MANDAT

(latın mandatum-tapşırıq) 1. səlahiyyəti təsdiq edən sənəd, seçilmiş şəxs tərəfindən, seçicilərin maraqlarını müdafiə etmək, onları təmsil etmək, onların adından çıxış etmək hüququ; 2. həmin səlahiyyətlərin fəaliyyət müddəti; 3. “M.” termini Roma hüququnda tapşırıq müqaviləsini bildirirdi; 4. XX əsrin birinci yarısında beynəlxalq hüquqda hər hansı dövlətə Millətlər Cəmiyyəti (Liqası) adından keçmiş Osmanlı imperiyasının ərazisinin bir hissəsini, yaxud Almaniya müstəmləkələrini idarə etmək üçün verilmiş səlahiyyət də M. adlanırdı.
MAJORİTAR SEÇKİ SİSTEMİ
MANİFEST
OBASTAN VİKİ
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Mandat sistemi
Mandat sistemi — Versal müqaviləsinin (1919) 22-ci maddəsinə əsasən keçmiş keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. 1945-ci il 24 oktyabrda təsdiq olunan BMT Nizamnaməsi qüvvəyə mindikdən sonra Yalta konfransında əldə edilən razılaşmaya uyğun olaraq mandat əraziləri BMT-nin himayəndəsində olan ərazilər adlandırıldı. == Tarixi == Birinci Dünya Müharibəsinin nəticələrinə əsasən məğlub dövlətlərin (əsasən Almaniya və Osmanlı imperiyasının) müstəmləkə əraziləri Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında qalib dövlətlər arasında bölüşdürüldü. Protektoriat hüququ almış ərazilərdən fərqli olaraq keşmiş müstəmləkələr üzərində mandat hüququ almış dövlətlər bu ərazilərdə yaşayan sakinlərə münasibətdə Millətlər Cəmiyyəti tərəfindən müəyyən edilən öhdəliklərə riayət etməli idilər, həmçinin həmin ərazilərdə qul alveri, silah və alkoqol ticarəti qadağan olunurdu. Mandat altında olan ərazilərdə hərbi baza və istehkamların tikilməsi, yerli əhalidən ibarət ordu yaradılması da qadağan olunurdu. Mandat sisteminin yaradılması iki mərhələdə həyata keçirilirdi. Bu əraziləri əvvəllər idarə edən dövlətin formal suverenliyinin ləğv edilməsi. Mandat hüququ ilə müəyyən edilən səlahiyyətlərin qalib dövlətlərə verilməsi. Mandat sisteminə daxil edilən ərazilər aşağıdakı sazişlər və müqavilələrlə müəyyən olunmuşdu. Versal sülh müqaviləsi Sevr müqaviləsi (1920) San-Remo konfransı Lozanna müqaviləsi (1923) Böyük Britaniya və onun dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. == Arxa plan == Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Cənubi Sakit okean mandatı
Cənubi Sakit okean mandatı (yap. 南洋庁) — Millətlər Liqasının qərarı ilə Almaniya imperasının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra Sakit okeanda yerləşən müstəmləkələr Yaponiya imperiyasının mandatlığına verilmişdir. Mandatlıq 1919-cu ildən 1947-ci ilə qədər davam etmişdir. == Tarixi == İngilis-yapon birliyinin şərtlərinə müvafiq olaraq 23 avqust 1914-ci ildə Yaponiya imperiyası Almaniyaya müharibə elan edir. İngilislərlə birlikdə Sindao hücumu həyata keçilir. Yaponiya İmperiya donanmasının hədəfi Almaniya Şərqi-Asiya kreyser eskadrosunu darmadağın edmək və Sakit, Hind okeanlarında dəniz yollarının təhlükəsizliyi təmin etmək vəzifəsini üzərinə götürürlər. Bu vəzifələrin yerinə yetirilməsi zamanı 1914-cü ilin oktyabr ayında Yaponiya donanması Almaniyanın okeaniyadakı mülkləri olan Marian adaları, Karolin adaları, Marşall adaları və Palau arxipelaqına hücum təşkil edilir. Müharibənin bitməsi ilə Paris Sülh Konfransında rəsmən ərazilərin Yaponiyanın işğalı tanınır. Mandatın kateqoriyası "C" olaraq tətbiq edilir. Yaponlar bir müddət sonra adaların iqtisadi inkişafına xüsusi diqqət yetirir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Fələstin mandatlığı
Fələstin mandatlığı 1920-1948-ci illər arasında Fələstin bölgəsində Millətlər İttifaqının Fələstin Mandatı şərtlərinə əsasən mövcud olan geosiyasi qurum idi. 1916-cı ildə Birinci Dünya Müharibəsi zamanı ərəblərin Osmanlı İmperatorluğuna qarşı üsyanından sonra İngilis qüvvələri Osmanlı qüvvələrini Levantdan qovdu. Birləşmiş Krallıq MakMahon-Hüseyn Yazışmalarında üsyan halında ərəblərin müstəqilliyinə hörmətlə yanaşacağına razılaşdı, lakin sonda Böyük Britaniya və Fransa Osmanlı Suriyasını Says-Piko sazişinə əsasən böldülər. Bu, ərəblərin gözündə xəyanət aktıdır. Digər bir məsələ isə 1917-ci il Balfur bəyannaməsi idi və burada İngiltərə Fələstində yəhudilərin “milli evi”nin yaradılmasına dəstək vəd edirdi. Daha sonra 1920-ci ildə məcburi Fələstin quruldu və İngilislər 1922-ci ildə Millətlər Liqasından Fələstin üçün Mandat aldılar.

Digər lüğətlərdə