MEHDİ

İslamda qiyamətdən öncə zühuruna inanılan insandır. Mehdinin şəxsiyyəti haqqında müsəlmanlar arasında fərqli inanc vardır. Müsəlmanların çoxu onu öz dövrünün adamı kimi qəbul edib hər an hüzur edəcəyinə inanırlar. İsna-əşərilərin inancına görə Mehdi erkən yaşlarında qeybə çəkilmiş Məhəmməd ibn Həsəndir. Onlar onu onikinci imam kimi qəbul edirlər. İsnaəşərilər inanırlar ki, Mehdinin qeybə çəkilməsinə baxmayaraq o diridir, qiyamətdən öncə müsəlmanları dünyanı bürüyən fəlakətdən qurtarmaq üçün dünyaya zühur edəcəkdir. Rəvayətlərə görə Mehdi onunla zühur edən İsa Məsihlə birlikdə yer üzündə Allahın qanunlarını yenidən bərqərar edəcəklər. Onlar haqsızlığı aradan qaldıracaq, ədaləti bərpa edəcəklər. Mehdi Məhəmməd peyğəmbərin soyundan olacaqdır. İslamı məhv etmək istəyən Dəccalı Mehdi İsa ilə birlikdə məğlub edib ona qalib gələcəklər. Bəzi ilahiyyatçılar Mehdinin İsa olduğunu qeyd edirlər. Bəziləri isə Mehdi inancının İslama israiliyyatdan gəldiyini iddia edib, Mehdi inancına inanmırlar. Bundan başqa “Mehdi” anlayışının daha geniş mənası da vardır. Məhəmməd peyğəmbərdən rəvayət olunmuş bir hədisdə hər bir əsrin sonunda imanı yeniləşdirən bir mücəddidin gəlməsindən bəhs edilir. İslamda bəzən “Mücəddid” anlayışı ilə “Mehdi” anlayışı eyniləşdirilir. Ancaq, bu mənada işlənməsinə baxmayaraq “Mehdi” həm də gələcəkdə yer üzünə zühur edəcək konkret bir şəxsdir.
MATURİDİLƏR
MEHR
OBASTAN VİKİ
Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Elnur Mehdi
Elnur Mehdiyev — rejissor, aktyor. Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehdi (ad)
Mehdi — oğlan adı. İslam aləmində doğulan oğlan uşaqlarına verilən addır. İdarə Olunan Adam, Düzgün Yolda Olan və ya Allahın İdarə Etdiyi mənasını verir. Mehdi — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcəyi iddia olunan xilaskar İmam Mehdi — Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Mehdi Bazərgan - İranlı pedaqoq, alim, aktivist və siyasətçi. Mehdi Benatia - Futbolçu Mehdi Çaref - Fransalı rejissor. Mehdi Faveris-Essadi - Tunis əsilli Fransalı hip-pop musiqiçisi. Mehdi Gülşəni - İranlı fizikaçı. Mehdi Qəzalı - Əlcəzair və Finlandiya əsilli İsveçli bank qulduru.
Mehdi (dəqiqləşdirmə)
Mehdi — oğlan adı. İslam aləmində doğulan oğlan uşaqlarına verilən addır. İdarə Olunan Adam, Düzgün Yolda Olan və ya Allahın İdarə Etdiyi mənasını verir. Mehdi — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcəyi iddia olunan xilaskar İmam Mehdi — Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Mehdi Bazərgan - İranlı pedaqoq, alim, aktivist və siyasətçi. Mehdi Benatia - Futbolçu Mehdi Çaref - Fransalı rejissor. Mehdi Faveris-Essadi - Tunis əsilli Fransalı hip-pop musiqiçisi. Mehdi Gülşəni - İranlı fizikaçı. Mehdi Qəzalı - Əlcəzair və Finlandiya əsilli İsveçli bank qulduru.
Mehdi (xəlifə)
Əbu Abdullah Məhəmməd ibn Abdullah Əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎) (3 avqust 744, Humeyma[d] – 24 iyul 785, İzə, Xuzistan ostanı) — 3. Abbasi xəlifəsi. 3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı. Ardından həmin il Təbəristanı ələ keçirdi və 761-ci ildə əmisi Əs-Səffahın qızı Raitə Əl-Səffah ilə evləndi. 768-ci ilədək Xorasanda qalan Əl-Mehdi bu müddət ərzində bölgəni Nişapur və Rey şəhərlərindən idarə etdi.
Mehdi Abbasov
Mehdi Abbasov (milli qəhrəman)
Mehdi Abdullayev
Abdullayev Mehdi Kamal oğlu (26 iyul 1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, hüquq elmləri doktoru. Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd – 30 may 1994) — Siyasətçi və həkim. Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
Mehdi Bakeri
Mehdi Bakiri (fars. مهدی باکری‎; 1954, Qoşaçay – 16 mart 1985, Dəclə) — əslən azərbaycanlı İran-İraq müharibəsi qəhrəmanı. İran İslam İnqilabı zamanı inqilaba qoşulur və inqilabdan sonra Urmiya şəhərinin meri seçilir. 1954-cü ildə Qoşaçayda doğulub. 16.3.1985-ci ildə İraq qoşunları tərəfindən İranın Xuzistan vilayətində öldürülmüşdür.
Mehdi Bakiri
Mehdi Bakiri (fars. مهدی باکری‎; 1954, Qoşaçay – 16 mart 1985, Dəclə) — əslən azərbaycanlı İran-İraq müharibəsi qəhrəmanı. İran İslam İnqilabı zamanı inqilaba qoşulur və inqilabdan sonra Urmiya şəhərinin meri seçilir. 1954-cü ildə Qoşaçayda doğulub. 16.3.1985-ci ildə İraq qoşunları tərəfindən İranın Xuzistan vilayətində öldürülmüşdür.
Mehdi Bazargan
Mehdi Bazərgan (fars. مهدی بازرگان‎) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri. Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir. İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir.
Mehdi Bazərgan
Mehdi Bazərgan (fars. مهدی بازرگان‎) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri. Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir. İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir.
Mehdi Bazərqan
Mehdi Bazərgan (fars. مهدی بازرگان‎) — İranlı pedaqoq, alim, aktivist və siyasətçi. 1979-1980-ci illərdə İran İslam İnqilabından sonra İranda qurulan İran Müvəqqəti Hökumətinin sədri və İslam İnqilabından sonra İranın ilk baş naziri. Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir. İkinci dünya müharibəsində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir.
Mehdi Bağırov
Mehdi Hüseyn
Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), "Stalin" mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-ci ildən Sov.İKP üzvü. Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirmişdir. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Həmçinin xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilmişdir Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazmışdır.
Mehdi Hüseynzadə
Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr 1918, Bakı – 2 noyabr 1944) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881–1922) Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür. 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur.
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Mehdi Kərrubi
İranda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İran adlanan yerin Luristan əyalətinin Əligudərz şəhərində anadan olub. Milliyyətcə lurdur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə İran adlanan yerin parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. 1999-cu ildə İran adlanan yerin parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Mehdi Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb.
Mehdi Mahmudov
Mehdi Mahmudov — Polkovnik 1932-ci ildən оrdu sırаlаrındа хidmət еtmişdir. Tiflisdə hərbi məktəb bitirdikdən (1936) sоnrа bаtаrеyа kоmаndiri, diviziоn kоmаndirinin müаvini оlmuşdur. Böyük Vətən mühаribəsi illərində 416-cı Аzərb. diviziyаsındа pоlk kоmаndiri оlаn M. Bеrlinədək döyüş yоlu kеçmiş dir. Lеninqrаd (indiki Sаnkt-Pеtеrburq) Аli Аrtillеriyа Zаbitləri Məktəbini (1946) və Mоskvаdа M.V.Frunzе аd. Hərbi Аkаdеmiyаnı (1952) bitirmişdir. 1956-cı ildə оrdudаn burахılmışdır. 3 "Qırmızı Bаyrаq", 3-cü dərəcəli "Suvоrоv", 1-ci dərəcəli "Vətən mühаribəsi" və "Qırmızı Ulduz" оrdеnləri ilə təltif оlunmuşdur. Bоkоv F. Y., Аzərbаycаn övlаdlаrının ölməz igidliyi, B., 1975; yеnə оnun, Vеsnа pоbеdı, M., 1979.
Mehdi Mehdiyev
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Mehdi Mehdizadə
Mehdi Məmməd oğlu Mehdizadə (18 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984, Bakı) — pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954; 1960–1980). Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mehdi Mirkişiyev
Mehdi Mirkişi oğlu Mirkişiyev (15 iyul 1928 – 27 sentyabr 1993) – tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mehdi Mirkişiyev 1928-ci il iyulun 15-də Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olmuşdur. M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1946-1951). Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında böyük redaktor kimi başlamışdır. Sonra "Yazıçı" nəşriyyatı bədii tərcümə redaksiyasının böyük redaktoru vəzifəsində işləmişdir (1982-1988). 1993-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir. (ruscadan) 1. Q.Sevuns. Tehran (I kitab). Bakı: Azərnəşr, 1953, 517 səh.
Mehdi Murtuzov
Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997, Alpan, Quba rayonu – 2 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. Murtuzov Mehdi iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.
Mehdi Mustafayev
Mehdi Həsən oğlu Mustafayev (15 sentyabr 1914, Tatlı, Qazax qəzası – 5 oktyabr 1979, Bakı) — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O, Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır. 1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir. Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir.
Cəmaləddin Mehdiyev
Cəmaləddin Mehdiyev (Mehdiyev Cəmaləddin İsa oğlu; d. 1956. Səfikürd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor. Başqırdıstan Dövlət Tibb İnstitutunun professoru. Başqırdıstan Respublikasının Əməkdar həkimidir. Rusiya Cərrahlar Cəmiyyətinin həqiqi üzvü. Mehdiyev Cəmaləddin İsa oğlu 1956-cı il noyabrın 23-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirib və 1988-ci ilədək Başqırdıstanın Kumertau şəhərində mərkəzi rayon xəstəxanasında işləyib. 1989-cu ildən Ufada 21 nömrəli xəstəxanada çalışıb. C.Mehdiyev 1991-ci ildən Təcili Tibbi Yardım Xəstəxanasında bölmə müdiri, eyni vaxtda 1994-cü ildən Başqırdıstan Dövlət Tibb Universitetinin müəllimi, sonralar isə professoru olub.
Elman Mehdiyev
Elnur Mehdiyev
Elnur Mehdiyev — rejissor, aktyor. Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Emin Mehdiyev
Mehdiyev Emin Natiq oğlu - 22 sentyabr 1992, Bakı) - Azərbaycan futbolçusu, yarımmüdafəçi. Emin Mehdiyev 22 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" Bakı klubunun yetirməsidir, peşəkar futbolda öz fəaliyyətinə 2009-cu ildə başlamışdır. O, 2010-cu ildən "Neftçi" Bakı komandasının əsas heyətinə daxil edilmiş, həmin mövsümdə iştirak etdiyi 23 oyunda 1 qol vurmuşdur. 2010-cu ildə Emin Mehdiyev icarə qaydasında Bakının "Abşeron" komandasına keçmiş və bir mövsüm ərzində həmin komandanın əsas heyətində çıxış etmişdir. Bu komandanın tərkibində o, 17 oyun keçirmiş və 7 qol vurmuşdur. 2011-ci ildən yenidən "Neftçi" komandasına qayıtmış və 2015-ci ilədək həmin komandada oynamışdır. 2012–2013-cü və 2013-2014-cü il mövsümlərində "Neftçi" Bakı futbol komandasının tərkibində Çempionlar liqasının 2 oyununda və UEFA Avropa liqasının 4 oyununda çıxış etmişdir. Onun bu oyunlarda ilk debutu 17 iyul 2012-ci ildə Bakı şəhərində Dalğa Arena stadionunda Gürcüstanın "Zestafoni" komandasına qarşı oyunda çıxışı olmuşdur. E.Mehdiyev matçın 82-ci dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olmuşdur.
Fazil Mehdiyev
Fazil Umud oğlu Mehdiyev (20 avqust 1966, Ələkçi, Laçın rayonu – 24 sentyabr 1991, Abdalgülablı[d], Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi.
Firudin Mehdiyev
Firudin Mehdiyev (şəhid) — Qarabağ müharibəsi iştirakçısı və şəhidi. Firudin Mehdiyev (aktyor) — Müğənni və aktyor.
Firudin Mehdiyev (aktyor)
Firudin Mehdi oğlu Mehdiyev (31 dekabr 1927, Xızı, Quba qəzası – 1 fevral 2006, Bakı) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Firudin Mehdiyev (şəhid)
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Gülər Mehdiyeva
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay İsrail qızı Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi. Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası. Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır. 2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır. 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür. 18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Hacı Mehdi Kuzəkünani
Hacı Mehdi ağa Kuzəkünani (1879-?) — İran Məşrutə hərakatının fəal üzvü, yaşlı olmasına baxmayaraq Məşrutə hərakatı başlayaraq, bu hərəkata qoşuldu.O Təbrizin ədalətçilər cəmiyyətinin təsisçilərindən idi ki sonra adı Təbrizin Milli Cəmiyyətinə çevrildi.İndi,onun evi Təbrizdə Məşrutiyyət muzeyinə çevrilib. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. کسروی، احمد. تاریخ مشروطه ایران انتشارات امیرکبیر مجتهدی، مهدی.
Hacı Mehdi Şükuhi
Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896, Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi. Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Hacı Mehdiqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu (18 noyabr 1850, Tehran – 6 may 1937) — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı. Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu.
Hacı Mirzə Mehdi Cahanşahi
Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Cahanşahi (?-1903) — İslam alimi. Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası ictihad dərəcəsinə yüksəlmiş məşhur islam alimlərindən idi. Hacı Mirzə Mehdi Cahanşahi ibtidai təhsilini ailədə almışdı. Sonra mükkəmməl mədrəsə təhsili görmüşdü. Qum və Nəcəf alimlərinin yanında ali savada yiyələnmişdi.Şeyx Məhəmmədhüseyn Ərdəkaninin sevimli şagirdlərindən idi. O, doğma şəhəri Təbrizə qayıtmış, hüquq və elmlə məşğul olmuşdu. Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.
Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825–1905) — İslam alimi, müctəhid. Mehdi Şeyx Muhəmmədrza oğlu 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir. Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir. Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcümə Q.Kəndli, Bakı,1991.
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Hicran Mehdiyev
Hicran Mehdiyev — Texnika elmləri namizədi, iqtisadi informatika kafedrasının baş müəllimi, Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsi (2000). 20 fevral 1961-ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. 1977-ci ildə Cəbrayıl şəhər orta məktəbini bitirmişdir və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1982-ci-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institununda proqramçı mühəndis, kiçik elmi işçi, qrup rəhbəri vəzifələrində işləmişdir. 1987-1990-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda məqsədli aspiranturada təhsil almiş və 1992-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-1998-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasinda baş müəllim vəzifəsində çalışmışdır. 2000-ci ildən tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsində çalışır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir 1992-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda namizədlik dissertasiyası müdafiə etmişdir Informasiya texnologiyalarinin tehsildə tətbiqi, ekspert-öyrədici sistemlərinin yaradılması. BDU 2000-2002-ci illərdə informasiya texnologiyalari və programlaşdırma, 2002-ci ildən iqtisadi informatika kafedraları Informatika, riyaziyyat və informatikanın tədrisi metodikası, əməliyyat sistemləri və proqramlaşdərma dilləri, 14 elmi əsərin müəllifidir. 1.
Hüseyn Mehdiyev
Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü. Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub. 1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin, Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.).
Həsən Mehdiyev
Həsən Mеhdiyеv (Həsən Musа оğlu Mеhdiyеv; 5 may 1925, Naxçıvan – 21 avqust 2001, Bakı) – yаzıçı, nаsir, publisist. Həsən Mehdiyev Nахçıvаn Pеdаqоji Tехnikumunu bitirmiş (1941), Bаkıdа ikiillik pаrtiyа məktəbinin müdаvimi (1947–1949) оlmuşdur. Böyük Vətən mühаribəsinin (1941–1945) iştirаkçısıdır. Оrdudаn tərхis еdildikdən sоnrа Şahbuzdа, Naxçıvandа sоvеt, kоmsоmоl və pаrtiyа işində çаlışmışdır. Həsən Mehdiyev 1952-ci ildə Bakıyа köçmüş, nəşriyyаt və mətbuаt sаhəsində fəаliyyət göstərmiş, “Аzərnəşr”də bədii ədəbiyyаt şöbəsinin müdiri (1967–1972), “Еlm və həyаt” jurnаlının bаş rеdаktоru (1975–1993) оlmuşdur. Həsən Mehdiyev “Nахçıvаn” аdlı ilk kitаbı 1959-cu ildə nəşr еdilmişdir. “Mənim Gülgəz bаcım” (1971), “Dаğ çiçəyi” (1980) pоvеstlərinin, “Əlvidа dеmədik” (1969), “Охşаr tаlеlər” (1982), “Sənsiz kеçən günlərim” (1985), “Dünyаmı qаytаr mənə” (1989) rоmаnlаrının müəllifidir. Hеkаyələri (“Sеvgi rаpsоdiyаsı” tоplusu, 1969), publisistik yаzılаrı vаr.

Значение слова в других словарях