Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir.
Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur.
Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.