Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub.
Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur.
Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.