MƏRKƏZİ

прил. центральный:
1. находящийся, расположенный в центре. Mərkəzi hissə центральная часть, mərkəzi xiyabanlar центральные аллеи, mərkəzi meydan центральная площадь
2. основной, самый существенный. Mərkəzi məsələ центральный вопрос, mərkəzi ideya центральная идея, mərkəzi yer центральное место
3. главный, руководящий. Mərkəzi orqanlar центральные органы
4. сосредоточивший в себе основные функции, объединяющий и координирующий какую-л. деятельность. Mərkəzi teleqraf центральный телеграф, mərkəzi kitabxana центральная библиотека, mərkəzi statistika idarəsi центральное статистическое управление
5. осуществляемый высшими руководящими организациями, исходящий от них. Mərkəzi mətbuat центральная печать, mərkəzi qəzetlər центральные газеты, mərkəzi televiziya центральное телевидение
6. приводящий в действие, обслуживающий целую систему чего-л. Mərkəzi qızdırma sistemi система центрального отопления; mərkəzi sinir sistemi центральная нервная система
MƏRKƏZƏQAÇMA
MƏRKƏZİYYƏT
OBASTAN VİKİ
Ağcakəhriz (Mərkəzi)
Ağcakəhriz (fars. (Aqçe Kəhriz) اقچه كهريز‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Miləcird bəxşinin Miləcird dehistanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 11 ailədə 24 nəfəri kişilər və 21 nəfəri qadınlar olmaqla cəmi 45 nəfərdir. Kəndin əhalisini Azərbaycan türklər təşkil edir, Azərbaycan türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Muzey Mərkəzi
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Muğam mərkəzi
Beynəlxalq Muğam Mərkəzi — Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi. 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Mərkəzi Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Mərkəzi Avropa
Mərkəzi Avropa — coğrafi cəhətcə Avropanın aşağıdakı ölkələrini əhatə edir: Avstriya (alm. Mitteleuropa, Zentraleuropa‎) Macarıstan (mac. Közép-Európa) Almaniya Polşa (pol. Europa Środkowa) Slovakiya (slovak. Stredná Európa) Sloveniya (sloven. Srednja Evropa) Xorvatiya (xorv. Srednja Europa) Çexiya (çex. Střední Evropa) İsveçrə (fr. Europe centrale, it. Europa centrale) Serbiya ( ölkənin Voyevodina diyarının bir hissəsi, Belqrad və onun ətrafı; serb.
Mərkəzi Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Mərkəzi Belarus
Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir. Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı. Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur. X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş.
Mərkəzi Cimahi
Mərkəzi Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Mərkəzi Cimahinin 163,961 nəfər əhalisi olub.
Mərkəzi Finlandiya
Mərkəzi Finlandiya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Pyayat-Hyame, Pirkanmaa, Cənubi Ostrobotniya, Mərkəzi Ostrobotniya, Şimali Ostrobotniya, Şimali Savoniya və Cənubi Savoniya vilayətləri ilə sərhəddir. Mərkəzi Yuvuaskyulya şəhəridir. 1 yanvar 2017-ci il tarixində vilayətin ərazisi 19.948.61 km², bunun 16.703.02 km²-i quru ərazi, 3.245.59 km²-i isə daxili sulardır. 31 oktyabr 2020-ci il tarixində vilayətin əhalisi 275.032 nəfər idi. Keçmişdə mövcud olan Tavastiya, Savoniya və Ostrobotniya vilayətlərinin bir hissəsi olmuşdur. Vilayət 6 rayon və 23 kommunadan ibarətdir. 6 kommuna şəhər statusuna sahibdir.
Mərkəzi Frankoniya
Mərkəzi Frankoniya (alm. Mittelfranken‎; bav. Middlfrankn) Almaniyada Bavariya Federal vilayətinin tərkibində inzibati dairə, Tarixi Frankoniya əyalətinin üç hissəsindən biri Mərkəzi Frankoniya rayonlara (alm. Kreise‎) və sərbəst şəhərlərə ((alm. Kreisfreie Städte‎)) bölünür.
Mərkəzi Macarıstan
Mərkəzi Macarıstan (mac. Közép-Magyarország) — statistik (NUTS 2) Macarıstan regionu, Peşt medyesi və Budapeşt şəhəri daxildir. Regionun sahəsi — 6899 km². Əhali — 2 971 246 nəfər (2011-ciilin məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 4% (ölkədə ən aşağı). Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh. 280.
Mərkəzi Makedoniya
Mərkəzi Makedoniya (yun. Περιφέρεια Κεντρικής Μακεδονίας) — Yunanıstanın inzibati-ərazi vahidi, sahəsinə görə ən böyük və əhalidə ikinci periferiya. Kallikratis proqramına əsasən 2011-ci ildə Makedoniya — Frakiya desentralizasiya idarəsinə daxildir . Tərkibinə tarixi ərazi olan Makedoniyanın mərkəzi hissəsi daxildir, Ayon-Oros istisna olmaqla. Əhalisi 1.880.058 nəfər. Sahəsi 18.810,523 km². Sıxlıq 99,95 nəf./ km². Periferiyanın inzibati mərkəzi — Saloniki şəhəridir. Periferiarx — Apostolos Dzidzikostas (Απόστολος Τζιτζικώστας). 1987-ci ildə yerli özünüidarəetmə haqqında 1622/86 Qanuna uyğun olaraq təsis edilmişdir.
Mərkəzi Ostanı
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Mərkəzi Ostrobotniya
Mərkəzi Ostrobotniya (fin Keski-Pohjanmaa; isv. Mellersta Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Şimali Ostrobotniya, Mərkəzi Finlandiya və Cənubi Ostrobotniya vilayətləri ilə sərhəddir. Mərkəzi Kokkola şəhəridir. Vilayət 2 rayon və 8 kommunadan ibarətdir. Kannus və Kokkola kommunaları şəhər statusuna sahibdir. 2017-ci ildə adambaşına düşən ÜDM-ə görə vilayət adambaşına 31.974 avro göstəricisi ilə Finlandiyada 10-cu yerdədir.
Mərkəzi Qap
Mərkəzi Qap (fr. Gap-Centre) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0526. Mərkəzi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 8 090 nəfər təşkil edirdi.
Mərkəzi Qaraqum
Mərkəzi Qaraqum (türkm. Merkezi Garagum) — Türkmənistan ərazisində, Qaraqum səhrasının mərkəzində səhra. Alcaq düzənliyi əhatə edir. Zaunquz Qaraqumu ilə arasında plato yerləşir. 1972-ci ildə Mərkəzi Qaraqum rus arxeoloqu Viktor İvanoviçin rəhbərlik etdiyi ekspedisiya hesabına məhşurlaşmışdır. Belə ki, ekspedisiya nəticəsində qumların altında nəhəng və qədim şəhərin qalıqları aşkarlanmışdır . Daimi əhaliyə sahib deyildir. Səbəb qrunt sularının olduqca minerallaşmasıdır. Mərkəzi Qaraqum ərazisindən eyni adlı qaz kəmərinin tikintisi planlaşdırılır.
Mərkəzi Qazaxıstan
Mərkəzi Qazaxıstan (qaz. Орталық Қазақстан) — müasir Qazaxıstan Respublikasının, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. 1997-ci il islahatından sonra o, böyümüş Karağandı vilayətindən ibarətdir. Qazaxıstanın bütün başqa regionları ilə və heç bir xarici ölkə ilə həmsərhəddir.
Mərkəzi Yava
Mərkəzi Yava (yav. ꦗꦮꦠꦼꦔꦃ; ind. Jawa Tengah, qısaldılmış "Jateng") İndoneziya əyalətidir, Yava adasının ortasında yerləşir. İnzibati paytaxtı Semaranqdır. Qərbdə Qərbi Yava, Hind Okeanı və cənubda Cokyakartanın Xüsusi Bölgəsi, şərqdə Şərqi Yava və şimalda Yava dənizi ilə həmsərhəddir. Ümumi sahəsi 32,548 km², 2015-ci ildə 33 milyon əhalisi olan bu bölgə həm Yava, həm də İndoneziyada Qərbi Yava və Şərqi Yavadan sonra üçüncü ən çox əhalisi olan əyalətə çevrildi. Vilayətə cənubdakı Nusakambanqan adası (Qərbi Yava sərhədinə yaxın) və Yava dənizindəki Karimunyava adaları da daxildir. Mərkəzi Yava ayrıca Xüsusi Bölgə və Cokyakarta şəhərini əhatə edən bir mədəni konsepsiyadır. Bununla birlikdə inzibati olaraq şəhər və ətraf bölgələr, müstəqillik əldə etdikdən bəri ayrıca bir xüsusi bölgə (bir vilayətə bərabər) yaratdılar və ayrıca idarə olunurlar. Yava mədəniyyətinin "ürəyi" kimi tanınmasına baxmayaraq, Qərbi Yava ilə sərhəddə Sundalılar kimi yavalı olmayan digər etnik qruplar da var.
Mərkəzi Yunanıstan
Mərkəzi Yunanıstan (yun. Περιφέρεια Στερεάς Ελλάδας, Sterea-Elada) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir.2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Fessaliya — Mərkəzi Yunanıstanın mərkəzləşdirilmiş idarəçiliyi daxildir. Yunanıstanın mərkəz hissəsində, ən dağlıq kənarında yerləşir. Skiros və Evbeya adaları daxildir. 2011-ci ildə əhalisinin sayı 547,390 nəfər təşkil edirdi. Sahəsi 15 549.311 kvadrat kilometrdir. Kvadrat kilometr başına 35.2 əhalinin sıxlığı . İnzibati mərkəzi — Lamiyadır. 2014-cü il sentyabrın 1-dən Peripheriarch Kostas Bakoyanis (Κώστας Μπακογιάννης).
Mərkəzi ada
Mərkəzi ada və ya digər adı ilə Timsah adası — Keniyadakı Turkana gölünün ortasında yerləşən vulkanik bir adadır. Ada həmçinin Keniya Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunan Mərkəzi Ada Milli Parkının ərazisinə daxildir. Ondan çox krater və konusdan ibarətdir, bunlardan üçündə kiçik göllər yerləşir. İki ən böyük göl bir kilometr genişliyə və təxminən 80 m dərinliyə qədər olan kraterləri qismən doldurur. Əsasən bazaltdan ibarət olan adada ən yüksək nöqtə göl səthindən təxminən 190 m yüksəklikdə olmaqla 550 metr hündürlüyündədir. Kiçik bir partlayış kraterinin şərqdən qərbə uzanan zənciri 3 km enindədir və adanın şərq tərəfini kəsir. Cənub şərqdəki bir neçə kiçik ada qismən sualtında olan kraterlərə işarədir və adanın yaxınlığındakı göl səthinin altında digər konuslar və vulkan sütunları yatır. Adadakı ən gənc tuf və lavalar Holosenə aid ola bilər. 1974-cü ildə adadan ərimiş kükürdün və buxar buludlarının sıx emissiyası müşahidə edilmişdir.
Mərkəzi banklar
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Mərkəzi ostan
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Mərkəzi prosessor
Prosessor — kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır. CPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir. Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin müxtəlif prosessorları istifadə olunur.
Mərkəzi qüvvə
Klassik mexanikada cismə təsir göstərən mərkəzi qüvvə, qüvvə mərkəzi tərəfindən cismi cəzb və ya itələmə xarakteri daşıyan qüvvədir. F → = F ( r ) = | F ( r ) | r ^ {\displaystyle {\vec {F}}=\mathbf {F} (\mathbf {r} )=\left\vert F(\mathbf {r} )\right\vert {\hat {\mathbf {r} }}} Burada F → {\textstyle {\vec {F}}} qüvvədir, F vektor qiymətli qüvvə funksiyası, F skalyar qiymətli qüvvə funksiyası, r radius vektoru, ||r|| onun modulu və r ^ = r / ‖ r ‖ {\textstyle {\hat {\mathbf {r} }}=\mathbf {r} /\|\mathbf {r} \|} radius vektoruna uyğun vahid vektordur. Bütün mərkəzi qüvvə sahələri konservativ və ya sferik simmetrik deyil. Bununla belə, mərkəzi qüvvə yalnız və yalnız sferik simmetrik və ya fırlanma ilə invariant qalırsa, konservativdir. Konservativ olan mərkəzi qüvvələr həmişə potensial enerjinin mənfi qradiyenti olaraq ifadə edilə bilər:- F ( r ) = − ∇ V ( r ) , hansı ki, V ( r ) = ∫ | r | + ∞ F ( r ) d r {\displaystyle \mathbf {F} (\mathbf {r} )=-\mathbf {\nabla } V(\mathbf {r} ){\text{, hansı ki, }}V(\mathbf {r} )=\int _{|\mathbf {r} |}^{+\infty }F(r)\,\mathrm {d} r} (inteqralın yuxarı sərhəddi ixtiyaridir, çünki potensiala sabit əlavə etmək və ya çıxartmaq qüvvəni dəyişdirmir.) Konservativ sahədə ümumi mexaniki enerji (kinetik və potensial) qorunur: E = 1 2 m | r ˙ | 2 + 1 2 I | w | 2 + V ( r ) = constant {\displaystyle E={\frac {1}{2}}m|\mathbf {\dot {r}} |^{2}+{\frac {1}{2}}I|\mathbf {w} |^{2}+V(\mathbf {r} )={\text{constant}}} (burada ṙ radius vektorunun zamana görə törəməsidir yəni cismin sürətidir, 'I' həmin cismin ətalət momentini, 'w' isə bucaq sürətini ifadə edir) və mərkəzi qüvvə sahəsində impuls momenti də qorunur: L = r × m r ˙ = constant {\displaystyle \mathbf {L} =\mathbf {r} \times m\mathbf {\dot {r}} ={\text{constant}}} Çünki qüvvənin verdiyi fırlanma momenti sıfırdır. Nəticədə, cisim impuls vektoruna perpendikulyar olan, mərkəz ehtiva edən müstəvidə hərəkət edir və Keplerin ikinci qanununa tabe olur. İstənilən mərkəzi qüvvənin təsiri altında hərəkət edən cismin Keplerin ikinci qanununa tabe olduğunu da göstərmək olar. Bununla belə, birinci və üçüncü qanunlar Nyutonun ümumdünya cazibə qanununun tərs-kvadratik təbiətindən asılıdır və digər mərkəzi qüvvələr üçün ümumiyyətlə keçərli deyil. Konservativ olmanın nəticəsi olaraq, bu xüsusi mərkəzi qüvvə sahələri irrotasionaldır, yəni başlanğıcdan başqa onun rotatoru sıfırdır. ∇ × F ( r ) = 0 .
Mərkəzi vulkаn
Mərkəzi vulkan – bu tip vulkanlarda püskürmə adətən daimi boruvari çıxış kanalından (boğazdan) baş verir. Lava və süxur qırıntılarının yığmı nəticəsində bo- ğaz ətrafında – təpəsində krater (tiyan) yerləşən yüksəklik əmələ gəlir. Yüksəkliyin forması püskürmə tipi ilə müəy- yən edilir. Mərkəzi vulkanlar Bir boğazlı mərkəzi püskürmə Mərkəzi lava -kül püskürməsi Görkəmlərinə və ölçülərinə görə möhtəşəm stratovul- kanlardan kiçik egiş konuslarına (maar, partlama boruları) qədər müxtəlif tipli vulkanlar mərkəzi vulkanlara aiddir. Mərkəzi vulkan üst hissəsində genişlənmə, yəni kraterlə bitir. Bu, vulkan hər dəfə püskürdükcə vulkan qurğusu yüksəlir. Mərkəzi vulkanların yan və ya asalak kraterləri də ola bilər (dairəvi çatlarda, vulkan yamaclarında). Tez- tez mərkəzi vulkanların kraterlərində maye lava gölləri olur. Əgər maqma sıyıqdırsa, sıxılma gümbəzləri əmələ gəlir və bunlar boğazı tıxаyır ki, bu halda güclü partlayışla müşayiət olunan püskürmə baş verir. Bu zaman güclü qaz аxını "tıxаcı" boğazdan atır.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi. Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi. Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Azərbaycan Tərcümə Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
Azərbaycan Voleybol Mərkəzi
Azərbaycan voleybol mərkəzi — 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə tikilməyə başlamışdır. 2012-ci ilin 18 oktyabrında (Milli müstəqillik günündə) isə arenanın açılış mərasimi olmuşdur.
Ağbulaq Xizək Mərkəzi
Ağbulaq Xizək Mərkəzi-Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşir Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə,Şahbuz rayonunun eyniadlı kəndində yerləşir . Ağbulaq Naxçıvan şəhərindən 58 km , Hava Limanından isə 66 km məsafədə yerləşir. Dağların qoynunda yerləşən Ağbulaq İstirahət və Xizək Mərkəzi gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır . Dağlara açılan gözəl mənzərəli otaqlar, təbii qidalar, təmiz hava və ecazkar təbiət sizin istirahətinizi xoş etməklə yanaşı , səhhətinizi də möhkəmləndirəcək . Ümumi tutumu 76 nəfər olan, 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub.Ağbulaq İstirahət Mərkəzində kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur. Xidmətlərimiz 24 saat Qəbul və Yerləşdirmə 24 saat Restoran və Bar 24 saat Otaq xidməti 24 saat Təhlükəsizlik xidməti Pulsuz Park etmə Oyandırma xidməti Bələdçi ( ödənişli ) Yanğınsöndürən İlk tibbi yardim otağı Standart otaq Tək çarpayı, oturma dəsti, LCD televizor, minibar, elektrikli çaydan, buklet dəsti, telefon xidməti, şkaf, paltar asılqanı, wifi, mərkəzi isitmə sistemi, sabun, şampun, duş jeli, xalat, dəsmal, fen, 24 saat otaq xidməti, çamaşırxana xidməti, fərdi ütü servisi, çay-kofe xidməti Kotteclər Həyətyanı sahədə 3 ədəd kottec mövcuddur. Hər kottec 2 otaqdan ibarətdir. Double və twin yataqlar, bir hamam otağı, iki sanitar qovşağı, mini mətbəx, yumşaq oturma dəsti, 6 oturacaqlı masa Restoran Ağbulaq İstirahət Mərkəzində 48 nəfər tutumlu əsas restoran , 18 nəfər tutumlu yumşaq mebellərlə təchiz olunmuş " Salon " adlanan restoran və Böyük zal sizə 24 saat xidmət göstərir.
Balakən Aviasiya Mərkəzi
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var. Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib.
Balaxanı İdman Mərkəzi
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər. Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi. Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular.
Başqırdıstanın coğrafi mərkəzi
Başqırdıstan Respublikasının coğrafi mərkəzi — ölkənin ucqar nöqtələrindən eyni məsafədə yerləşən, mərkəzi nöqtə. Başqırdıstanın coğrafi mərkəzi Qafuri rayonunun şimalında, Ağidel və Zilim çayları arasında, Erek kəndindən şərqdə, Arxangel və Karmaskalı rayonları sərhəddinə yaxın ərazidə yerləşir. Ufa şəhərindən 67,5 km məsafədə yerlkəşir Bu nöqtə 2002-ci ildə Başqırdıstan Dövlət Universiteti Fiziki coğrafiya və Torpaq hidrologiyası kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aufar Qareyev və kafedra asistenti Əzəmət Niqmatullin tərfindən müəyyən edilmişdir. 4 iyul 2009-cu ildə Şəjərə bayram günündə, yerli əhali tərəfindən xatirə oxu qoyulmuşdur. Abidədən bir qədər aralıda inanac xüsiusiyyəti daşıyan, yay daşı vardır. "Volqaİnform" informasiya agentliyi В самом центре Башкирии установят стелу. Комсомольская правда. 8 июля 2009 г. Krasnousolsk kəndinin saytı Памятник станет местом паломничества туристов со всех городов.
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. 1993-cü ildə Avstriya və İsveçrə tərəfindən yaradılmış və o vaxtdan bəri 19 üzv dövlətə qədər artmışdır. BMSIM miqrasiya ilə bağlı məsələlər üzrə tədqiqatlar, layihələr və fəaliyyətlər həyata keçirmək və dövlətlərin dövlət qurumlarına, habelə xarici hökumət və hökumətlərarası qurumlara siyasət tövsiyələri vermək üçün yaradılmışdır. BMSIM həmçinin Birləşmiş Millətlər Təşkilatında müşahidəçi statusuna malikdir. BMSIM qlobal əməliyyatlara malik olsa da, o, ilk növbədə Avropa bölgəsinə yönəlib və baş ofisi Vyanada, Avstriyada yerləşir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi hazırda 19 Üzv Dövlətdən, təxminən 470 əməkdaşdan, Brüsseldəki missiyadan, Ankara və Maltadakı regional ofislərdən, həmçinin Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Asiyadakı Layihə ofislərindən ibarətdir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi miqrasiya ilə bağlı sahələrdə siyasətin işlənib hazırlanmasında, habelə miqrasiya məsələləri ilə bağlı nou-hauların ötürülməsi üçün təlimlərin təşkilində və s. işlərdə hökumətlər, digər beynəlxalq təşkilatlar, tədqiqat institutları və vətəndaş cəmiyyətinin üzvləri ilə əməkdaşlıq edir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin məqsədi innovativ, hərtərəfli və davamlı miqrasiya siyasətini təşviq etmək və hökumətlər və təşkilatlar üçün xidmət mübadiləsi mexanizmi kimi fəaliyyət göstərməkdir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi nəzəriyyə ilə praktika arasındakı boşluğu aradan qaldırmaqda böyük təcrübəyə malikdir.
Beynəlxalq Muğam Mərkəzi
Beynəlxalq Muğam Mərkəzi — Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi. 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi — dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən Azərbaycan Respublikasının publik hüquqi şəxsi. Bakı şəhərində yerləşir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2019-cu il tarixli, 652 nömrəli Fərmanı ilə "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi" təsdiq edilmişdir. Mərkəzə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri edir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir. Mərkəzə ümumi rəhbərlik və nəzarət üç üzvdən ibarət olan İdarə Heyəti tərəfindən həyata keçirilir. Mərkəzin fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edilir. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə etdiyi gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Mərkəzin ilkin nizamnamə fondu 100 min manatdır.
Beynəlxalq Ticarət Mərkəzi
Beynəlxalq Ticarət Mərkəzi (ITC) (Centre du commerce international (CCI)) — ticarət və inkişaf üzrə Birləşmiş Millətlər Konfransının və Dünya Ticarət Təşkilatının texniki əməkdaşlıq agentliyi . Aşağıdakı ITC bəyanatı mərkəzin veb saytından götürülüb və BTK-nın öz funksiyalarına rəsmi baxışını əks etdirir: ITC, tərəfdaşları ilə özəl sektorun inkişafı, ticarətə dəstək qurumları və siyasətçilər üçün ticarət həlləri təqdim edərək inkişaf etməkdə olan ölkələrdə kiçik sahibkarlıq ixracatı uğurunu təmin edir. ITC altı sahədə fəaliyyət göstərir: Məhsul və bazarın inkişafı Satışa dəstək xidmətinin inkişafı Ticarət məlumatları İşçi qüvvəsinin inkişafı Beynəlxalq alqı-satqı və idarəetmə Ehtiyacların qiymətləndirilməsi, ticarətin təşviqi üçün proqram dizaynı ITC-nin texniki yardımı, milli potensialın artırılmasına ehtiyacın ən vacib olduğunu düşündüyü üç məsələyə yönəlmişdir: firmaların ÜTT qaydalarını başa düşməsinə kömək etmək; müəssisənin rəqabət qabiliyyətinin gücləndirilməsi; və yeni ticarət təşviq strategiyalarının hazırlanması. Marketplace (MCL) Beynəlxalq Ticarət Mərkəzi (ITC) UNCTAD / ÜTT Məhsul və Bazar İnkişaf Proqramının bir hissəsidir. MCL xidmətləri vasitəsi ilə ITC, onlayn alətlər təqdim edir, bazar araşdırmaları və ticarət analizlərini yayır və inkişaf etməkdə olan ölkələrdə ticarətə dəstək qurumları və müəssisələri üçün bazar təhlili təlim proqramları aparır. Ticarət Xəritəsi — Beynəlxalq Ticarətin İnkişafına dair Ticarət Statistikaları Marketə Giriş Xəritəsi — Mövcud tarif məlumatları üçün UN ITC veb saytı İnvestisiya Xəritəsi — Xarici şirkətlər, beynəlxalq ticarət və tariflərlə yanaşı birbaşa xarici investisiyaların statistikası Xüsusi araşdırmalar — Ticarətlə əlaqəli, Xüsusi bazar araşdırmaları və təhlili Potensialın artırılması — Uğurlu İxrac Strategiyaları üçün vəsait təmin etmək Müəssisənin rəqabət qabiliyyəti Rəqabətlilik (Competitiveness) ITC (EC), yüksək keyfiyyətli ticarət inkişaf xidmətləri davamlılığını artıran potensial qurma proqramları təqdim edərək özəl sektorun inkişafı üzrə ixtisaslaşmışdır. AK müdaxilələri, yüksək ixrac potensialına sahib olan və yoxsullara uyğun gəlir əldə etmək üçün imkanları müəyyən edilmiş prioritet sahələrə yönəlmişdir. EC məhsuldarlığı, yeniliyi və beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün KOB-lərə texniki yardım göstərmək üçün strateji tərəfdaş şəbəkəsini gücləndirir. EC fəaliyyətləri bazarı dəstəkləyən aktyorların, yəni Biznes İnkişaf Xidməti Təminatçılarının (BDSP) ehtiyaclarını ödəməyə yönəlmişdir; və ixrac yardımları həlləri və KOB-lərə birbaşa texniki yardım. İxracat biliklərinin inkişafı və keyfiyyət bacarıqlarının ötürülməsi AK-nın işinin ayrılmaz hissəsidir və təxminən üç praktika sahəsi aydın şəkildə ifadə edilmişdir: İxrac rəhbərliyinin inkişafı.
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeçiliyində olan struktur təşkilatdır. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 07.02.1994-cü il tarixli 13 saylı əmrinə əsasən 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) "Aztelekom İB"-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 17.01.1995-ci il tarixli 05 saylı əmrinə əsasən BHM "Aztelekom İB"-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 06.12.1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən 01.01.1997-ci il tarixindən BHM — Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır. 2015-ci ilin iyun ayında Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir. Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqaviləüzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması; Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunanhesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının tövsiyəvə qaydaları əsasında birja qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi və razılaşdırılması; Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları arasında əlaqələrin koordinasiya edilməsi; Azərbaycan Respublikası ilə dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarınınyaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması; Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikininmarşrutlandırılması üzrə Trafik Marşrutlandırma Planının (TMP) hazırlanması və S-12 beynəlxalqstansiyasında tətbiq edilməsi üçün tədbirlərin görulməsi; Xarici ölkələrdən və respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərindən Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinə gələn qonaqlarla Nazirlikdə və ya BƏHM-də keçirilən görüşlərinprotokol və təşkilatı məsələlərin həlli; Beynəlxalq rabitə kanallarından səmərəli istifadə edilməsi üçün Avtomatlaşdırılmış İş Yerindən (AİY) trafikmübadiləsinə gündəlik nəzarətin edilməsi; Azərbaycan Respublikası ilə dünya dövlətləri arasında birbaşa istiqamətlər üzrə mübadilə olunmuş terminalgiriş-çıxış və tranzit telefon trafiki məlumatlarının ayrıntılı analizinin aparılması; Birbaşa və tranzit ölkələrdən aylıq trafik məlumatların alınması, Azərbaycanın S-12 beynəlxalq stansiyasınıntrafik məlumatları ilə hər ay üzrə müqayisə olunması.
Braziliya Mərkəzi Bankı
Braziliya Mərkəzi Bankı (Portuqalca: Banco Central do Brasil) - 31 dekabr 1964 tarixində əsası qoyulan Braziliya Federativ Respublikasının mərkəzi bankıdır. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Digər mərkəzi banklar kimi Braziliya Mərkəzi Bankı da ölkənin əsas monetar orqanıdır. Yaradılmasında əsasən 3 böyük maliyyə orqanı iştirak etmişdir: Valyuta və Kredit Bürosu, Braziliya Bankı və Milli Xəzinə.
Braziliya Əməkçilərinin Mərkəzi
Braziliya Əməkçilərinin Mərkəzi (port. Central Única dos Trabalhadores) — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. Mərkəz 1983-cü ildə 5 min qadın və kişinin iştirak etdiyi etiraz aksiyasındın sonra yaranıb. Həmin tətildə iştirak edənlər Braziliyada baş alıb gedən qanun pozuntularına qarşı çıxmışdılar. Etiraz aksiyasından sonra konqres keçirilir və 28 avqustda təşkilatın yaranması təsdiq olunur. Mərkəzi bəzən Braziliya işçi qrupunun mübarizə aləti kimi də adlandırırlar. 1985-ci il mərkəzin tarixində ən çətin il kimi yadda qalıb. Çünki həmin dövr Braziliyada daxili siyasi qarşıdurmalar və vətəndaş müharibəsi baş qaldırmışdı. Belə halda cəmiyyəti vahid şəkildə əldə saxlamaq və insanlar arasında demokratiyanı tənzimləmək çox çətin idi.
Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (Azərbaycan)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Dünya Ticarət Mərkəzi
Dünya Ticarət Mərkəzi aşağıdakılara istinad edə bilər:
Dünya Ticarət Mərkəzi (1973-2001)
Dünya Ticarət Mərkəzi (İngilis dili: World Trade Center) - ABŞ-nin Nyu-York şəhərində Manhetten səmtində yerləşən və 11 sentyabr 2001-ci ildə terror hücumlarında məruz qalaraq dağıdılan ticarət mərkəzi. Əkiz Qüllələr olaraq adlandırılan mərkəzin inşasına 1960-cı ildə başlanmışdır. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi 1973-cü ildə inşa edildikdən sonra Manhattanın çöhrəsini dəyişdirən Dünyanın ən yüksək əkiz qüllələri oldu. Qüllələrdən birinin 107 ci mərtəbəsində olan The Windows on the World adlı restorantı öz müştərilərinə axşam yeməklərində Nyu-York və Hudson çayını izləmə fürsətini verən dünyanın ən böyük restoranı idi. Qüllələr 11 sentyabr 2001-ci ildə terror hadisəsi nəticəsində dağıdıldı.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dəmirağac istirahət mərkəzi

Значение слова в других словарях