Milis (hərbi qüvvə)
Milis, (lat. militia, fr. milice; "hərbi xidmət", miles "əsgər") əsasən silahlı mülki şəxslərdən ibarət olan Paramilitar və nizamsız hərbi qüvvələrdirlər.
Milis termini işlədildiyi vəziyyətdən asılı olaraq hərbi və ya hərbiləşdirilmiş (yarımhərbi, paramilitar) mənalarında işlədilə bilər. Terminin istifadə edildiyi bəzi ifadələr aşağıdakı kimidir:
Mülki şəxslərdən formalaşdırılmış olan rəsmi hərbi ehtiyat qüvvələri. Bir çox ölkələrdə müxtəlif adlar altında ola bilərlər (Milli Qvardiya).
Müəyyən bir cəmiyyəti, ərazini, əmlakı və qanunları mühafizə etmək məqsədi ilə müdafiə fəaliyyətləri və ya xidmətləri.
Keçmişdə Sovet İttifaqı, bəzi Varşava Müqaviləsi ölkələri, Yuqoslaviya kimi keçmiş Sosialist dövlətlərinin və müasir dövrdə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli polis təşkilatları.
Birbaşa dəstəklənməyən və ya hökumət tərəfindən təsdiqlənməmiş xüsusi (və ya şəxsi), qeyri-hökumət qüvvələri.
Öz liderinə hər hansısa bir suveren dövlətin sərhədləri daxilində yerləşən submilli ərazi üzərində hərbi, iqtisadi və siyasi nəzarət həyata keçirməyə imkan verən nizamsız silahlı qüvvələr.