Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Alməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Altamira mağarası
Altamira (isp. Cueva de Altamira) — İspaniyada Üst paleolit dövrünə aid mağara kompleksi. Mağaranın daxili uzunluğu 296 metrdir. Mağara 1868-ci ildə kəşf edilmişdir. İlk dəfə mağaranı və ətraf əraziləri 1876 və 1879-cu illərdə ispan arxeoloqu M.Sautuola tərəfindən tədqiq edilmişdir. Mağaranın divarlarında müxtəlif rəngli boyalarla çəkilmiş, həmçinin oyma üsulu ilə həkk olunmuş çoxsaylı heyvan təsvirləri vardır. Salonlardan birinin tavanında çəkilmiş yarıminsan-yarımheyvan təsvirlərinin makalanmış cadugərlər olduğu ehtimal edilir. Altamiradakı təsvirlər və müxtəlif rəsmlər Madlen mədəniyyətinə aiddir. Altamirada təsvirlərin kəşf edilməsi ilə Paleolit dövrü incəsənətinin öyrənilməsinin başlanğıcı qoyulmuşdur. Bu rəsmlərin bir qismi Madrid Milli Arxeologiya Muzeyində və Santander şəhərindəki qədim tarix və arxeologiya müzeyində saxlanılır.
Altınbeşik mağarası
Altınbeşik (türk. Altınbeşik), Düdənsuyu — Türkiyə ərazisində, Antaliya ilində karst mağarası. Mağara Manavqat şəhərinin 55 km-də yerləşir. Mağaranın məlum olan uzunluğu 4 500 metrdir. Mağara daxilində olan göl dünyada böyüklüyünə görə üçüncü, ölkədə isə birincidir. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşən mağara "Altınbeşik mağara" Milli Parkının ərazisindədir. Milli Park 1994-cü ildə yaradılmış. == Tarixi == Mağara 1966-cı ildə geoloq, professor Temuçin Aygen tərəfindən kəşf olunub. Mağara öz adını yerləşdiyi Altınbeşik dağından götürmüş. Mağaranı 1955-ci ildə çex, 1966-1967-ci illərdə britaniya, fransız, 1986-cı ildə isə yapon mütəxəsisləri tədqiq etmişlər.
Askin mağarası
Askin mağarası (başq. Аҫҡын боҙ мәмерйәһе) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan karst mağarası. Cənubi Uralda çanta formasında olan böyük bir boşluqda yerləşir. Bu, bütün Rusiya üçün əhəmiyyəti təbiət abidəsidir. Ufa platosunun ətəklərində Devon yaşlı əhəngdaşılarda əmələ gəlmişdir. Dəhlizlərinin ümumi uzunluğu 206 metr, dərinliyi 34 metrdir. Tağvarı girişi (hünd. 9 m, eni 22 m) 260 metr hündürlüyündədir. Döşəməsi – demək olar ki, tamamilə çoxillik buzla örtülmüş zal (uz. 104 m, eni 40–60 m, hünd.
Atlantida mağarası
Atlantida — Ukrayna ərazisində yerləşən karst mağarası. Mağara Zbruç çayının vadisində, Zavale-Kamenes kəndinin yaxınlığında yerləşir. 1975-ci ildən mağara geoloji təbiət abidəsi kimi qorunur. Qorunma ərazisi 10 hektardır. Əraziyə Xmelnis vilayətinin turizm və ekskursiya birliyi nəzarət edir. == Ümumi məlumat == Atlantida Podolye ərazisində yerləşən mağaralardan yeganə üç mərtəbəli qurluşa malik mağaradır. Alt mərtəbə (birinci) hündür və geniş zala malikdir. İkinci mərtəbə alçaq olub 1-1,5 metrdir. Üçüncü mərtəbə isə hündürlüyü 5 metr olan iki girişə malikdir. Birinci və ikinci mərtəbələrin kəsişdiyi ərazidə böyük zal mövcuddur (12 metr).
Avaiki mağarası
Avaiki (ing. Avaiki Cave) — Niue adasında, sahil ərazidə yerləşən mağara.
Axıştır mağarası
Axıştır mağarası. == Haqqında == Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur.
Ayalon mağarası
Ayalon (ivr. ‏מערת איילון‏‎) — İsrailin Ramla (Tel-Əviv və Yerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur. Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur. == Yerləşməsi və kəşfi == Mağara Ramla şəhərinin cənub-şərqində, Aralıq dənizinin 21 km-də yerləşir. Ölkənin mərkəzi hissəsində yerləşən Ayalonun kordinatlar belədir: 31° 54′ 37″ şimal enliyi, 34° 55′ 39″ şərq uzunluğ.
Ayvaini mağarası
Ayvaini mağarası— Türkiyənin Bursa ilində Nilüfer rayonu və Mustafakemalpaşa şəhəri arasında Uluabat gölünün cənub şərqində yerləşən mağaradır. Mağara biri Ayvaköy kəndində , digəri Doğanalan and Kazanpınar kəndləri arasında yerləşən iki girişə malikdir. Mağara yaxınlıqdakı Ayvaköy kəndinin şərəfinə adlandırılıb.Mağaraya bir girişdən daxil olaraq, digər girişdən tərk etmək mümkündür. Ümumiyyətlə, mağaraya 17 metr aşağı enməklə Doğanalanıdakı giriş vasitəsilə daxil olunur. Mağara cənubi Mərmərə bölgəsinin ən uzun yeraltı keçididir. Uzunluğu 5,5 kilometr olan mağaranın içində ölçüsü 3-4 metrə çatan 60 ədəd gölməçə yer alır, mağaranın çıxışındakı gölün uzunluğu isə təxminən 400 metrə yaxındır. Gölməçələrdəki suyun səviyyəsi və göllərin müxtəlifliyi mövsümi təsirlərdən asılı olaraq dəyişir.Yer qabığının parçalanaraq ayrı-ayrı qitələrə bölünməyə başladığı Mezozoy zamanından günümüzə gələn Ayvaini mağarası, 1970-ci ildə 3 nəfərlik bir İspan qrup tərəfindən kəşf edilmişdir. Ayvaini mağarası 2008-ci ildən etibarən ictimaiyyət üçün açıqdır.
Azıx mağaraları
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.
Azıx mağarası
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.
Azərbaycan mağaraları
Azərbaycanda çox sayda təbii mağara vardır. Bu mağaraların əksəriyyəti karst mağaraları, və azı isə vulkanik mağaralar (lava tunelləri). Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Azərbaycanın ən məşhur mağaralarından biri olan Azıx mağarası, daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi yaşamışlar. == Azərbaycanda mağaraların siyahısı == Siyahı bütün mağaraları əhatə etmir. == Azərbaycanda mağara komplekslərinin siyahısı == Siyahı bütün mağara komplekslərini əhatə etmir.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
Babadərviş mağarası
Babadərviş mağarası — Qazax rayonundan 2 km. qərbdə Ağstafaçayın sol sahilində qədim yaşayış yeri. 1958-1966-cı illərdə aparılan kompleks tədqiqat işləri nəticəsində 3 mədəni təbəqə aşkara çıxarılıb. E.ə. 5-ci minilliyə aid edilən alt təbəqədən dairəvi yarımqazma evlər, gil qablar, dən daşları, müxtəlif heyvan sümükləri, 3-cü minilliyə aid edilən orta təbəqədən çiy kərpicdən tikilən evlər, quş təsviri ilə bəzədilmiş gil qablar, nehrə, manqal, heyvan fiqurları və arpa-buğda qalıqları, 2-ci minilliyin sonu-1-ci minilliyin əvvələrinə aid edilən üst təbəqədən isə daşdan dördkünc evlər, təsərrüfat quyuları, küpələr, gil möhürlər, manqal, tunc ox ucluğu, öküz heykəlciyi və s. tapılıb. Alt təbəqə Şomutəpə mədəniyyəti, orta təbəqə Kür-Araz mədəniyyəti, üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid edilir. == İstinadlar == == Mənbə == Azərbaycan tarixi (7 cilddə). I cild.
Baharlı mağarası
Baharlı (Baharden) — Türkmənistan ərazisində karst mağarası. Mağara Axal vilayətinin Baharlı şəhərindən 19 km cənub-şərqdə, Aşqabad şəhərinin 120 km-də, Kopetdağ dağlarının şimal ətəklərində yerləşir. == Kəşf olunma tarixi == Mağara artıq XVIII əsrdən məlumdur. Mağara və daxilində olan göl haqqında ilk elmi məlumat 1886-cı ilə təsadüf edir. 1896-cı ildə yerli qəzetlərin birində mağara və göl haqqında geniş məlumat çap edilmiş və o vaxtdan bu ərazi aşqabadlıların sevimli məkanına çevrildi. 1976-cı ildə mağara geoloqlar tərəfindən araşdırılmış, sonralar isə Aşqabad speleoloqları mağaranı tədqiq etmiş. V.H. Dublyanski mağaranı geniş təsvir etmiş == Ümumi məlumat == Mağara Koy silsiləsində, Duqun dağı ətəyində yerləşir. Mağara girişindən 800 metr aralı, dərin dərə ilə Koy çayı axır. Bu çay mağara daxilindəki göl suyunun yer səthinə çıxışıdır. Beş girişi olan mağara əsas böyük əhəngdaşlı zaldan ibarətdir.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara.Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur.Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir.Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.Mağara YUNESKO tərəfindən 2019-cu ildə Dünya İrsi Müvəqqəti Siyahısına əlavə edildi. Türkiyədəki 28 geoloji sahələrdən biridir. 2007-ci ildə 483 hektar ərazisi olan Təbiət Parkı elan edilmişdir. Mağarada qrup halında Pipistrellus pipistrellus yarasalarına rast gəlmək mümkündür.
Baradla mağarası
Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur. == Haqqında == Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Brest qalası mağarası
«Brest qalası» (МН-54) mağarası Gürcüstan Respublikasının şimal-qərbində, Abxaziyanın Qaqra şəhəri yaxınlığında, Arabika dağ massivinin şərq hissəsində yerləşir. Mağaranın təxmini dərinliyi 420 metrdir. Çətinlik dərəcəsinə görə mağara 3Б—4А kateqoriyasına daxildir. Bəzi mənbələrdə mağaranı alternativ olaraq МН-54 adlandırırlar. == Ümumi məlumat == ( bax. sxemi ) (pol.) Mağaraya giriş çox dar olub meyillidir. Girişdə güclü hava axını müşahidə olunur. 4-5 metrdən sonra çox da dərin olmayan və kor qurtaran quyu gəlir. Quyu üzərindən əsas zala keçən bir neçə giriş mövcuddur. Zalda mağaranın öyrənilməsi zamanı əsas düşərgə yerləşirdi.
Buz mağarası (Goranboy)
Buz mağarası — Goranboy rayonunda mağara. == İnzibati yeri == "Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. == Tarixi == Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil etməklə hər bir təərəfi ağaçlarla əhatələnmişdir. Buz mağarası təxminən onun mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3-3,5 metr şaquli istiqamətdə çox çətinlikə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazım gəlir. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq mağaradan buz parçaları çıxarılır.
Buzeyir mağarası
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.
Buzeyir mağarası (Lerik)
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara - (rus. пещера, ing. cave) yer qabı­ğının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll ol­ması, həmçinin suffoziya, abra­ziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar - karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan iba­rət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimis­tik mağarasının uzunluğu ). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.
Tağar
Tağar — çəki ölçü vahidi. == Ümumi məlumat == Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV-XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240-600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Avqustin Malar
Avqustin Malar (18 İyul 1894 – 1945 ? Zaksenhauzen) — İkinci dünya müharibəsi dövründə slovak general. Skalitsa şəhərində gimnaziyanı bitirdikdən sonra o, Praqada hərbi məktəbə daxil olmuşdur. Artıq 1931-ci ildə mayor rütbəsinə yüksələn Malar 1936-cı ildə Polkovnik-leytenant rütbəsinə kimi yüksəldi. İki dünya savaşı arasındakı dövrdə Malar Çexoslovakiya ordusunda slovak milliyətinə mənsub azsaylı yüksək rütbəli zabitlərdən biri idi. Almaniyanın Bohemya və Moraviya ərazisini işğal etdikdən və 1939-cu ilin martında ilk Slovakiya Respublikasının yaradılmasından sonra o, yenicə yaradılmış Slovakiya ordusunun ən yüksək rütbəli zabitlərdən biri idi. Oyuncaq Slovak dövləti, yaradılışından sonra SSRİ-yə müharibə elan etdi və özünün motorlu slovak diviziyasını şərq cəbhəsinə göndərdi. Malar 1941 və 1942-ci illərdə bu birliyin komandiri vəzifəsini icra etdi. Bu dövr ərzində o, general rütbəsinə kimi ucalaraq Alman Dəmir Xaç üzərində Cəngavər Xaçı adlanan medala layiq görüldü. İtaliya və Almaniyanın hərbi attaşesində xidmət göstərəndən sonra o, 1944-cü ildə Şərqi Slovak Ordusunun komandiri təyin edildi ki, bu iki ən yaxşı Slovak diviziyası Slovakiyanı SSRİ hücumlarından qoruyurdu.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. == Toponimikası == Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Makar adası
Makar adası — Laptevlər dənizində, Yana çayının deltasında yerləşir. Sahildən 30 km aralıda yerləşir. Ən yaxın quru parçası Şelonskiye adalarıdır (21 km). İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Mağara rəsmi
Mağara rəsmi (həmçinin qayaüstü rəsm adlandırırlar) — paleolit ​​dövrünə aid insanlar tərəfindən hazırlanmış mağaralarda olan görüntülər, ibtidai sənət növlərindən biridir. Bu obyektlərin əksəriyyəti Avropada aşkar edilmişdi, çünki qədim insanların soyuq havadan qaçaraq mağaralarda və qrottolarda yaşamağa məcbur olduqları idi. Ancaq Asiyada belə mağaralar mövcuddur, məsələn, Malayziyanın Kalimantan adasında Neah Mağaraları. == Araşdırma tarixi == Uzun illərdir müasir sivilizasiyanın qədim rəsm əsərləri haqqında heç bir fikri yoxdur. Yalnız 1879-cu ildə ispan həvəskar arxeoloq Marselino Sans de Sautuola 9 yaşındakı qızının yanına təsadüfən Altamira mağarasına qışqırdı, arxaları isə qədim insanların bir çox təsvirləri ilə bəzədilib. Görülən bir görünüş tədqiqatçını şok etdi və onu yaxından öyrənməyə təşviq etdi. Bir il sonra, Sautuolanın dostu Madrid Universitetinindən Xuan Vilanov-i-Pyer ilə birgə, paleolit dövrünün rəsmlərinin icrası ilə əlaqədar araşdırmalarının nəticələrini nəşr etdi. Bir çox alim bu mesajı son dərəcə mürəkkəb hiss etməmiş, Sautuol tapıntıları saxtalaşdırmaqda ittiham edilmişdi, lakin sonradan oxşar mağara dünyanın bir çox yerlərində açılmışdır. XIX əsrdə kəşf etdikdən sonra dünyanın alimlərinin mağara rəsmləri böyük maraqla qarşılanmışdır. İlk tapıntılar İspaniyada edildi, lakin sonradan dünyanın müxtəlif bölgələrində, Avropa və Afrika ölkələrindən Malayziya və Avstraliyaya, eləcə də Şimali və Cənubi Amerikada qaya rəsmləri aşkar edilmişdir.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsada, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 -17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Mağara şiri
Mağara şiri (lat. Panthera leo spelaea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. 1985-ci ildə alman Ziqsdorfu yaxınlığında tapılmış yetkin mağara şirinin erkəyinin skeletinə əsasən, quyruğu nəzərə alınmadan onun bədəninin uzunluğu 2,1 m, süysününün hündürlüyü 1,2 m olduğu müəyyən olunub. Bu ölçülər müasir növün çox böyük nümayəndəsinə uyğundur.
Montespan (mağara)
Montespan (fr. Grotte de Montespan) — Fransanın cənub-qərbində, Pireney dağlarının ətəklərində mağara. Alt paleolit dövrü adamlarına məxsus Madlet mədəniyyəti qalıqları qalmış mağaranın divarlarında bizon və at təsvirləri, gil döşəmədə isə yaşlıların və 13–14 yaşlı yeniyetmələrin ayaq izləri tapılmışdır. Montespan Paleolit dövrü adamlarının dini və magik məraasim yeri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Брей У., Трамп Д. МОНТЕСПАН // Археологический словарь Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine. "Происхождение искусства". 2012-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-11. // Словарь изобразительного искусства, 2004—2009. Под ред.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Macar Klementina
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293, Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası.Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü. 19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi. O əsnada hamilə olan Klementinanın oğul övladı dünyaya gətirməsi ümid edildi.
Ağar Xan
Ağar Xan - türk, Altay və yakut mifologiyalarında canlılar tanrısı. "Ar Toyon" olaraq da bəhs edilər. Yer üzündəki bütün proseslərdə, insanlara və digər canlılara görə məsuliyyət daşıyır. Yakut dilində "Ürüng Ağar Xan" olaraq bəhs edilir. == Arıl xanım == Arıl Xanım - türk və altay mifologiyasında təmizlik tanrıçası. Ağar Xanın arvadıdır. Bir çox arı şanı vardır və arı eyni zamanda təmizliyi işarələr. Arı şanlarına qoruyucu ruhlar (iyeler) göndərir. Arı sözü saf, təmiz deməkdir. == Etimologiya == (Ağ / Ak) kökündən törəmişdir.
Carac-Çuko (mağara)
Sarac-Çuko — Rusiya, Kabarda-Balkariya Respublikasının Baksan rayonunda arxeoloji abidə. == Yerləşməsi == Sarac-Çuko mağarası Fanduko çayının sol sahilində (yerli adı — Sarajuko; Kişpek çayının qolu — Baksan çayının qolu — Terek çayı hövzəsi), Rusiyanın Kabardia-Balkariya Respublikasında Nalçikdən 20 km şimal-qərbdə, Zayukovo kəndindən 4–6 km aralıda yerləşir. Sarac-Çuko mağarasının dəniz səviyyəsindən hündürlüyü 940 m-dir. Mağaranın hündürlüyü çayın indiki səviyyəsindən 30 m yüksəklikdədir. Sahəsi 300 kvadrat metrdən çoxdur. == Tarixi == 2016-cı ildə Sankt-Peterburq arxeoloqu E. V. Doroniçeva tərəfindən Sarac-Çuko mağarası arxeoloji yer olaraq kəşf edildi. Mağarada 2017-ci ildən bəri hərtərəfli araşdırmalar aparılır. Sarac-Çuko mağarasının tədqiqində Rusiyanın aparıcı elmi mərkəzlərindən olan arxeoloqlar, geomorfoloqlar, geoloqlar, geokimyacılar, fiziklər, palinoloqlar və paleontoloqlar iştirak edirlər. Sarac-Çuko mağarasının 6B qatında mövcud olan yer, Orta paleolit ​​dövründə Kabarda-Balkariya ərazisində məskunlaşma olduğunun ən qədim sübutudur. == Aparılan araşdırmalar == Sarac-Çuko mağarası, Şimali Qafqazdakı qədim zamanlarda vulkan mənşəli xammal yatağı — yeganə obsidian yatağından 4–7 km aralıda yerləşir.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. == Tarixi == Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.Kilsənin əsas zalı mühüm tarixi və mədəni əhəmiyyətə malik olan freskalarla bəzədilmişdir.
Florida mağara ayısı
Florida mağara ayısı (lat. Tremarctos floridanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Pleystosen epoxası dövründə mağara mühitinə uyğunlaşmış növ. Onların alıqları ABŞ-ın Florida ştatı ərazisində aşkar edilmişdir. Eynəkli ayılarla birlikdə eyni cinsə aiddirlər. Anotomik baxımından And ayılarının bənzəridirlər.
Kiçik mağara ayısı
Kiçik mağara ayısı (lat. Ursus rossicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Avrasiya ərazisində, Pleystosen epoxasında yayılmışdır. Bu canlıların təqribi olaraq 10 000 il əvvəl nəsli kəsilmişdir. == Təsviri == === Xarici görünüş === Onlar Mağara ayısından ölçülərinə börə seçilirdilər. === Həyat tərzi === Mağara ayısından fərqli olaraq onlar təkcə dağlara deyil həm də düzənliklərdə yaşayırdılar. Bu səsəbdən mağara ilə bağlı deyildirlər. === Qalıqları === Onlara aid qalıqlar Ukraynanın cənubundan Şimali Qafqaza, Altay və Qərbi Sibir ərazilərində aşkar edilir. == Kiçik mağara ayısı və insan == Avrasiyanın dağlıq hissələrində bu canlılar o zamanki insanların əsas ov obyektlərindən biri olmuşdur.
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Macar Fəhlə Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər.Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s. sözlərin kimi istifadə olunurdu.Yuri Rapoportun fikrincə, "maqlar sərgiləmə adətini kaspilərdən və ya orta Asiya tayfalarından götürmüşlər.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər.Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır. Polisaxarid gellərinin ən tipik nümayəndələri fəza torunun düyünlərindəki rabitənin kovalent rabitə olmayanlardır.
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağdimdik qaqar
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Maqare Tşekiso
Maqare Tşekiso — Botsvanalı boksçu. Maqare Tşekiso Botsvananı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maqare Tşekiso birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Şərqi Almaniyanın nümayəndəsi Rene Braytbart ilə üz-üzə gəldi. Həmin görüşdə Maqare Tşekiso rəqibinə 0:5 hesabı ilə uduzdu.
Maqaş (Arxangel)
Maqaş (başq. Мағаш, rus. Магаш) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 19 km, kənd sovetliyindən (Qızıl Ezem): 2 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (95 %) üstünlük təşkil edir.
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Ağarx
Ağarx — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağarx Ağsu rayonunda kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi eyni-adlı arxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Hidronim isə ağ (Şəffaf) və arx (süni suvarma kanalı) sözlərindən düzəlib. == Din == Kənddə Ağarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.