 tarixli konstitusiyaya görə qurulmuş, birinci və ikinci məşrutiyyət dövrlərində fəaliyyət göstərmiş qanunvericilik orqanıdır. Padşah tərəfindən təyin edilən Soylular məclisi (ayan məclisi) və ümumi parlamentdən (məclis-i ümumi) ibarətdir. Məclis-i Məbusan 7 dönəm fəaliyyət göstərdi: 31 mart 1877–28 iyun 1877 tarixlərində 13 dekabr 1877–14 fevral 1878 tarixlərində 4 dekabr 1908–18 yanvar 1912 tarixlərində 18 aprel 1912–5 avqust 1912 tarixlərində 1914–21 dekabr 1918 tarixlərində 12 yanvar 1920–11 aprel 1920 tarixlərində 23 aprel 1920 tarixində isə Ankarada Böyük Millət Məclisi fəaliyyətə başladı. Myron Weiner; Ergun Özbudun (1987). Competitive Elections in Developing Countries. Duke University Press. p. 333. ISBN 0-8223-0766-9 Rainer Grote; Tilmann Röder (16 February 2012). Constitutionalism in Islamic Countries: Between Upheaval and Continuity.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Ali Məclis (Özbəkistan parlamenti)