Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metropoliten
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Metropoliten muzeyi
Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey. Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi. Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ, 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınır. İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Adana metropoliteni
Adana metropoliteni Adana şəhərində yerləşən, 13 metrostansiyanı özündə birləşdirən və 13.5 kilometr uzunluğa sahib dəmiryolu sürətli yol sistemidir. Saatda 21 min 600 sərnişinin istifadəsinə yararlıdır. Dayanmalar nəzərə alınmaqla başdan sona bütün metrostansiyalar arasındakı məsafə müddəti 21 dəqiqədir. Metropolitenin proyektinin əsası 1988-ci ildə qoyulmuşdur. Metro xidməti səhər 6:00-dan başlayaraq axşam 23:30-a qədər davam edir. Həftəiçi qrafika 10 dəqiqə aralıqla, həftsəonu isə 15 dəqiqə aralıqla fəaliyyət göstərir. == Adana metropoliteninin xranologiyası == 1988-ci ildə Adana metropoliteninin proyekti qurulmuşdur 1996-cı ildə Adana metropoliteninin tikintisinə başlanmışdır 2000-ci ildə ödəniş olmadığından Adana metropoliteninin tikintisi dayandırılmışdır 2006-cı ildə Adana metropoliteninin tikintisinə təzədən başlanmışdır 2009-cu ilin Aprel ayında seçkilər səbəbilə Adana metropoliteninin 8,5 km-lik hissəsi istifadəyə verilmiş ancaq seçkilərdən bir neçə ay sonra istifadəsi dayandırılmışdır 2010-cu ilin May ayında Adana metropoliteninin istifadəyə verilmişdir == Stansiyalar == == Adana metropoliteninin texniki parametrləri == Xətt uzunluğu(gediş-gəliş): 13.5 km Stansiyalarının sayı: 13 Nəqliyyat vasitələrinin sayı sayı: üçlü qatarlar şəklində 350 nəfərlik 36 nəqliyyat vasitəsi Tutumu : 660.000 nəfər/gün (2.tur tamamlananda) Enerji təminatı : 750 V DC Maksimal sürət : 80 km/saat Bilet sistemi : Kentkart Nəqliyyat vasitələrinin maksimal sürəti saatda 80 km, sərnişin tutumu 311 nəfər, uzunluğu 27 metr, eni 2,65 m, kütləsi 41 tondur. Hər üç nəqliyyat vasitəsi bir qatar olmaqla cəmi 12 qatardan ibarətdir.
Almatı Metropoliteni
Almatı metropoliteni — Qazaxıstannın Almatı şəhəri və Almatı vilayətində nəqliyyat vasitəsi == Tarixi == Almatı metropoliteninin 1 dekabr 2011-ci ildə təntənəli açılışı olub..
Amsterdam metropoliteni
Amsterdam metropoliteni — Niderlandın Amsterdam şəhəri və ətraf əraziləri əhatə edən nəqliyyat sistemi. Metropoliten 4 xətt, 52 stansiyadan ibarətdir. Xətlərin ümumi uzunluğu 42.5 km-dir.
Kazan metropoliteni
Kazan metropoliteni (rus. Каза́нское метро́; tatar. Казан метросы) — Kazan şəhərinə xidmət edən metro sistemi. Metro sistemi Rusiyada açılmış yeddinci, keçmiş Sovet İttifaqı regionunda on beşinci metropolitendir. 27 avqust 2005-ci ildə açılan bu metropoliten, Rusiyada ən yeni sistemdir. == Tarixi == === Planlaşdırma === Kazan, Orta Volqada tarixi və mədəniyyət mərkəzidir. Rusiya İmperiyasının dövründə sürətli nəqliyyat sisteminin ilk planları təklif olundu, lakin Oktyabr İnqilabından və Rusiyanın Mülki Müharibəsindən sonra dizaynı ləğv edildi. Buna baxmayaraq, 1930-cu illərdə, Kazan, ən görkəmli muxtar respublikalardan biri olan və bir sənaye mərkəzi kimi sürətlə inkişaf edən, Tatar ASSR-in paytaxtı olmağına baxmayaraq, gələcək üçün sürətli tranzit sistemi təklif etmək istəmişdi. Ancaq İkinci Dünya Müharibəsi belə cəhdlərə son qoydu və SSRİ-dəki respublikaların yalnız paytaxtlarında metro sistemi inşa edildi. 1983-cü ildə Tatarıstanda Sovet İttifaqının Ali Sovetinin bir metro sisteminin planlaşdırıldığı il idi.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. == Ədəbiyyat == === Kitablar === Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Kopenhagen metropoliteni
Kopenhagen metropoliteni (dan. Københavns Metro) — Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu. Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir. Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır. 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.
London metropoliteni
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
Minsk metropoliteni
Minsk metropoliteni — Belarusda metropoliten 1984-cü ildə açılan Minsk metropoliteni ümumi uzunluğu 39 km olan 2 xətdən və 29 stansiyadan ibarətdir. Sərnişin sıxlığına görə Minsk metrosu MDB-də ikincidir. Metroda ilk böyük qəza 2009-cu ilin yayında baş verib. Leysan yağışlar zamanı metro stansiyalarına su dolması nəticəsində texniki problemlər yaranıb. Sərnişinlər təxliyə olunub və metro fəaliyyətini bir-neçə saat sonra bərpa edib. Xəsarət alan olmayıb. Metroda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. Belarus: Müstəqillik dövrünün terror aktları.
Moskva Metropoliteni
Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi 15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 185 stansiya vardır. Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub. 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
Məşhəd metropoliteni
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Nürnberq metropoliteni
Nürnberq metrosu 1972-ci ilin martın 1-də açılıb və 2008-ci ilin martın 15-dən Almaniyada ilk və yeganə sürücüsüz metro xəttinə malikdir. Metropoliten ümumi uzunluğu 38,2 km olan 3 xəttdən ibarətdir. Bunun 32,7 km hissəsi tunel, 4,5 km yer səviyyəsindəki xətt və 1 km isə yer səviyyəsindən yuxarı xəttdən ibarətdir. Metropolitenin xəttlərinin adı müvfiq olaraq U1, U2 və U3 adlanır. U almanca U-Bahn (azərbaycanca metro deməkdir) sözündən götürülüb.2015-ci ildə metropoliten bir ilə 128,85 milyon sərnişin, bir günə isə ortalama 410 000 sərnişin daşımışdır. 2011-ci ildə 3-cü metro xəttinin açılması ilə Nürnberq əhalisinin 66 %-nin metro xəttinə çıxışı təmin edilmişdir.
Paris metropoliteni
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Qlazqo metropoliteni
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Riqa metropoliteni
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı. 1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.
Sinqapur metropoliteni
Sinqapur metropoliteni Sinqapurda dəmir yolu sisteminin əsas komponentini təşkil edən sürətli bir tranzit sistemi olub, şəhərin bir çox hissəsini əhatə edir. Sistem 1987 ci il 7 noyabr tarixində fəaliyyətə başlamış və yalnız Toa Payoh və Yio Chu Kang arasında mövcud idi. Yaradılmasında məqsəd Sinqapurun nəqliyyat sisteminin əsasını təşkil edən geniş bir dəmir yolu şəbəkəsini inkişaf etdirmək idi. Şəbəkə 199,6 kilometr (124,0 mil) marşrutu əhatə edir və 119 stansiyadan ibarətdir. Şəbəkə mərhələlər ilə tikilmişdir.7 noyabr 1987-ci ildə 5 stansiya və 6 kilometrdən artıq ərazi əhatə etməklə fəaliyyətə başlamışdır. "Şimal-Cənub" xətti mərkəzi rayondan keçir, çünki burada ictimai nəqliyyata tələbat yüksəkdir. İnsanların demək olar ki, birbaşa evlərinə daşıyan dəmir yolu konsepsiyası onun Light Rail Transit xətlərinin tətbiqi və birləşməsi ilə nəticələndi. SBS Transit (Sinqapur avtobus xidməti) tərəfindən idarə olunan "Şimal Şərq" xətti, 20 iyun 2003-cü ildə dünyada ilk tam avtomatlaşdırılmış dəmir yolu xəttlərindən biri olaraq xidmətə başladı. Sistemin 3-cü mərhələsində, 21 Oktyabr 2017-ci Downtown xəttinin son mərhələsi başa çatmış və rəsmi açılışı nəqliyyat naziri Khaw Boon Wan tərəfindən olmuşdur. Yeraltı stansiyaların əksəriyyəti havadan bombalanmaya davam edəcək və bomba sığınacaqları kimi xidmət üçün kifayət qədər dərin və möhkəmdir.
Tbilisi metropoliteni
Tbilisi metropoliteni (gürc. თბილისის მეტროპოლიტენი) — Gürcüstanın Tiflis şəhərində yerləşən metro xətti. SSRİ tikinti nazirliyi tərəfindən hərbi və mülki məqsədlər naminə inşa edilmişdir. Tikintisində 2500 nəfər iştirak edir. İstifadəyə ilk dəfə 11 yanvar 1966-cı ildə istifadəyə verilmişdir. SSRİ-də Moskva, Peterburq və Kiyev metrolarından sonra dördüncü olmuşdur. 2000 ildə Vaşa-Pşavela metro stansiyasının tikintisi ilə metronun uzunluğu 26,3 kilometrə çatır. İki xəttən ibarətdir. Ümumilikdə 23 stansiyadır. Qafqazın Bakı metropolitenindən sonra ikinci ən böyük metropolitenidir.
Tehran metropoliteni
Tehran metropoliteni (fars. متروی تهران‎‎) — Tehranda metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. İranda ilk metro sistemi. Tehranda metropoliten 1999-cu ildə fəaliyyətə başlayıb. 2017-ci ilə qədər 7 xətdən ibarət olub, xətlərinin ümumi uzunluğu 175 km-dən çoxdur. Daha iki xəttin tikintisi aparılır. Metro Tehranı iri peyk-şəhəri Kərəclə birləşdirir. Tehranda ilk metro layihəsi 1979-cu il İslam inqilabına qədər təklif edilmişdir. 1970-ci ildə Tehran bələdiyyəsi şəhərdə metro tikilməsi üzrə beynəlxalq tender elan etdi. RATP-nin (Régie Autonome des Transports Parisiens) Paris dövlət şirkətinin törəməsi olan SOFRETU (Société française d'études et de réalisations de transports urbains) adlı fransız şirkəti tenderdə qalib gələrək həmin ildə də layihənin ilkin mərhələsini reallaşdırmağa başladı.
Tiflis metropoliteni
Tbilisi metropoliteni (gürc. თბილისის მეტროპოლიტენი) — Gürcüstanın Tiflis şəhərində yerləşən metro xətti. SSRİ tikinti nazirliyi tərəfindən hərbi və mülki məqsədlər naminə inşa edilmişdir. Tikintisində 2500 nəfər iştirak edir. İstifadəyə ilk dəfə 11 yanvar 1966-cı ildə istifadəyə verilmişdir. SSRİ-də Moskva, Peterburq və Kiyev metrolarından sonra dördüncü olmuşdur. 2000 ildə Vaşa-Pşavela metro stansiyasının tikintisi ilə metronun uzunluğu 26,3 kilometrə çatır. İki xəttən ibarətdir. Ümumilikdə 23 stansiyadır. Qafqazın Bakı metropolitenindən sonra ikinci ən böyük metropolitenidir.
Təbriz metropoliteni
Təbriz metropoliteni (fars. متروی تبریز‎) — Təbriz şəhərində yerləşən nəqliyyat növlərindən biri. Təbrizdə metronun tikintisi hələ 2000-ci illərdə başlanılır. 6 kilometrlik yeraltı xətt 2007-ci ildə inşa edilir. Açılışı 2014-ci ilə planlaşdırılmışdır. Metro tam olaraq 28 avqust 2015-ci ildə ümumi uzunluğ 7 km olan 6 stansiya istifadəyə verilir. Hazırda yalnız bir xətt istifadə edilir.
İstanbul metropoliteni
İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8, M9, M11) və 101 stansiyaya malikdir. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4, M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7, M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır. İstanbul Metrosu çox köhnə bir ideya olsa da, yalnız XX əsrin sonlarında həyata keçirməyə başlandı. Ölkədə ilk metro xətti İstanbul Metrosu olmuşdur.
İzmir metropoliteni
İzmir metropliteni- Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən metro sistemidir. İzmir metropliteninin 20 kilometrlik tək xətt üzərində olan 17 stansiyası vardır. Sistemin ilk mərhələsi olan 10 stansiya Üçyol-Bornova xətti 22 May 2000-ci ildə istifadəyə verilmişdir. Metropolitenin 2016-cı ildə da 105 milyon sərnişini olmuşdur. Xətt üzərindəki son genişləndirmə 27 İyul 2014-cü ildə başa çatmışdır. İzmir metroppliteninin tikintisinə 1994-cü ilin dekabr ayında başlanmışdır. 1996-cı ilin avqustunda ilk qatar yollarının qurulmasıbaşa çatmışdır. 2000-ci ilin aprel ayında Üçyol-Bornova arasındakı 10 stansiyalıq hissə 2000-ci il mayın 22-də istifadəyə verilmişdir. Qərb tərəfdəki 6 stansiya Üçyol-Fahrettin Altay xətti üçün ilk tender 2005-ci ilin mart ayında keçirilmiş və üç aydan sonra xəttin təməli atılmışdır. İki ildə tamamlanaması planlaşdırılan genişləndirmənin kazılma işlərinə 5 iyul 2005-də başlanmışdır.