MƏRMİ

[ər.] сущ. туп хьтин яракьрин гуьлле, ккӀал, снаряд (урус.).
MƏRMƏRİK
MƏROVCA
OBASTAN VİKİ
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə. Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir.
Kumulyativ mərmi
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Fuqas - zirehdələn mərmi
Fuqas - zirehdələn mərmi, plastik PM olan artilleriya mərmisi(başqa adı - zirehdələn , yastılanan). Müasir tank və tank-əleyhinə toplarda zirehdələn mərmi kimi(tankların və başqa zirehli texnikanın vurulması, müdafiə qurğularının polad konstrukasiyaların dağıdılması) və fuqas(səhra tipli müdafiə qurğularının dağıdılması) üçün istifadə olunur. FZM M60(ABŞ), Leopard(AFR), AMX-30(Fransa) tanklarının 105-mm toplarının döyüş komplektinə, 120 mm Çiften(Böyük Britaniya), 106 mm təpkisiz M40A1(ABŞ) toplarının və başqa səhra və tank-əleyhinə artilleriya toplarının döyüş komplektinə daxildir. FZM nazik divarlı polad korpusdan, partladılan doldurmadan, aparıcı zolaqdan, dib partladıcısından və trassördan ibarətdir. 8200s/m detonasiya sürətinə malik Astrolit tipli plastik PM ilə təchiz olunub. Mərminin zirehə zərbəsi ilə onun başlıq hissəsi deformasiya olunur, plastik PM isə, "mərmi-zireh" kontakt sahəsini 1,5-2 dəfə artıraraq "axaraq yayılır". Bu vaxt dib partladıcı işə düşür və PM detonasiya olunur. Partlayış məhsullarının təzyiqi 1 kv sm zirehə onlarla tona çatır, sonra 1-2 mikrosaniyə ərzində azalaraq atmosfer təzyiqi səviyəsinə düşür. Zirehdə, 5000 s/m sürəti ilə yayılan, yastı cəbhəsi olan sıxılma dalğası yaranır. Zireh lövhənin əks tərəfinə çatdıqda, sıxılma dalğası ondan əks olunur və geriyə dartınma dalğası kimi qayıdır.
Zireh dağıdıcı mərmi
Zireh dağıdıcı mərmi istənilən zirehə nüfuz etmək üçün hazırlanmış mərmidir. 20 mm-dən kiçik AP mərmiləri tipik olaraq zireh deşən sursat adlanır və bronjilet, güllə keçirməyən şüşə və yüngül zirehli maşınlar kimi yüngül zirehli hədəflər üçün nəzərdə tutulub.
Fuqas-zirehdələn mərmi
Fuqas - zirehdələn mərmi, plastik PM olan artilleriya mərmisi(başqa adı - zirehdələn , yastılanan). Müasir tank və tank-əleyhinə toplarda zirehdələn mərmi kimi(tankların və başqa zirehli texnikanın vurulması, müdafiə qurğularının polad konstrukasiyaların dağıdılması) və fuqas(səhra tipli müdafiə qurğularının dağıdılması) üçün istifadə olunur. FZM M60(ABŞ), Leopard(AFR), AMX-30(Fransa) tanklarının 105-mm toplarının döyüş komplektinə, 120 mm Çiften(Böyük Britaniya), 106 mm təpkisiz M40A1(ABŞ) toplarının və başqa səhra və tank-əleyhinə artilleriya toplarının döyüş komplektinə daxildir. FZM nazik divarlı polad korpusdan, partladılan doldurmadan, aparıcı zolaqdan, dib partladıcısından və trassördan ibarətdir. 8200s/m detonasiya sürətinə malik Astrolit tipli plastik PM ilə təchiz olunub. Mərminin zirehə zərbəsi ilə onun başlıq hissəsi deformasiya olunur, plastik PM isə, "mərmi-zireh" kontakt sahəsini 1,5-2 dəfə artıraraq "axaraq yayılır". Bu vaxt dib partladıcı işə düşür və PM detonasiya olunur. Partlayış məhsullarının təzyiqi 1 kv sm zirehə onlarla tona çatır, sonra 1-2 mikrosaniyə ərzində azalaraq atmosfer təzyiqi səviyəsinə düşür. Zirehdə, 5000 s/m sürəti ilə yayılan, yastı cəbhəsi olan sıxılma dalğası yaranır. Zireh lövhənin əks tərəfinə çatdıqda, sıxılma dalğası ondan əks olunur və geriyə dartınma dalğası kimi qayıdır.
KE mərmisi
Kinetik enerjili dəlici (həmçinin KE mərmisi kimi tanınır) bir döyüş sursatıdır. Daxilində partlayıcı maddə olmayan və hədəfin içindən keçmək üçün kinetik enerjidən istifadə edən tank əleyhinə mərmidir. Kinetik enerjili mərmilərdən başqa digər tank sursatları kimyəvi enerjidən istifadə edir. Bunlar iki növdür. Birincisi, yüksək partlayıcılı tank əleyhinə mərmi (HEAT), ikincisi yüksək partlayıcı başlıqlı mərmidir (HESH). Bu mərmi növü zirehli texnikaya qarşı hələ də geniş istifadə olunsa da, bugünkü əsas döyüş tanklarının kompozit zirehlərinə və Çobham (Chobham) zirehlərinə qarşı o qədər də təsirli deyildirlər. Adından başa düşüldüyü kimi, kinetik zireh dəlicilər malik olduqları çəkilərinin ilk sürətindən əldə edilən kinetik enerjidən istifadə edərək zirehi deşirlər. İnkişaf etmiş KE silahlarını maksimum dərəcəyə çıxarılan KE və minimuma endirilmiş sahə effektindən faydalanır: Mərmi qüllədən yüksək ilk çıxış sürəti ilə atılır; Konsentrasiya edilmiş qüvvə ilə çox kiçik bir sahəylə toqquşmasına baxmayaraq, kütlə sürətini saxlayır və mərmi sahib olduğu bu güc ilə vurduğu bölgəni dağıdıb keçir. Bu günkü KE mərmiləri eyni ilə bir oxa oxşayırlar. Azaldılmış uran bu sursatların bir hissəsinin tərkibində istifadə olunur.
Mərminin sürəti
Mərminin sürəti — mərminin kütləsinin mərkəzinin zaman vahidi ərzində keçdiyi məsafə; mərminin (güllənin, minanın) hərəkətlərinin əsas göstəricilərindən biri. M/S-lə, bəzən Maxa sayla ölçülür. Artilleriya mərmisi, gülləsi və minasında ən çox tətbiqi əhəmiyətə, odlu silahın vacib taktiki-texniki göstəricisi olan, başlanğıc sürəti malikdir. Mərminin sürəti, hərəkətdən-sonrakı mərhələnin sonunda maksimal əhəmiyətə malik olur. Sonradan ağırlıq gücünün və havanın müqavimətinin təsirindən mərminin sürəti, trayektoriyanın zirvəsindən kənarda yerləşən, ən aşağı göstərici olan bir nöqtədə azalaraq, düşmə noqtəsinə qədər, sonradan yenə yüksəlir . Böyük məsafəli trayektoriyalarda mərminin düşməsindən bir az öncə mərminin sürətinin ikinci maksimumu başlaya bilər. Əgər trayektoriya nisbətən kiçik məsafəyə malikdirsə (məsələn zenit və döşəmə atəşi zamanı), mərminin sürəti ancaq azalır. Reaktiv və aktiv — reaktiv raketlərin sürəti fəal sahənin sonunda maksimuma çatır, sonra mərminin sürətində dəyişiklik adi mərmilərdəki kimi olur. Müasir mərmilərin başlanğıc sürəti: minaatanlarda — 100–150 m/s, geri təpkisiz toplarda 380–500 m/s haubitsalarda 300–700 m/s yerüstü artilleriyanın toplarında 600–1000 m/s zenit, tank, tankəleyhinə və gəmi universal artilleriyasının toplarının 700–1500 m/s reaktiv qurğularda (trayektoriyanın fəal sahəsinin sonunda) 1000 m/s qədər. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 7 səh.

Digər lüğətlərdə