METODSUZ
METROLOGİYA
OBASTAN VİKİ
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3 Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
10000 metr klubu
10000 metr klubu (ing. Mile high club) — uçuş zamanı təyyarənin göyərtəsində cinsi əlaqədə olan bir qrup insanın adlandırıldığı slenqdir. İdeya ilk dəfə London Centlmenlər klubunun(en) mərc kitabçasının 1785-ci il üçün olan buraxılışda öz əksini tapıb.
4062-ci metr (film, 2012)
4062-ci metr filmi 2012-ci ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Film Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümünün 20 illiyi münasibətilə ANS televiziyası əməkdaşlarının "Çingiz zirvəsi"nə yürüşünü əks etdirir. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə ilk dəfə 2000-ci ildə fəth olunub. Elə bu vaxtdan sonra “Çingiz zirvəsi” kimi adlandırılır. Zirvədə onun adını daşıyan lövhə var.
Azadlıq Prospekti metrostansiyası
"Azadlıq Prospekti" metrostansiyası — Bakı metrosunda stansiya. "Azadlıq Prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır. "Azadlıq Prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşdiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir. Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub. Stansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib. 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. — 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır. — 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. — 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. — Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Azərbaycan metrosu 40 (film, 2007)
Ağ Şəhər metrostansiyası
Ağ Şəhər metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y14, "Ağ Şəhər". Stansiyanın Bakı Ağ Şəhər ərazisində inşası planlaşdırılır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyasında tikinti işləri sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır. 31 yanvar 2024-cü ildə stansiyaya mesenat Hacı Zeynalabdin Tağıyevin adının verilməsi ilə bağlı bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ünvanlayıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Bakı Metropolitenin 2030-cu ilə olan planını təstiqləmişdir. 2010-cu ildə Ağ Şəhər layihəsi işə salınır və bu zaman 8 Noyabr prospektində yeni metro stansiyanın inşa ediləcəyi bəyan edilir. Metro stansiyasının tikintisi üçün yer hələ 2011-ci ildə ayrılır.
B-3 (Ceyhun Səlimov) metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
B-4 (Cəlil Məmmədquluzadə) metrostansiyası
B-4 stansiyası — Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyası. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir. Stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb. 21 sentyabr 2021-ci ildə Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb. Bakı Metropoliteni QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib ki, stansiyanın yeri müəyyən edilib: "Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək". “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 2023-cü ilin fevralında deyib: “Metrostansiya özü 4 səviyyədən ibarət olacaq. Artıq 3 səviyyədə qazıntı işləri başa çatıb. 4-cü səviyyənin isə yarısı qazılıb. Yəni 144 metrlik platforma, ümumən isə 170 metr uzunluğunda kompleksdir.
B-5 (Qış Bulvarı) metrostansiyası
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xəttinin 6-cı stansiyası olacaq. Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: “B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.
BAKMİL metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. 26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür.
Bakı Metropoliteni
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət. 27 fevral 2014-cü il tarixindən quruma Zaur Hüseynov edir. Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir. 2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi. 2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb. 27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur. 2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır.
Bakı Metropoliteni QSC

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti

Bakı metropoliteni stansiyalarının siyahısı
Bakı metropoliteni stansiyalarının siyahısı — Bakı şəhərinin metropoliten xətləri sistemini ehtiva edir. Bakı Metropoliteni 3 xət və 27 stansiyadan ibarətdir.
Bakı metrostansiyalarının siyahısı
Bakı metropoliteni stansiyalarının siyahısı — Bakı şəhərinin metropoliten xətləri sistemini ehtiva edir. Bakı Metropoliteni 3 xət və 27 stansiyadan ibarətdir.
Bakı metrosu
Bakı metrosu — Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında qurulan ilk metropoliten. Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər mövcuddur. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud — Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt — Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub. Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi.
Bakı metrosu-30 (film, 1997)
Bakı metrosu (film, 1992)
Bakı metrosu qısametrajlı sənədli filmi rejissor Süleyman Əhmədov tərəfindən 1992-ci ildə çəkilmişdir. "Metropol" Studiyasında istehsal edilmişdir. Film Bakı metropoliteninin 25 illiyinə həsr olunmuşdur. Film Bakı metropoliteninin 25 illiyinə həsr olunmuşdur. Kinolentdə Bakı metrosunun tarixindən, tədris-istehsalat fəaliyyətindən, bugünkü problemlərindən danışılır.
Bakı metrosunda partlayışlar
Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır. 1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi. Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
Bakı metrosunda qəza (1995)
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Bakı metrosunda yanğın (1995)

Bakı soveti metrostansiyası
İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdir. Stansiyaya daxil olan qatarlarda Bakı gecələri musiqisindən fraqment səslənir. "İçərişəhər" (keçmiş "Bakı Soveti") 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Bakı Metropoliteninin ilk stansiyalarından biridir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanılıb, işə 15 milyon manat vəsait sərf edilib. Layihə müəllifəri: Şəfiqə Zeynalova, Yusif Qədimov, Yuri Nikolayeviç Kozlov və Tələt Xanlarovdur. Stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb.
Bağdad metropoliteni
Bağdad metropoliteni (ərəb. مترو بغداد‎‎‎) — İraqın paytaxtı Bağdad şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. Ərəb dünyasında Bağdad metropoliteni planı ilk dəfə hələ 1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Səddam Hüseyn tərəfindən işlənib. Ambisiyalı layihənin 1975-ci ildə layihələşdirilməsinə, daha sonra isə tikintisinə başlanıb. Layihəyə görə 2 yeraltı xəttin tikintisi planlaşdırılırdı: 1-ci xətt şimaldan cənuba, 2-ci xətt isə qərbdən şərqə. Bəyan edilirdi ki, metro tərkibinə misirli mühəndislər tərəfindən tikiləcək, heyətlər isə Çin şirkətlərindən biri tərəfindən təqdim ediləcəkdir. Bağdad şəhərinin altı ilə metroploiten üçün də nəzərdə tutulan tunellər şəbəkəsi müxtəlif qiymətlərlə bir neçə kilometrdən 10-la km-ə qədər serb, Çin və alman şirkətləri tərəfindən tikildi. Lakin 1983-cü ildə aparılan işlər İran-İraq müharibəsinin başlanması ilə dayandırıldı. İrəli sürülən iddialara görə tərk edilmiş tunellərdə Səddam Hüseyn silah saxlayır və qoşunlarını gizlədirdi. XXI əsrin əvvəllərində şəhər hakimiyyəti yeraltı metronun yaradılması haqqında layihəni yenidən dirçəltməyə çalışırlar.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Dünya Metrologiya Günü
Dünya Metrologiya Günü ― 20 may tarixində keçirilən, Beynəlxalq Vahidlər Sisteminin qəbul olunmasını qeyd edən hadisə.
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr)
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr) — 11–16 dekabr 2018-ci il tarixləri arasında Çinin Xançjou şəhərində keçirilən 14-cü dünya çempionatı. Bu çempionatda üzgüçülük yarışları 25 metrlik su hovuzlarında təşkil olunur. * Ev sahibi ölkə ( ÇXR) a Yalnız təsnifatda iştirak edən və medal qazanan üzgüçülər daxil edilmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.

Digər lüğətlərdə