meningit

is. tib. méningite f

mendelizm
menşevik
OBASTAN VİKİ
Meningit
Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s. XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə qeyd olunur və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5–10 hadisə baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan dərəcədə çox təsadüf olunur. XX əsrin 50–70-ci illərində ən yüksək xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı və bu region "meningit zonası", yaxud "meningit qurşağı" adlanırdı. 70–80-ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu xəstəliyə rast gəlinirdi. Meninqokokk gəzdiriciliyinin olması Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzunmüddətli ünsiyyət Temperatur və rütubət rejiminin pozulması İmmunoloji reaktivliyin aşağı düşməsi Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə təmasda olur ki, bu da kriptokokların mənbəyidir).
Aseptik meningit
Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur. Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür. == Etiologiyası == Etiologiyasına görə aseptik meningit 2 növ olur: yoluxucu və qeyri-infeksion. Bu günə qədər diaqnozun qoyulmasında bütün irəliləyişlərə baxmayaraq, dəqiq etiologiya yalnız 30-65% hallarda müəyyən edilə bilib. Qalan etiologiyası naməlum hallar "idiopatik" kimi adlanır. Yoluxucu səbəblər baxımından ən çox yayılmış agent virusdur, həmçinin bakteriyalar, göbələklər və parazitlər də daxildir. Xəstəliklərin yarıdan çoxu enteroviruslar tərəfindən törədilir (məs.

Digər lüğətlərdə