Meningit
Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi.
Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar),
viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və
meninqoensefalitə qədər) olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok,
karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.
== Epidemiologiya ==
XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə
qeyd olunur və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə
(2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5-10 hadisə
baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan
dərəcədə çox təsadüf olunur. XX əsrin 50-70-ci illərində ən yüksək
xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı və bu
region “meningit zonası”, yaxud ”meningit qurşağı” adlanırdı. 70-80-
ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu
xəstəliyə rast gəlinirdi.
== Risk faktorları ==
► Meninqokokk gəzdiriciliyinin olması
► Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzun
müddətli ünsiyyət
► Temperatur və rütubət rejiminin pozulması
► İmmunoloji reaktivliyin aşağı düşməsi
► Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə
təmasda olur ki, bu da kriptokokların mənbəyidir).