MİRİ-HAC

hacıların başçısı (Kəbəni, Məkkəni ziyarət edənlərin rəhbəri, başçısı).
MİR
MİROPOMAZANİYE
OBASTAN VİKİ
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Əl-Hac Məhəmməd Təqi
Əl-Hac Məhəmməd Təqi (?-?) — Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhər Came məscidində hicri 1319 ildə (miladi 1901–1902 il) aparılan təmir və bərpa işləri zamanı gəc üzərində qara rənglə yazılmış kitabədə qalmışdır. Kitabədən məlum olur ki, təmir zamanı məscidin daxili divarlarına yazılan Quran ayələri və digər dini xarakterli yazıları da gəc üzərində Müstəhid Ağəlinin oğlu xəttat əl-Hac Məhəmməd Təqi yazmışdır.
Miri Ben-Ari
Miri Ben-Ari (ivr. ‏מירי בן-ארי‏‎; 4 dekabr 1978, Tel-Əviv) — İsrail-ABŞ skripkaçısı.
Miri Yusif diskoqrafiya
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir. Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir.
Seyid Cavad Miri
Seyed Javad Miri Meynəg (fars. جواد میری‎; d. 1971) — İsveç-İran sosioloqu, Humanitar və Mədəni Tədqiqatlar İnstitutunun sosiologiya üzrə dosentidir. East and West: Allama Jafari on Bertrand Russell, University Press of America, 2013. Islamism and Post-Islamism: Reflections upon Allama Jafari’s Political Thought, University Press of America, 2014. Reimagining Malcolm X: Street Thinker versus Academic Thinker, University Press of America, 2015. Orientalism: A Eurocentric Vision of the ‘Other’, International Peace Studies Center Press, 2013 (Şərqşünaslıq: 'Başqalarının' Avroentrik Görüşü, Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi Mətbuat, 2013). Reclaiming the Sane Society: Essays on Erich Fromm’s Thought, edited by Seyed Javad Miri, Robert Lake and Tricia M. Kress, Sense Publishers, 2014 (Sane Cəmiyyətini xatırlamaq: Seyid Cavad Miri, Robert Leyk və Tricia M. Kress, Sense Publishers, 2014-cü ildə redaktə olunan Erich Fromm-un Düşüncələri haqqında esselər). Malcolm X: From Political Eschatology to Religious Revolutionary, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2016 (Malcolm X: Siyasi Eschatologiyadan Dini İnqilaba Dustin J. Byrd və Seyed Cavad Miri tərəfindən redaktə edilmiş, Brill, 2016). Ali Shariati and the Future of Social Theory: Religion, Revolution, and the Role of the Intellectual, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2017 (azərb.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Karma (Miri Yusif albom)
== Albom haqqda == 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomu işıq üzü gördü. Bu Miri Yusifin sayca ikinci albomudur.
Karvan (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin sayca 3-cü albomu olan Karvan EP-sırf internet vasitəsilə yayımlanan ifaçının ilk EP albomudur. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirir. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görülüb.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Məktub (Miri Yusif mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Nirvana (Miri Yusif albom)
"Nirvana" – Miri Yusifin dördüncü solo albomudur.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Miri Yusif & Nigar Camal (konsert)
22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.