MƏXSUS

1. специальный, особый, особенный; 2. свойственный, присущий, принадлежащий; 3. специально для кого-нибудь или чего-нибудь предназначенный;
MƏXRƏC
MƏXSUSƏN
OBASTAN VİKİ
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib. == Hadisələr == === Arxa plan === Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirməsi artıq an məsələsi olur. === Helikopterinin vurulması === 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində helikopter vurulur. Helikopter Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir. Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vuruşun təsadüfən baş verdiyini bildirərək Rusiyaydan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu bildirərək hücuma görə məsuliyyəti öz üzərinə götürür.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희). tərəfindən qaçırılmışdır. Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi. Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Qafqaz və Merkuri Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898)
Qafqaz və Merkuri cəmiyyətinin paroxodunun limandan yola düşməsi — Aleksandr Mişon tərəfindən çəkilmiş, Azərbaycan kinosunun ilk filmlərindən biri. Film 1898-ci ilin yayında yayımlanıb. == Məzmun == İnformatik xəbər janrında çəkilmiş kinosüjet paroxodun Bakı limanından yola düşməsini və dənizin qoynunda necə uzaqlaşdığını əks etdirir. == Film haqqında == Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Təşkilat-i Məxsusa
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında, daha dəqiq İttihat və Tərəqqi kabinetinə tabe olan təşkilat. Fəaliyyət sahəsinə kəşfiyyat-diversiya propaqanda və dövlətin rəsmi olaraq edə bilməyəcəyi (sui-qəsdlər, şantaj və s.) işlər daxildir. Təşkilat qeyri-rəsmi olaraq ilk dəfə 1911-ci ildə Trablusgarp müharibəsində fəaliyyət göstərmişdir. 1913-cü ilin 18 noyabrında isə rəsmi olaraq yaradılmışdır. Təşkilatın hərbi qanadını Süleyman Əsgəri bəy,İdeoloji əsaslarını isə Dr. Nazim və Bahaeddin Şakir bəy formalaşdırmışdır. 1914-cü ilin 4 avqust tarixində isə Təşkilat "Umûr-ı şarkiye dairesi" adı altında Hərbi Nazirliyin nəzarət şöbəsinə daxil edildi. Birincisi dünya müharibəsində bu təşkilat Mərakeş, Tunis, Liviya, Balkanlar, Qafqaz, İran və Hindistan kimi coğrafiyalarda əməliyyatlar həyata keçirmişdir. Təşkilatın 4 rəhbəri olmuşdur: Süleyman Əsgəri bəy,Xəlil Qut Paşa,Cavad Çobanlı Paşa və gənc tunislilər hərakatının rəhbəri Əli Başhampa.1918-ci ilin 8 oktyabrında Tələt Paşa hökumətinin istefası ilə rəsmi olaraq "Umûr-ı şarkiye dairesi" də ləğv edilmişdir.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında, daha dəqiq İttihat və Tərəqqi kabinetinə tabe olan təşkilat. Fəaliyyət sahəsinə kəşfiyyat-diversiya propaqanda və dövlətin rəsmi olaraq edə bilməyəcəyi (sui-qəsdlər, şantaj və s.) işlər daxildir. Təşkilat qeyri-rəsmi olaraq ilk dəfə 1911-ci ildə Trablusgarp müharibəsində fəaliyyət göstərmişdir. 1913-cü ilin 18 noyabrında isə rəsmi olaraq yaradılmışdır. Təşkilatın hərbi qanadını Süleyman Əsgəri bəy,İdeoloji əsaslarını isə Dr. Nazim və Bahaeddin Şakir bəy formalaşdırmışdır. 1914-cü ilin 4 avqust tarixində isə Təşkilat "Umûr-ı şarkiye dairesi" adı altında Hərbi Nazirliyin nəzarət şöbəsinə daxil edildi. Birincisi dünya müharibəsində bu təşkilat Mərakeş, Tunis, Liviya, Balkanlar, Qafqaz, İran və Hindistan kimi coğrafiyalarda əməliyyatlar həyata keçirmişdir. Təşkilatın 4 rəhbəri olmuşdur: Süleyman Əsgəri bəy,Xəlil Qut Paşa,Cavad Çobanlı Paşa və gənc tunislilər hərakatının rəhbəri Əli Başhampa.1918-ci ilin 8 oktyabrında Tələt Paşa hökumətinin istefası ilə rəsmi olaraq "Umûr-ı şarkiye dairesi" də ləğv edilmişdir.

Digər lüğətlərdə