MƏHƏMMƏD İBN ƏBDÜLVƏHHAB

(1116/1703 – 1206/1792) – XII/XVIII əsrdə Ərəbistan yarımadasında yaşamış din islahatçısı və siyasi xadim olmuşdur. İbn Teymiyyə irsinin davamçısı olan Əbdülvəhhab Vəhhabi hərəkatının qurucusu kimi tanınmışdır. Bu hərəkatının ideoloqu olaraq o, müsəlmanları dinin sonradan gətirilmiş bidətlərdən təmizlənməsinə çağırırdı. Müqəddəslərin məzarları üstündə tikililərin ucaldılmasını, onların məscidlərə çevrilməsini və orada ibadət etməyin yolverilməz olduğunu hesab etmişdir. Məhəmməd ibn Əbdülvəhhab Ərəbistanın mərkəzində yerləşən Nəcd vilayətində 1116/1703-cü ildə doğulmuşdur. Riyadın yaxınlığında yerləşən Üyəynada qazi (II) ailəsində dünyaya göz açmışdır. Sonra o, Ərəbistan və Osmanlı imperiyasının müxtəlif bölgələrinə səyahət etmişdir. Onun haqqında qeyd edilir ki, o səfərlərdə yerli xalqların adət-ənənələri və inancları ilə tanış olmuşdur. Onların müqəddəslərin qəbirləri üzərində ucaltdıqları məqbərələr və orada onların ibadət etmələri, eləcə də mövhumatlara inandıqlarını İslama zidd davranış kimi dəyərləndirmişdir. Bəsrədə olanda o ilk bidətlərə qarşı çıxış etmiş, insanları Məhəmməd peyğəmbərin və onun səhabələrinin tutduğu yola qayıtmağa dəvət etmişdir. Ancaq onun dində bidət saydıqları şeylər haqqında yürütdüyü fikirləri hamı qəbul etməmişdir. Bu barədə digər ilahiyyatçılar fərqli fikirlər irəli sürmüşdürlər. Buna baxmayaraq Məhəmməd ibn Əbdülvəhhabın çoxlu aktiv davamçıları olmuşdur. Sonralar onlar “vəhhabilik” adlanan dini-siyasi hərəkata çevrilmişdirlər. Nəticədə bu təlim Nəcddə geniş yayılmışdır. Öz doğma şəhəri Üyəynaya qayıdandan sonra Məhəmməd ibn Əbdülvəhhab buranın valisi olan Osman ibn Həmmad ibn Muəmmarın dəstəyini qazana bilmişdir. Onun köməyi ilə o, tərəfdarları ilə birlikdə yerli əhalinin ibadət etdikləri müqəddəs yerləri dağıtmağa başlamışdır. Bu barədə xəbərlər bütün Ərəbistanda yayılmışdır. 1157/1744- cü ildə Dəriyəyə köçmüş, buranın valisi Məhəmməd ibn Səudla əlaqələr qura bilmişdir. Bundan sonra o, daha da çox tanınmışdır. Ərəbistanın başqa yerlərindən gəlmiş davamçıları Dəriyədə onun ətrafında birləşməyə başlamışdırlar. Buradan onlar yaxınlıqda olan bölgələrə yürüşlər etməyə başladılar. Beləliklə, Nəcddə Səud sülaləsinin başçılıq etdiyi Dəriyə əmirliyi güclənməyə başladı. Sonralar bu sülalə Məhəmməd ibn Əbdülvəhhabın təliminin davamçıları olmuşdurlar. Onun ölümündən sonra vəhhabilik hərəkatı daha da genişlənmişdir. Məhəmməd ibn Əbdülvəhhabın təliminin ortaya çıxması və güclənməsi Osmanlı imperiyasının zəifləməsi və dərin böhran keçirməsi ilə bağlı idi.
MƏHƏMMƏD BAQİR
MƏHƏMMƏD İBN ƏLİ
OBASTAN VİKİ
Divdad ibn Məhəmməd
Divdad ibn Məhəmməd — Sacilərin II afşini. Atasının ölümündən sonra cəmi 7 ay taxtda qalmış, əmisi tərəfindən devrilmişdir. Bağdada getmiş Divdad haqda əlavə məlumat yoxdur.
Fəzl İbn Məhəmməd
Heysam ibn Məhəmməd
Heysəm ibn Məhəmməd — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Əli ibn Heysamın atasıdır. Heysəm ibn Məhəmməd (Tabasaran əmiri) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.
Heysəm ibn Məhəmməd
Heysəm ibn Məhəmməd — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Əli ibn Heysamın atasıdır. Heysəm ibn Məhəmməd (Tabasaran əmiri) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri.
Məhəmməd ibn Abdullah
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd ibn Bəis
Məhəmməd ibn Bəis ibn Halbas (fars. محمدبن‌بعیث‎; IX əsr, Mərənd) — Abbasilər dövründə Mərəndin hakimi, Babəkin müttəfiqi, şair. Məhəmməd ibn Bəis şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Babası Halbas xilafət dönəmində Mərənd şəhərində məskunlaşmışdı. Atası Bəis ibn Halbas şəhərin məşhur şəxslərindən idi. Məhəmməd də bu şəhərdə doğulmuşdu. Mükəmməl dini təhsil almışdı. Babək və onun başçiliq etdiyi xürrəmilər ərəblərə qarşi Məhəmməd ibn Bəisin göstərdiyi maddi və hərbi yardimdan istifadə edirdilər. Məhəmməd ibn Bəis xürrəmilərə ərzaq, pul, silah yardımlarıyla bərabər, özünə məxsus Təbriz və Şahi qalalarını onların ixtiyarina vermişdi. Məhəmməd ibn Bəis Babəkin cəsur sərkərdəsi İsma əl-Kurdinin qaynatası idi.
Məhəmməd ibn Haşim
I Məhəmməd — Dərbənd Haşimiləri sülaləsindən olan üçüncü müstəqil Dərbənd əmiridir. Qardaşının ölümündən sonra əmir olmuşdu. 886-cı ildə Şəndanı qarət etmişdi. 901-ci ilin avqustunda xəzərlərin hücumunu dəf etmişdi. 905-ci ilin sentyabrında Sərir ölkəsi hökmdarı Buxt Yəşa ilə görüşüb əsirlikdəki on əmirini geri almışdı. 909-cu ildə Şirvanşahlar ilə birlikdə Şəndana yürüş etmişdi. 915-ci ildə vəfat etmişdi.
Məhəmməd ibn Heysam
Məhəmməd ibn Heysəm — Şirvanşahlar dövlətinin ikinci hökmdarı, Şirvanşah Heysəm ibn Xalidin oğlu, Heysəm ibn Məhəmmədin atası. Şirvanşah Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmuşdur. Deyildiyinə görə o, "atasının vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafirlərlə müharibə aparmışdır. O habelə bu diyarda özü haqqında yaxşı ad qoyub getmişdir". Məhəmməd ibn Heysəm haqqında mənbələrdə çox cüzi məlumat vardır.
Məhəmməd ibn Heysəm
Məhəmməd ibn Heysəm — Şirvanşahlar dövlətinin ikinci hökmdarı, Şirvanşah Heysəm ibn Xalidin oğlu, Heysəm ibn Məhəmmədin atası. Şirvanşah Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmuşdur. Deyildiyinə görə o, "atasının vəsiyyətlərinə əməl edərək, ədalətli olmuş və kafirlərlə müharibə aparmışdır. O habelə bu diyarda özü haqqında yaxşı ad qoyub getmişdir". Məhəmməd ibn Heysəm haqqında mənbələrdə çox cüzi məlumat vardır.
Məhəmməd ibn Həsən
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi. Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi. 919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi. 930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu. Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu.
Məhəmməd ibn Osman
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm." Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır." Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır.
Məhəmməd ibn Salman
Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri, kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri. Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb. Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi. Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura. 23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi.
Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. Xalid ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Məhəmməd ibn Yezid
Məhəmməd ibn Yezid — Yezid ibn Məzyədin oğlu, Ərməniyyə hakimi. Haqqında cüzi məlumat var, qardaşı Əsəd ibn Yezidi əvəz etmiş, bir ildən sonra isə Xuzeymə ibn Kazım onun yerinə göndərilmişdir. Müəlliflər onu "çox azadlıqsevər və mərhəmətli biri, ondan "yox" cavabı eşidilməzdi" deyə xatırlayırlar.
Məhəmməd ibn Yəzid
Məhəmməd ibn Yezid — Yezid ibn Məzyədin oğlu, Ərməniyyə hakimi. Haqqında cüzi məlumat var, qardaşı Əsəd ibn Yezidi əvəz etmiş, bir ildən sonra isə Xuzeymə ibn Kazım onun yerinə göndərilmişdir. Müəlliflər onu "çox azadlıqsevər və mərhəmətli biri, ondan "yox" cavabı eşidilməzdi" deyə xatırlayırlar.
Məhəmməd ibn İshaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona Tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğunu söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir "Əs-Sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilərin və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər. Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.
Məhəmməd ibn İsmayıl
Məhəmməd ibn İsmayıl əş-Şakir — İsmaililikdə 7-ci imam. 745-ci ildə Mədinədə doğulmuşdur, gəncliyi babası Cəfər Sadiqin himayəsində keçmişdir. Bir müddət sonra Kufə şəhərinə köçmüş, 809-cu ildə Fərqanədə vəfat etmişdir.
Məhəmməd ibn Əbdülvahab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Məhəmməd ibn Əbdülvahhab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Məhəmməd ibn Əhməd
Məhəmməd ibn Əhməd – Şirvanşahlar dövlətinin doqquzuncu hökmdarı, Şirvanşah Əhməd ibn II Məhəmmədin oğlu. Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi. Şirvanın ən zəngin və qədim şəhər mərkəzlərindən olan Şabran qonşu feodalların diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Şəbəran qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu.
Mərzban ibn Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadilər hökmdarı.
Qasım ibn Məhəmməd
Qasım ibn Məhəmməd (ərəb. قاسم بن محمد‎, yanvar 598, Məkkə – 601, Məkkə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. O, 601-ci ildə (atasının peyğəmbərliyi başlamazdan əvvəl), doğumundan üç il sonra vəfat edir. Məkkə şəhərində, Cənnətul-Mualla qəbiristanlığında dəfn edilir.
Vəhsudan ibn Məhəmməd
Vəhsudan ibn Məhəmməd (v. 967) — Salarilər sülaləsindən Deyləm hökmdarı. İlkin həyatı haqqında məlumat yoxdur. Hakimiyyətə atası 941-ci ildə Məhəmməd ibn Müsafiri devirərək gəlmişdir. Hakimiyyət dövrü boyunca qardaşı Mərzbanla əlaqələri yaxşı olmuş, ona döyüşlərdə kömək göstərmişdir. 957-ci ildə Mərzbanın ölümündən sonra onun oğulları ilə müharibə aparmışdır. 957-ci ildə Mərzbanın ölümündən sonra Azərbaycana gələn Vəhsudan qala əmirlərinin ona tabe olmadığını gördü. Mərzbanın oğlu Cüstan özünü hökmdar elan etmişdi və Vəhsudanın hakimiyyətini tanımırdı. Azərbaycanı tərk etməyə məcbur qalan Vəhsudan Mərzbanın oğullarının birini Azərbaycan, digərini Arran hakimi kimi tanıyaraq Tarıma qayıtdı. 960-cı ildə Cüstan və Nasir Vəhsudana qonaq gələrkən Vəhsudan onları qəflətən həbs etdirərək öz oğlu İsmaili Azərbaycana göndərdi.
İbrahim ibn Məhəmməd
İbrahim ibn Məhəmməd (ərəb. إبرهيم بن محمد‎, 16 aprel 630, Mədinə – 27 yanvar 632, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin Mariyə əl-Qibtiyyədən olan oğlu. Hicrətin 8-ci ilin son ayında (təxminən 630-cu il) anadan olmuşdur. Anası Mariya 628-ci ildə Misirdəki Bizans valisi Mukaukis tərəfindən Məhəmməd peyğəmbərə hədiyyə olaraq göndərilmiş qibti idi. Uşağa ərəblərin və yəhudilərin ortaq əcdadı sayılan İbrahim peyğəmbərin adı verilib. Ərəb ənənəsinə görə, uşaq Məhəmmədin bir neçə keçi verdiyi dəmirçi Əbu Seyfin arvadı süd anası Umm Sayfın himayəsinə verilir. Təbuk döyüşündən bir müddət sonra İbrahim on altı və ya on səkkiz aylıq olanda ağır xəstələnir. O, Mariyəyə verilir. Onun və bacısı Sirin şəxsi nəzarəti altında olur. Uşağın sağ qalmayacağı məlum olanda Məhəmmədə bu barədə məlumat verilir.