MİLİS

I
устар.
I
сущ. милиция:
1. административное учреждение по охране порядка и общественной безопасности. Şəhər milisi городская милиция, milis rəisi начальник милиции, milis şöbəsi отделение милиции
2. собир. работники милиции, милиционеры
3. добровольная армия, создающаяся в особых условиях, народное ополчение. Xalq milisi народная милиция
II
прил. милицейский (относящийся к милиции). Milis sahəsi милицейский участок, milis postu милицейский пост, milis forması милицейская форма; milis nəfəri милиционер
MİLİAR
MİLİSİONER
OBASTAN VİKİ
Milis (polis)
Militsiya və ya milis (rus. милиция) keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır. Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur. İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri nasizmə, faşizmə və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
Bizim Milis (1967)
Bizim milis filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film ictimai asayişin keşiyində durmuş milis işçilərindən söhbət açır. == Məzmun == Kinolent ictimai asayişin keşiyində durmuş milis işçilərinin çətin, lakin şərəfli işlərindən söhbət açır.
Milis (film, 1933)
Milis (hərbi qüvvə)
Milis, (lat. militia, fr. milice; "hərbi xidmət", miles "əsgər") əsasən silahlı mülki şəxslərdən ibarət olan Paramilitar və nizamsız hərbi qüvvələrdirlər. Milis termini işlədildiyi vəziyyətdən asılı olaraq hərbi və ya hərbiləşdirilmiş (yarımhərbi, paramilitar) mənalarında işlədilə bilər. Terminin istifadə edildiyi bəzi ifadələr aşağıdakı kimidir: Mülki şəxslərdən formalaşdırılmış olan rəsmi hərbi ehtiyat qüvvələri. Bir çox ölkələrdə müxtəlif adlar altında ola bilərlər (Milli Qvardiya). Müəyyən bir cəmiyyəti, ərazini, əmlakı və qanunları mühafizə etmək məqsədi ilə müdafiə fəaliyyətləri və ya xidmətləri. Keçmişdə Sovet İttifaqı, bəzi Varşava Müqaviləsi ölkələri, Yuqoslaviya kimi keçmiş Sosialist dövlətlərinin və müasir dövrdə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli polis təşkilatları. Birbaşa dəstəklənməyən və ya hökumət tərəfindən təsdiqlənməmiş xüsusi (və ya şəxsi), qeyri-hökumət qüvvələri. Öz liderinə hər hansısa bir suveren dövlətin sərhədləri daxilində yerləşən submilli ərazi üzərində hərbi, iqtisadi və siyasi nəzarət həyata keçirməyə imkan verən nizamsız silahlı qüvvələr.
Bizim milis (film, 1967)
Bizim milis filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film ictimai asayişin keşiyində durmuş milis işçilərindən söhbət açır. == Məzmun == Kinolent ictimai asayişin keşiyində durmuş milis işçilərinin çətin, lakin şərəfli işlərindən söhbət açır.
Xüsusi Təyinatlı Milis Dəstəsi
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
"Sovet milislərinin 50 illiyi" yubiley medalı
"Sovet milisinin 50 illiyi" yubiley medalı- SSRİ Ali Sovetinin 20 noyabr 1967-ci il tarixli qanununa əsasən təsis edilmiş medal.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Azərbaycan milisinin tarixi (film, 1969)
Azərbaycan milisinin tarixi tammetrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda milisin yaranma tarixindən və ötən illərdəki gərgin fəaliyyətindən, bügünkü qayğılarından, milis işçilərinin çətin və şərəfli işlərindən, II Dünya müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlardan danışılır. == Məzmun == Filmdə Azərbaycanda milisin yaranma tarixindən və ötən illərdəki gərgin fəaliyyətindən, bügünkü qayğılarından, milis işçilərinin çətin və şərəfli işlərindən, II Dünya müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlardan danışılır. Filmdə bəzi mühüm faktları bərpa etmək üçün xronikal kadrlarla yanaşı aktyor ifasında səhnəciklərdən də istifadə olunmuşdur.
Milisin onilliyi (film, 1930)

Digər lüğətlərdə