MAX

рах.: max verməmək фикир тагун, кьил кьун тавун, кьил такьун, акахь тавун.
MAHUR
MAXORKA
OBASTAN VİKİ
Max
Max ədədi
Ernst Max
Ernst Max (alm. Ernst Waldfried Josef Wenzel Mach‎, alman: [ɛʁnst ˈmax]; 18 fevral 1838[…] – 19 fevral 1916[…]) — Avstriya fiziki və filosofu. Fizika elminə gətirdiyi yeniliklərlə tanınmışdır. Bu yeniliklərdən bəziləri Max rəqəmləri və şok dalğalarla əlaqəli olan elmi işlərdir. Onun məntiqi pozitivizmə, Amerika praqmatizminə böyük təsiri olmuşdur və tənqidinə əsasən Nyutonun zaman və məkan nəzəriyyəsi Albert Eynşteynin nisbilik nəzəriyyəsinin təməlini yaratdı.
Max (Çaroymaq)
Max (fars. ماخ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (49 ailə).
Max rəqəmi
Max ədədi, hərəkət halında olan hər hansı bir kütlənin sürətinin, kütlənin mövcud olduğu şərtlər daxilindəki səs sürətinə olan nisbətidir. Qısaca Ma ya da M deyilir. Adını Avstriyalı fizik və filosof Ernst Maxdan almışdır. Ernst Maxdan əvvəl bu mövzu haqqında Fransız fizik Sarrau da tədqiqatlar apardığında Sarrau ədədi də adlanır. Nümunə olaraq, dəniz səviyyəsində, 1 atm təzyiq şəraitində və 15oC hava istiliyində 1 Max = 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir. Yerdə səs sürəti göyə nisbətdə daha yuxarı dəyərdədir. Yerdən yuxarıya doğru qalxdıqca havanın temperaturu aşağı düşür. Dəniz səviyyəsindən 11 km hündürlüyə qədər (Stratosfer sərhədinə qədər) olan atmosfer təbəqəsinə troposfer deyilir. Səs sürətinin kvadratı havanın temperaturu ilə düz nisbətdə dəyişdiyinə görə, yerdən yuxarıya doğru qalxdıqca səs sürəti aşağı düşür. Bununla əlaqədar olaraq o yüksəklikdəki max ədədi dəniz səviyyəsinə görə daha aşağı olur.
Max duq (jurnal)
Max duq ("Bizim dövrümüz") — Osetiya dilində ən yaşlı ədəbi jurnaldır. Sovet dövründə — RSFSR Yazıçılar Birliyinin mətbuat orqanlarından biri olmuşdur. Jurnalın ilk sayı 1934-cü ildə nəşr edilmişdir. Redaksiya heyəti əvvəlcə milli ənənələrin ən yaxşı xüsusiyyətlərinin fəal təbliğatı işinin əsasını qoyur. Jurnalın səhifələrində osetin xalqının dili, tarixi, etnoqrafiyası, mədəniyyəti məsələlərinə çox diqqət yetirilir. Jurnal Osetiya folklorundan materiallar dərc edir. Məsələn: Kazbek Qutiyevin topladığı atalar sözləri və məsəllər 1975-ci ildə nəşr olunmadan əvvəl "Max duq" — da ayrıca bir kitab olaraq nəşr edilmişdir. Jurnalın yazıçıları ilə yanaşı görkəmli görkəmli insanlarında fikir və əsərləri burada dərc olunurdu: Maxarbek Tuqanov, Soslanbek Edziyev, Azanbek Janaev, teatr xadimləri Besa Totrov və Tamara Karyaeva, bəstəkarlar Tatarkan Kokoyti və Boris Qalayev, tarixçilər Qeorqi Kokiyev, Boris Alborov, Boris Skitski, Leonid Semyonov, Mixail Bliyev, Ruslan Bzarov, etnoqraflar Bekiza Karqiyev, Elena Barakova və Axsar Maqometov, Vilen Uarziati… "Görkəmli şəxsiyyətlərimiz", "İncəsənət, mədəniyyət", "Zaman əsl hakimdir", "Yaradıcı irs" kimi bölmələrdə Sema Şanayev, Bibo Cuqutov, Qappo BaYev, Axmet Salikov, Soslan Temirxanov, Maxarbek Tuqanov, Solaman Tautiyev, Tokayev, Balo Txapsayev, Qaito Qazdanov haqqında məqalələr dərc olunmuşdur. 2003–2009-cu illərdə Max duq 19-cu əsrin ikinci yarısından 21-ci əsrin əvvəllərinə qədərki dövrü özündə birləşdirən və Osetiya şairlərinin bütün nəsillərini əhatə edən Osetiya Şeir Antologiyasını nəşr etdirir. 2012-ci ildə Antologiyalar ayrıca bir kitab olaraq nəşr olunur.
3ds Max
Autodesk 3ds Max, (keçmiş 3D Studio MAX), Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur. == Tarix == Orijinal 3D Studio məhsulu DOS platforması üçün Yost Group tərəfindən yaradılmış və Autodesk tərəfindən nəşr edilmişdir. 3D Studio-nun buraxılışı Autodesk-in əvvəlki 3D render paketi AutoShade-ni köhnəlmişdir. 3D Studio DOS Release 4-dən sonra məhsul Windows NT platforması üçün yenidən yazıldı və "3D Studio MAX" adlandırıldı. Bu versiya da ilk olaraq Yost Group tərəfindən yaradılmışdır. Bu, o zaman Autodesk-in media və əyləncə bölməsi olan Kinetix tərəfindən buraxıldı. Autodesk məhsulu 3D Studio MAX versiyasının ikinci buraxılış yeniləməsində satın aldı və sonrakı iki buraxılışda inkişafı tamamilə daxililəşdirdi. Daha sonra məhsulun adı Autodesk-in satın aldığı Montrealda yerləşən proqram şirkəti Discreet-in adlandırma konvensiyalarına daha yaxşı uyğunlaşmaq üçün "3ds max" (bütün kiçik hərf) olaraq dəyişdirildi.
Max ədədi
Max ədədi, hərəkət halında olan hər hansı bir kütlənin sürətinin, kütlənin mövcud olduğu şərtlər daxilindəki səs sürətinə olan nisbətidir. Qısaca Ma ya da M deyilir. Adını Avstriyalı fizik və filosof Ernst Maxdan almışdır. Ernst Maxdan əvvəl bu mövzu haqqında Fransız fizik Sarrau da tədqiqatlar apardığında Sarrau ədədi də adlanır. Nümunə olaraq, dəniz səviyyəsində, 1 atm təzyiq şəraitində və 15oC hava istiliyində 1 Max = 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir. Yerdə səs sürəti göyə nisbətdə daha yuxarı dəyərdədir. Yerdən yuxarıya doğru qalxdıqca havanın temperaturu aşağı düşür. Dəniz səviyyəsindən 11 km hündürlüyə qədər (Stratosfer sərhədinə qədər) olan atmosfer təbəqəsinə troposfer deyilir. Səs sürətinin kvadratı havanın temperaturu ilə düz nisbətdə dəyişdiyinə görə, yerdən yuxarıya doğru qalxdıqca səs sürəti aşağı düşür. Bununla əlaqədar olaraq o yüksəklikdəki max ədədi dəniz səviyyəsinə görə daha aşağı olur.
Mary və Max
Meri və Maks (ing. Mary and Max) — müstəqil, yetkinlər üçün animasiya, böyüklər üçün cizgi filmi və komediya-dram filmi. Adam Elliot tərəfindən yazılmış və rejissorluğu edilmiş 2009-cu ildə çəkilmiş və onun ilk cizgi filmi olmuşdur. Filmin prodüseri Melanie Coombs və Melodrama Pictures, musiqisi Deyl Korneliusdur. Səs heyətinə Filip Seymur Hoffman, Toni Collette, Erik Bana və Bethany Whitmore daxildir. == Haqqında == İki qeyri-mümkün qələm yoldaşı arasındakı dostluq nağılı: Melburn ətrafında yaşayan tənha, səkkiz yaşlı qız Meri və Nyu Yorkda yaşayan qırx dörd yaşlı, kəskin piylənmədən əziyyət çəkən Maks. Aralarında yalnız məktublaşma ilə əlaqə qura bilən dostlar bir-birilərindən xəbərsiz maraqlı, düşündürücü və həyata başqa pəncərələrdən baxmağa sövq edən mövzular haqda söhbət edirlər. == Filmin süjeti == 1976-cı ildə səkkiz yaşlı Mary Daisy Dinkle (Bethany Whitmore) Avstraliyanın Viktoriya ştatındakı Waverley dağında tənha həyat sürür. Məktəbdə alnında bədbəxt bir doğum ləkəsi olduğuna görə sinif yoldaşları onu ələ salırlar. Evdə olarkən onun uzaq atası Noel və alkoqolik, kleptoman anası Vera az dəstək verir.
Elephas maximus
Adi Asiya fili (lat. Elephas maximus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır.
Erigeron maxonii
Erigeron maxonii (lat. Erigeron maxonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ficus maxima
Ficus maxima (lat. Ficus maxima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Filipp Maxaradze
Filipp Ieseyeviç Maxaradze (gürc. ფილიპე მახარაძე; 9 mart 1868, Gonebiskari[d], Kutaisi quberniyası – 10 dekabr 1941, Tbilisi) — gürcü inqilabçı və dövlət xadimi. Gürcüstan SSR-in rəhbəri. 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü idi. == Həyatı == Onun atası ruhani idi və o, istəyirdi ki, oğlu da onun yolu ilə getsin. 1884-cü ildə Filipp Ozurqet ruhani məktəbində təhsil almışdır. Daha sonra Tiflis Ruhani Seminariyasına daxil oldu. Həmçinin Varşava Baytarlıq İnstitutunda oxumuşdur, amma oranı bitirmədi. RSDFP daxil olduqdan sonra dəfələrlə həbs edilirdi. RSDFP-nin Qafqaz İttifaqının təşkilatçılarından biri idi.
Filipp Maxardze
Filipp Ieseyeviç Maxaradze (gürc. ფილიპე მახარაძე; 9 mart 1868, Gonebiskari[d], Kutaisi quberniyası – 10 dekabr 1941, Tbilisi) — gürcü inqilabçı və dövlət xadimi. Gürcüstan SSR-in rəhbəri. 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü idi. == Həyatı == Onun atası ruhani idi və o, istəyirdi ki, oğlu da onun yolu ilə getsin. 1884-cü ildə Filipp Ozurqet ruhani məktəbində təhsil almışdır. Daha sonra Tiflis Ruhani Seminariyasına daxil oldu. Həmçinin Varşava Baytarlıq İnstitutunda oxumuşdur, amma oranı bitirmədi. RSDFP daxil olduqdan sonra dəfələrlə həbs edilirdi. RSDFP-nin Qafqaz İttifaqının təşkilatçılarından biri idi.
Fritillaria maximowiczii
Maksimoviç zanbaqcası (lat. Fritillaria maximowiczii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Frits Maxlup
Frits Maxlup (alm. Fritz Machlup‎; 15 dekabr 1902, Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 30 yanvar 1983, Prinstom, Nyu-Cersi) — avstriyalı və amerikalı iqtisadçı. == Bioqrafiyası == Vyana Universitetində təhsil alıb. O, 1923-cü ildə Lüdviq fon Mizesin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir. 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmiş, 1940-cı ildə ABŞ vətəndaşlığını almışdır. Buffalo, Cons Hopkins və Prinston universitetlərində dərs deyirdi. Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1971–1974), 1966-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. Bernard Xarms mükafatı laureatı (1974). == Biblioqrafiyası == Махлуп Ф. Производство и распространение знаний в США. — М.: Прогресс, 1966. — 462 с.
Fyodor Maxnov
Fyodor Maxnov (d. 6 iyun 1878 — ö. 28 avqust 1912) — tarixin ən uzun adamı. Onun 285 sm boyu olsa da rəsmi rekord 272 sm boyu olan Robert Uodlouya məxsusdur. == Həyatı == Fyodor Maxnov 6 iyun 1878-ci ildə Rusiya imperiyasının Vitebsk quberniyasında kəndli ailəsində anadan olmuşdur. O, hələ 12 yaşındaykən boyu 2 metri keçmişdi. Buna görə uşağın atası evin tavanını söküb, yenidən qurmalı olmuşdu. Evdə Fyodorun ayrıca çarpayısı, stolu, stulu vardı. 16 yaşında ikən alman Otto Blinder onu ölkəsinə aparır. Otto Blinderin məqsədi Fyodor Maxnov kimi qeyri-adi insandan istifadə etməklə məhəllə sirklərində yaxşı pul qazanmaq idi.
Galium palustre var. maximum
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Grevillea maxwellii
Grevillea maxwellii (lat. Grevillea maxwellii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea maxwellii (McGill.) Christenh.
Honduriella maxima
Honduriella maxima (lat. Honduriella maxima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin honduriella cinsinə aid heyvan növü.
II Kültəpə yaşayış yeri (Maxta, Şərur)
II Kültəpə (və ya II Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə Qortçulu yeri adlanır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli gil qab sınıqları, ocaq qurğularının hissələri və dən daşlarından ibarət yerüstü materiallar toplanmışdır. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub I Maxta Kültəpəsi ilə eyniyyət təşkil edir. II Kültəpədə yalnız kəşfiyyat xarakterli tədqiqat aparılmışdır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli qab sınıqları, ocaq qurğularının hissələri toplanmışdır.
I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
Jurinea maxima
Jurinea maxima (lat. Jurinea maxima) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kaiika maxwelli
Kaiika maxwelli — Pinqvinkimilər (Sphenisciformes) fəsiləsinə daxil olan və vaxtı ilə в Yeni Zelandiya ərazisində yayılmış növ. Bu canlılara aid qalıqlar 1998-ci ildə paleontoloq Fillip Maksvell (Dr. Phillip Maxwell) Vaihao çayı hövzəsində aşkar etmişdir (44,79 °C. e. 171,02° ş. u.). Növ 2011-ci ildə Evam Fordikson (Ewan R. Fordyce) və Daniel Tomas (Daniel Thomas) tərəfindən tətqiq edilərən araşdırılmışdır. Ölçüləri müasir dövrümüzdə yaşayan imperator pinqvininə yaxındır (1,3 m). Onlar Waimanu cinsinə yaxındırlar.
Karel Hinek Maxa
Karel Hinek Maxa (16 noyabr 1810[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 6 noyabr 1836) — çex yazıçısı. == Həyatı == == Yaradıcılığı == Çex ədəbiyyatında Şərq mövzusu daha çox romantizmdə intişar tapmışdır. Məlumdur ki, romantizm həm çex, həm də Şərq xalqları ədəbiyyatında XIX əsrdə yaranmış və təbii ki, hər bir ədəbiyyatda özünəməxsus şəkildə təzahür etmişdir. K. H. Maxanın istər həyatına, istərsə də yaradıcılığına böyük ingilis şairi Corc Qordon Noel Bayronun təsiri olduqca güclüdür. Belə ki, K. H. Maxa məhz onun təsiri nəticəsində inqilabi romantizmin nümayəndəsi olmuş və həyatını xalqının azadlıq mübarizəsinə həsr etmişdir. Bu səbəbdən onların yaradıcılığında oxşar məqamlara tez-tez rast gəlinir. Hətta onların taleyi də oxşar olmuşdur, belə ki, C. Bayron 36, K. H. Maxa isə cəmi 26 il ömür sürmüşlər.
Kote Maxaradze
Konstantin (Kote) İvanoviç Maxaradze (gürc. კოტე (კონსტანტინე) ივანეს ძე მახარაძე; 17 noyabr 1926, Tiflis – 19 dekabr 2002, Tbilisi) — məşhur sovet idman şərhçisi, teatr və kino aktyoru. Gürcüstan SSR xalq artisti. == Həyatı == Konstantin Maxaradze 1926-cı il noyabrın 17-də Tiflisdə anadan olub. Uşaq ikən basketbolla məşğul idi. Sonradan futbola keçmişdi. Maxaradze "Dinamo" Tbilisidə gənclər arasında Gürcüstan çempionu olmuşdur. Kote Maxaradze 1941-ci ildə Tiflis Xoreoqrafiya Məktəbini bitirmişdir. 1944-cü ildə isə orta məktəbdən məzun olub. Tbilisi Dövlət Teatr İnstitutuna daxil olub 1948-ci ildə oranı bitirmişdir.
Lolium maximum
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
MAXE
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu — hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyəti. MAXE hərbi qulluqçuların rütbələri: baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.
MAXE hərbi qulluqçu
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu — hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyəti. MAXE hərbi qulluqçuların rütbələri: baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.

Digər lüğətlərdə