MƏHBUBÜLQÜLUB
MƏHBUSXANƏ
OBASTAN VİKİ
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Beynəlxalq Siyasi Məhbuslar Günü
Beynəlxalq Siyasi Məhbuslar Günü (rus. День памяти жертв политических репрессий) — hər il Sovet İttifaqında siyasi repressiyaların qurbanı olan insanları yad edildiyi gün. 30 oktyabrda qeyd olunur. Bu günün tarixi 1974-cü ildən SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır.
Günəşin məhbusları
Günəşin məhbusları — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 14-cü hissəsidir.
Harri Potter və Azkaban Məhbusu (film, 2004)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
Harri Potter və Azkaban Məhbusu (film musiqisi)
“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir. Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. == Kompozisiyaların siyahısı == == Kompozisiya detalları == === Double Trouble === Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü. Mövzunun mətni Şekspirin “Maqbet” əsərindən götürülmüşdür. Musiqi London Oratoriya Məktəbi tərəfindən ifa olunmuşdur.
Harri Potter və Azkaban Məhbusu (roman)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır. Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən, Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır. 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır. Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.
Məhbusların dilemması
Məhbusların dilemması — oyunlar nəzəriyyəsində təhlil olunan standart oyunlardan biridir. Bu dilemma əməkdaşlıq etmələri hər ikisinin ən yaxşı seçimləri olduğu halda, tam rasional iki şəxsin belə əməkdaşlıqdan yayına biləcəklərini göstərir. Bu oyun ilk dəfə RAND korporasiyasında çalışan Merrill Flood və Melvin Dresher tərəfindən 1950-ci ildə dizayn edilib. Daha sonra Albert W. Tucker oyunu həbs cəzası "mükafat"ları ilə formal hala gətirib (Poundstone 1992) və oyuna "məhbusların dilemması" adını verib. Oyun aşağıdakı kimidir: İki nəfər cinayətkar polis tərəfindən həbs olunur. Bu şəxslər bir-biriləri ilə heç bir vasitə ilə söhbət edə və ya mesaj göndərə bilməzlər. Polis qəbul edir ki, əllərində hadisəyə dair kifayət qədər dəlil yoxdur və bu səbəbdən cinayətkarlara maksimum cəza verə bilmirlər. Nəticədə, polis hər iki şübhəlini eyni vaxtda sorğulayır və hər bir şübhəliyə digərini günahlandırmaq və ya sakit qalmaq (digər şübhəli ilə "əməkdaşlıq" etmək) haqqı verilir. Şübhəlilərin cavablarına əsasən həbs cəzaları aşağıdakı kimi olur: A və B bir-birilərini günahlandırdıqları halda hər ikisinə 2 il həbs cəzası verilir. Əgər A, B-ni günahlandırarsa və B sakit qalarsa, A azad olunur, B-yə isə 3 il həbs cəzası verilir (və ya əksinə, əgər B, A-nı günahlandırarsa və A sakit qalarsa, B azad olunur, A-ya isə 3 il həbs cəzası verilir).
Məhbusların gəzintisi
"Məhbusların gəzintisi" — Vinsent van Qoqun 1890-cı ilin fevral ayında çəkdiyi rəsm əsəri. Qustav Dorenin "Qala" (1872) qravürinin surəti. = Rəsmin təsviri = Rəsmdə məhbusların dairəvi hərəkət etməyə məhkum olduqları balaca və dar həbsxana həyətinin quyusu təsvir olunmuşdur. Rəsm əsəri mavi-yaşıl qammada yerinə yetirilmişdir. "Məhbusların gəzintisi" rəssamın fikrincə qapalı dairəyə bənzəyən həyatın rəmzidir. Ön plandakı mərkəzi fiqur üzləri yalnız bir neçə mazokla çəkilmiş digər məhbuslardan fərqli olaraq daha fərdiləşmiş olandır. Bu personajda van Qoqun özünün cizgiləri sezilir. = Yaranma Tarixi = 1888-ci ilin dekabr ayının sonunda Van Qoqda ruhi xəstəliyin ilk tutması baş verdi, tezliklə tutmalar təkrarlanmağa başladı və o könüllü olaraq Arl yaxınlığında, Sen-Remidə, keçmiş Avqustin monastırında yerləşən Müqəddəs Pavel psixiatrik xəstəxanasına getdi. Xəstəxanada Van Qoq 1889-cu ilin mayından 1890-cı ilin mayına qədər qaldı. Bu xəstəxananın direktoru — doktor Peyon və Van Qoqun qardaşı — Teo rəssamın işləyə bilməsi üçün bütün şəraiti yaratmağa çalışırdılar.
Siyasi məhbuslara dəstək etirazı
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. == Tarix == 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.
Harri Potter və Azkaban Məhbusu (film)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
İsraildə fələstinli məhbuslar
İsraildə fələstinli məhbuslar — Fələstin–İsrail münaqişəsi kontekstində İsrail tərəfindən saxlanılan fələstinli məhbuslar. Onların gələcəyi Fələstin–İsrail sülh prosesində irəliləyişin mərkəzi amili hesab olunur. Həbs cəzası hallarına terrorizm və ya HƏMAS kimi "qanunsuz terror təşkilatı"nın üzvü olmaq və ya Oslo razılaşmalarından əvvəl Fələstin Azadlıq Təşkilatının üzvü olmaq ittihamları daxildir, lakin bəzi məlumatlara görə, Fələstin bayrağının qaldırılması kimi siyasi fəallıq da bura daxildir. 2011-ci ilin dekabrında İsrail həbsxanalarında 4,772 fələstinli təhlükəsizlik məhbusu cəza çəkirdi. Onlardan 552-si ömürlük azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin aprelində İsrail həbsxanalarında 160 uşaq, 32 qadın və 1,000-dən çox "inzibati məhbus" (qeyri-müəyyən müddətə həbs edilmiş) daxil olmaqla, 4,450 fələstinli təhlükəsizlik məhbusu var idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Falk, Richard. "Azmi Bishara, the Right of Resistance, and the Palestinian Ordeal". Journal of Palestine Studies. 31 (2).
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi (2023)
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr. ‏דלתות שמיים‏‎), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır. İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır. Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.
İranda siyasi məhbusların edamı (1988)
1988-ci ildə İranda siyasi məhbusların edamı — İranda Ayətullah Xomeyninin əmri ilə 19 iyul 1988-ci ildən başlayaraq bütün İran hakimiyyəti tərəfindən həyata keçirilmiş və təxminən beş ay davam etmiş edamlar seriyası. Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş, öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır. Öldürülənlərin əksəriyyəti İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları idi, lakin digər solçu qrupların, o cümlədən İran Xalq Fədailəri Təşkilatı və İran Tudə Partiyasının tərəfdarları da var idi.:209-228 Qətllər qanundan kənar baş tutmuş və məhkəmələr müttəhimlərin təqsir və ya təqsirsizliyini müəyyən etmək məqsədi daşımamışdır. Qətlləri ört-basdır etmək üçün böyük səylər göstərilmiş və İran hökuməti onların baş verdiyini inkar etməyə davam edir. Qətliam insan haqları təşkilatları tərəfindən "İranın insanlığa qarşı ən böyük cinayəti" adlandırılmışdır. Bu, həm miqyası, həm də ört-basdır edilməsi baxımından müasir İran tarixində misli görünməmiş haldır.:201 Bu hadisə İranın Ali Rəhbərinin müavini Ayətullah Müntəziri, BMT-nin İnsan Hüquqları Şurası, İsveç, Kanada və İtaliya kimi bir sıra ölkələr tərəfindən qınanmışdır. == Əsas şəxslər == Zərərçəkənləri ölümə məhkum edən "Tehran Ölüm Komitəsi"nə dörd nəfər daxil idi: Mürtəza İşraqi, Baş prokuror və Ali Məhkəmənin hakimi (1989–1998); Baş prokurorun müavini İbrahim Rəisi; Hüseynəli Nayeri, dini hakim, İran Ali Məhkəməsinin sədr müavini (1989–2013); Mustafa Purməhəmmədi, Silahlı Qüvvələrin qərb bölgələri üzrə İnqilab Məhkəməsinin prokuroru. Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar. 1988-ci ildə Evin və Göhərdəşt həbsxanalarında kütləvi edamlarda iştirak edən keçmiş SEPAH məhbusu Həmid Nuri İsveçdə saxlanılmış və tezliklə günahkar bilinmişdir.

Значение слова в других словарях