MƏYMUNƏ BİNT HARİS

(51/671-ci ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin həyat yoldaşlarından biri olmuşdur. O, Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Ummül-Fəzlin bacısı idi. Məhəmməd peyğəmbər onu Məymunə adlandırmışdır. Ona qədər isə onun adı Bərra olmuşdur. Məhəmməd peyğəmbər Məymunə ilə hic-rətin 7-ci ilində evlənmişdir. O, onun sonuncu həyat yoldaşı olmuşdur. Ondan sonra peyğəmbər heç kimlə evlənməmişdir. Onun adından rəvayət edilən 70-ə yaxın hədis mühəddislər tərəfindən müxtəlif hədis toplularına daxil edilmişdir.
MƏVƏRDİ ƏBÜLHƏSƏN
MƏYMUNİLƏR
OBASTAN VİKİ
Bint Cubeyl
Bint Cubeyl (ərəb. بنت جبيل‎) — Livanın Nəbtiyyə bölgəsində yerləşən yaşayış sahəsidir. == Haqqında == Bu şəhər 9,10 kvadrat kilometr əraziyə və 30 min əhaliyə malikdir.
Cüveyriyə binti Haris
Cüveyriyə binti Haris (ərəb. جويرية بنت الحارث‎; 608, Mədinə – 1 aprel 676, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Cüveyriyə binti Haris Bəni-Müstəlikənin rəisi əl-Harisin qızıdır. 626-cı ildə müsəlmanlar Müstəlik qəbiləsini məğlub edir, nəticədə Cüveyriyə əsir düşür. Onun atası Məhəmməd peyğəmbərin hüzuruna onun azadlığa buraxılması üçün dəvələri fidyə verməsinə məcbur olur. Cüveyriyə azad edildikdən sonra Məhəmməd peyğəmbər onun atası və tərəfdaşları ilə söhbət edir. Nəticədə onlar İslamı qəbul etdirlər. Bundan sonra Məhəmməd peyğəmbər Haris ibn Əbu Dirardan Cüveyriyəni istəyir. Bu evliliyin səbəblərindən biri də Məhəmməd peyğəmbərin Ərəbistan yarımadasında kifayət qədər nüfuz sahibi olan Bənu Müstəlik tayfası ilə yaxşı münasibət qurmaq istəyi olur. Nikah bağlandıqdan sonra müsəlmanlar 100-ə yaxın əsir Müstəliki ailəsini azad edir.
Lübabə binti Haris
Lübabə binti Haris (593, Məkkə – 655, ərəb. لبابة بنت الحارث‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə. O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. == Həyatı == Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. == Əlini dünyaya gətirməsi == Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. == İslam peyğəmbəri == Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Meymunə binti əl-Haris
Meymunə binti əl-Haris (ərəb. ميمونه بنت الحارث‎; təq. 592, Məkkə – yanvar 672, Məkkə və ya Əməvilər xilafəti) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. O, Məkkədəki Bəni Hilal qəbiləsindən olmuşdur. Anasının adı Hind bint Avfdır. Meymunə binti əl-Haris Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Umm əl-Fədlin bacısı olmuşdur. Doğulanda onun adı Barra olur, lakin Məhəmməd peyğəmbər onun adını Meymunə qoyur. Bütpərəstlik dövründə o, Məsud ibn Amrla evlənir, lakin sonra onu boşayır. Meymunə binti əl-Haris Əbu Ruxum ibn Əbdül-Uzzu ilə evlənmişdir. Bir müddət sonra o, dul qalır.
Əl-Haris ibn Kələda
Əl-Haris ibn Kələda (ərəb. الحارث بن كلدة‎; ö. 13 h.q./634–35) — ərəb həkimi və İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslamın zühurundan əvvəl tibbi bilik axtarmaq üçün Gündəşapura səyahət etdiyi deyilir. C. Pellat, "al-Harith B. Kalada," EI2, supplement (1980). "The Essay on the Natural Questions of al-Ḥārith". Islamic Medical Manuscripts. İstifadə tarixi: 22 September 2012.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Bəra ibn Azib ibn Haris əl-Ənsari
Bəra ibn Azib ibn Haris əl-Ənsari (ərəb. البراء بن عازب‎; 600, Mədinə – 690, Kufə) — Məhəmməd peyğəmbərin səhabəsi və ondan hədis ötürən. == Həyatı == O, Mədinə şəhərində anadan olmuşdur. O, Aus qəbiləsinin Banu Haris sülaləsindən idi. Müsəlmanların Mədinəyə köçməsindən əvvəl erkən yaşda İslamı qəbul etmişdir. Atası ondan əvvəl İslamı qəbul etmişdir. İbn Ömər və Üsamə ibn Zeyd kimi, gənc yaşına görə müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etməsi qadağan edilmişdir. Uhud və Xeybər yaxınlığındaki döyüşlərdən sonra müsəlmanların demək olar ki, bütün döyüşlərində iştirak etmişdir. Tarixçilərə görə, o, 14-18 döyüşlərdə iştirak etmişdir. 631-ci ildə Xalid ibn Vəlidlə birlikdə İslamı yaymaq üçün Yəmənə yollandı.