MATERİK ADALARI

materikin hissəsi olub, ondan abraziya yaxud quru hissəsinin dəniz səviyyəsindən aşağı düşməsi nəticəsində ayrılır. Materik adalarına dünyanın nəhəng adaları aid edilir: Qrenlandiya, Kalimantan, Madaqaskar. материковые острова continental islands
MATERİK
MATERİK BUZLAQLARI
OBASTAN VİKİ
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil. Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır. == Tarixi == Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Habibas adaları
Habibas adaları (ərəb. حبيباص‎, fr. Îles Habibas) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir. Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir. Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır.
Kalamian adaları
Kalamian adaları (taqal Calamian) — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus adalar qrupu. == Coğrafiyası == Adalar qrupuna 128 ada daxildir. Adaların ümumi sahəsi 1753 km²-dir. Mindoro və Palavan adalrı arasında yerləşir. Ən iri adaları — Busuanqa, Kunlon, Koron. adaların relyefi dağlıqdır. Tropik meşələrlə örtülüdür. == Əhalisi == Adalar 4 inzibati vahidliyə bölünüe və burada 98 022 nəfər yaşayır. Busuanqa (Busuanga) — 21 358 nəf. Koron (Coron) — 42 941 nəf.
Kamennıe adaları
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar. Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m. Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m. Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m. Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m. Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.
Kayman adaları
Kayman Adaları və ya həmçinin Kaymanova adaları (ing. Cayman Islands) — Kayman adalarında yerləşən Karib dənizinin Vest-Hindistanın Böyük Britaniyanın dəniz əraziləri. Rəsmi adı — Kayman adası (KY, CYM). == Coğrafiya == Kayman adaları Yamaykadan 290 km şimal-qərbdə yerləşir. Üç adanın (Böyük Kayman, Kiçik Kayman və Kayman-Brak) ümumi sahəsi — 260 km². == Hökumət == Ölkənin hazırkı baş naziri — Olden Mak-Loflin (V.2013 etibarən) == Demoqrafiya == 1970-ci ildə keçirilmiş siyahıyaalmaya görə Kayman adalarında 10 068 sakin yaşayırdı; 2010-cu ildəki siyahıyaalmada əhalinin sayı artıq 55 036 nəfərə gəlib çatdı.2015-ci ilin ehtimalına görə, burada 57 minlik əhali var. == Dil == Ölkənin həm rəsmi, həm də danışıq dili — ingilis dilidir.
Kazan adaları
Kazan adaları (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir. == Coğrafiya == Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir: Şimali İoto (yap. 北硫黄島) "Şimal şimal ada" — sahəsi 5,57 km², hündürlüyü 792 m (Sakaqiqamine dağı) İoto (yap. 硫黄島) "Şimal ada" — sahəsi 20,6 km², hündürlüyü 169 m (Suribati dağı) Cənubi İoto (yap. 南硫黄島) "Şimal cənub ada" — sahəsi 3,54 km², hündürlüyü 916 m İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir.
Kempbell adaları
Kempbell adaları (ing. Campbell) — Vulkan məşəlli adalar Sakit okeanın cənubunda yerləşir. Yeni Zelandiyanın Cənub adasından 600 km cənubda qərar tutur. Kempbell adası UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adaların ümumi sahəsi — 113,31 km² təşkil edir. Kempbell adası (Campbell Island) (52°32,40′ c. e. 169°8,70′ ş. u.) 112.68 km² Dent adası (Dent Island) (52°31,15′ c. e. 169°3,75′ ş.
Kerama adaları
Kerama adaları (yap. 慶良間諸島) — 22 adadan ibarət olan arxipelaq Okinava adasından cənub-qərbdə yerləşir == Coğrafiya == Dörd adada daimi yaşayış vardır: Tokasikicima (yap. 渡嘉敷島, Camamicima (yap. 座間味島, Akacima (yap. 阿嘉島, Qerumacima (yap. 慶留間島) Adalar Simaciri dairəsinə daxildir. == Tarixi == 26 mart 1945 ildə İkinci dünya müharibəsinin tərkibi olan Okinava döyüşünün başlamasın bir necə gün qalmış ABŞ adalara 77-ci piyada diviziyasını yerləşdirmişdir. Adalarda döyüş 5 gün davam etmişdir. Adlar işğa edildikdən sonra Okinava adasına hücumlar məhz buradan başlamışdır. == Maraqlı fakt == Akacima və Camamicima adalarında bir-birinə bağlı olan Merilin və Siro itlərinin həyatı bir çox insanları maraqlandırır.
Kokos adaları
Kokos adaları (ing. Cocos) və ya digər adıyla Kilinq adaları — Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. == Əhalisi == Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan ing. William Keeling tərəfindən kəşf edilən adaları bu səbəbdən Keeling adaları olaraq da bilinir. == Coğrafiya == Kokos adalarının sahəsi 14 kvadrat kilometr, sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü 5 metrdir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür. == Dil == Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
Kolomeysev adaları
Kolomeysev adaları — Kara dənizində, Nordenşeld arxipelaqına daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Adalar Ruskiy adasından 40 km şərqdə, Taymır yarımadasından isə 100 km qərbdə yerləşir. Adaların iqlimi sərt, arktikdir. Arxipelaq iki adadan ibarətdir. Böyük Arktik qoruğu ərazisinə daxildir Adalar 1900—1902-ci illərdə Zarya gəmisində Eduard Toll tərəfindən araşdıtılmışdır. Adalar gəminin birinci kapitanı Nikolay Nikolayeviç Kolomeysevin şərəfinə adlandırılmışdır. == Ədəbiyyat == Альберт Гастингс Arctic Exploration, 1895 (ing.) Армстронг, Т., The Russians in the Arctic, London, 1958.
Kolosov adaları
Kolosov adaları — Şimal Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında qərarlaşır. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Blizkiy adası 8,2 km şimal-şərqdə, Bazovıy adası 2,7 km şərqdə və Pustoy adasından 9 km şmalda yerləşir. Arxipelaqa daxil adalar arasında 500 m məsafə vardır. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 750 m uzunluğa malikdir. Sahilləri sıldırımlıdırc. Ada alcaqboylu otlarla örtülü tundra bitkiləri ilə örtülü olur.
Koltiş adaları
Koltiş adaları — Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Koltiş qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adasından şərqdə yerləşir.
Komandor adaları
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır. == Tarixi == Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.
Komor adaları
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Komsomolskie adaları
Komsomolskie adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Xüsusiyyətləri == Arxipelaq 4 adadan ibarətdir. Demək olar ki, buzdan tam azaddırlar. Adalardan biri, digərləri isə kiçik adalardır. Ən hündür nöqtəsi 34 metrdir. İri adanın şimalında rəsədxana yerləşir. == Yerləşməsi == Adalara ən yaxın quru parçası Heys adasıdır. Heys adasından Avstriya boğazı ilə ayrılır. Demək olar ki, eyni məsafədə isə Vilçek Torpağı yerləşir.
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Labirint adaları
Labirint adaları — Rusiyanın Krasnoyarsk diyarı ərazisində, 30 adadan ibarət olan, Pyasin çayının estuarisində yerləşən, güçlü şəkildə bataqlıqlaşmış arxipelaq. Arxipelaqın ən böyük və cənub ada Roqozin adası (uzunluğu 15 km). Digər adaları — Qağayı adası və Böyük Labirint adası. 1993-cü ildə adalar qrup şəkildə Böyük Arktik qoruğu ərazisimə daxil edilmişdir.
Lakkadiv adaları
Lakkadiv adaları (ing. Laccadive Islands) — Hind okeanında Hindistana məxsus olan adalar qrupu. Lakşadvil müttəfiq ərazisinə daxildir. 27 atolldan ibarətdir. Maksimal hündürlüyü 4 metrdir. Lakşadvilin inzibati mərkəzi Kavaratti şəhəridir və eyni adlı atollda yerləşir. == Coğrafiya == Lakkadiv adaları 18,65 km² ərtazini əhatə edir. Adalarda 32 229 nəfər yaşayır (2001). Arxipelaq dörd iri (Kavaratti — 4,22 km², Andrott — 4,84 km², Aqatti — 3,84 km² və Kalpeni — 2,79 km²) və bir necə kiçik adadan ibarətdir. Amindivi adalarından cənubda yerləşir və ondan Doqquzuncu Dərəcə boğazı ilə ayrılır.
Lanqkavi adaları
Lanqkavi adaları (malay Langkawi Permata Kedah) — Malakka boğazında, Malayziyanın şimal-qərbində, Tailandla sərhəddən bir qədər aralıda (Tarutau adasından 25 km) yerləşir. Arxipelaqın sahəsi 478 km² (bunun 363 km² Pulaiu-Lanqkavinin payına düşür). Ən hündür nöqtəsi — Qununq-Raya (880 ). Qrupa 4 nisbətən iri və yüzlərlə kiçik ada daxildir. Adalar materikdən 51 km aralıda yerləşir. İqlimi ekvatorialdır. Quraq növsüm müşahidə edilmir. İl ərzində 2500 mm yağıntı düşür. Adalarda 96700 nəfər (2008) yaşayır. Bunun 90 % malaylardır.