Fars sözüdür: mala “palçıq” (və ya alət) deməkdir, keş isə “çəkən” mənasını əks etdirir. Divara və s. palçıq sürtmək üçün olan alətin adıdır. Alakeş sözü də var və dialektlərdə işlənir. Alaq otunu təmizləmək üçün olan alətdir, yəni toxadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)