MİSİLSİZLİK
MİSİRLİ
OBASTAN VİKİ
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Memfis (Misir)
Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda yerləşmişdir.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Misir (dəqiqləşdirmə)
Misir Ərəb Respublikası — Şimali Afrika və Qərbi Asiyada dövlət Qədim Misir — (ən qədim dövrdən e.ə. 30-cu ilə qədər) Roma Misiri — (e.ə. 30–b.e.
Misir Mərdanov
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Göyərçin, İcevan rayonu) — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
Misir Rəhimov
Misir Rəhimov (1 avqust 1934, Ağdam rayonu – 5 noyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru, professor. Misir Babakişi oğlu Rəhimov 1 avqust 1934-cü ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlmişdir. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirmiş, 1958–1963 illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. Misir Rəhimov 1963–1967 illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Ali riyaziyyat kafedrasında assisent işləmiş, 1967–1970 illərdə Voronej Dövlət Universitetində əyani aspiranturada oxumuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında assisent (1975), baş müəllim (1975–82), dosent (1982–88) vəzifələrində işləmişdir. Misir Rəhimov "Qiymətlər oblastı komtativli olan sperator qiymətli iniakasların spektral nəzəriyyəsi və onun tətbiqi" mövzusunda namizədlik (1980, Voronec), "Xətti operatorların çoxölçülü spektral analizi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. Hazırda Bakı Dövlət Universitetinin professorudur. Misir Rəhimovun elmi tədqiqatlarının nəticələri 100 elmi əsərində öz əksini tapmışdır; bunlardan ikisi rus və ingilis dillərində çap olunmuş monoqrafiyalardır. Misir Rəhimovun əsas elmi yenilikləri aşağıdakılardan ibarətdir. O, 70 illərdən başlayaraq riyaziyyat elmində ilk dəfə olaraq topoloji fəzadan Banax fəzasının endomorfizmlər cəbrinə təsir edən in’ikasların spektral nəzəriyyəsini yaratmışdır.
Misir Xədivliyi
Misir xidivliyi — 1867-ci ildən 1914-cü ilə qədər tarixi dövlət. Mərkəzi Qahirə idi.
Misir bayrağı
Misir bayrağı — Misir Ərəb Respublikasının hal-hazırda istifadə etdiyi Dövlət bayrağıdır. 3 rəngli bayraq qırmızı, ağ və qara rəngli üç üfüqi zolaqdan ibarətdir. Misirin gerbi bayrağın ağ zolağında əks olunmuşdur. Bayrağın hazırkı variantı 4 oktyabr 1984-cü ildə qəbul edilmişdir.
Misir bazarı
Misir bazarı (ing. Spice Bazaar), (türk. Mısır Çarşısı) — İstanbulun qədim hissəsində, Eminönü rayonunda yerləşən bazar. İstanbulun ən böyük bazarı olan Qapalı çarşıdan sonra ikinci böyük bazar hesab edilir. Onun ərazisində 85-dən çox mağaza yerləşir. Dükanlar bazar günləri də fəaliyyət göstərir. Bazar 120 metr enə və 170 metr uzunluğa sahibdir. Bazarın əsas çeşidləri şirniyyat, ədviyyat və otlar, qurudulmuş meyvə, ət və süd məhsullarıdır Bizans dönəmində hazırkı bazarın yerində Makro Envalos adlı bir bazarın olması ehtimal edilir. Bazarın inşasına 1597-ci ildə III Muradın həyat yoldaşı, III Mehmedin anası safiyə Sultanın əmri ilə balanılmışdır. 67 illik inşaatdan sonra 1660-cı ildə IV Mehmedin anası Turhan Xədicə Sultannın dəstəyi ilə inşa edilmişdir.
Misir dili
Misir dili — Afroasiya dillərinin ayrıca bir qolu. XVII əsrdən ölü dil hesab olunur. Misir əlifbası ilə yazılmış ilk abidələri e.ə. IV əsrin sonuna III əsrin əvvəlinə təsadüf edir. Öz inkişaf dövründə misir dili hiss olunacaq dərəcədə dəyişiklərə məruz qalmışdır. Misir dilinin inkişafının əsas mərhələlərini aşğıdakı kimi vermək olar: əski Misir dili (bizim eradan əvvəl 32-22-ci əsrlər); orta Misir dili (bizim eradan əvvəl 22-14-ci əsrlər); yeni Misir dili (bizim eradan əvvəl 14-7-ci əsrlər); demotik Misir dili (bizim eradan əvvəl 17-ci əsr - bizim eranın 5-ci əsri). Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi olmuşdur.
Misir himni
Bilady, Bilady, Bilady ("Mənim ölkəm, mənim ölkəm, mənim ölkəm"; ərəb. بلادي بلادي بلادي‎‎ Bilādī, bilādī, bilādī) - Misir dövlət himni. Melodiya Seyid Dərviş (1892-1923) ilə yazılıb və 1979-cu ildə təsdiq olunub. Müasir versiyada dördənə məsnəvi var amma ancaq birinci himn kimi istifadə olunur. Bu himn "Walla Zaman Ya Selahy" (Birləşmiş Ərəb Respublikası himni) əvəz edmişdir.
Misir inqilabı
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Misir mifologiyası
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Misir mətbəxi
Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır.
Misir piramidaları
Misir ehramları və ya Firon təpələri — dünyanın yeddi möcüzəsindən biri. Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra qatığa çevrilir. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.
Misir sesbaniyası
Misir söyüdü
Misir söyüdü (lat. Salix aegyptiaca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. Quba rayonunda, Talışda, Kür-Araz ovalığında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. Azərbaycanın nadir bitkisidir. NT. Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır.
Misir vağı
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Misir xidivliyi
Misir xidivliyi — 1867-ci ildən 1914-cü ilə qədər tarixi dövlət. Mərkəzi Qahirə idi.
Misir yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Misir şəhərləri
Misir şəhərlərinin siyahısı
Misir Əhmədov
Misir Əlibaba oğlu Əhmədov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Misir Əlibaba oğlu Əhmədov 1936-cı il iyulun 24-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində anadan olmuşdur. 1952-ci ildə Aykənd yeddiillik məktəbini qurtardıqdan sonra Qazax rayonunun Zoobaytarlıq Texnikumuna daxil olub, 1957-ci ildə oranı zootexnik ixtisası üzrə bitirmişdir. 1957-1960-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1961-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil almışdır. 1961-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda baş texnik, sonra isə kiçik elmi vəzifələrində işləmişdir. 1967-1975-ci illərdə həmin institutun Sumqayıt Filialında, 1975-1978-ci illərdə isə Azərbaycan EA Xlor-üzvü Sintez İnstitutunda kiçik elmi işçi, 1978-1991-ci illərdə böyük elmi işçi işləmiş, 1991-1992-i illərdə isə laboratoriya müdiri vəzifəsini icra etmişdir. 1974-cü ildə “Epixlorhidrinin alkenil törəmələrinin sintezi və bəzi çevrilmələri” mövzusunda namizədlik, 1992-i ildə isə “Homoallil xlorhidrinlərin və allillə əvəz olunmuş oksiranların sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. M.A.Əhmədovun tədqiqat obyekti yeni xlorkarbinol enofillərinin olefinlərlə xiral və axiral tipli Lyuis turşuları katalizatorları iştirakı ilə kondensləşməsindən, homoallilxlorhidrinlərin və uyğun oksiranların fərdi regio- və stereoizomer, həmçinin enantiomerlər şəklində alınması üçün aparılan “en” sintezinin yeni variantlarının işlənib hazırlanması və sistemli öyrənilməsindən ibarətdir. O, alifatik və tsiklik olefinlərin, metallilxloridin, izoprenin xiral və axiral Lyuis turşuları iştirakı ilə “en” sintezini aparmışdır.
Misir əyaləti
Misir əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Doqquzuncu sülalə (Misir)
IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir. Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir. Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər.. Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı.
Dördüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi.Təxminən e.ə 2639-2506-cı illərdə hakimiyyətdə olmuşdur. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınmışdır.Beləki Xeops,Xefren,Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.
Erkən padşahlıq (Misir)
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır. Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г. Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh.
Ermənistan–Misir münasibətləri
Misir—Ermənistan münasibətləri — Misir və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan SSRİ-dən müstəqillik qazandıqdan sonra, Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olur. 1992-ci ildə İkitərəfli Diplomatik Münasibətlərin qurulması haqqında Konvensiya imzalanır. Misirin İrəvandakı səfirliyi 1993-cü ilin mayında, Ermənistanın Qahirədəki səfirliyi isə 1992-ci ilin martında açılır. İki ölkə arasındakı siyasi münasibətlərdə ən əlamətdar məqam ermənilərin Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bitərəf mövqeyini qiymətləndirməsidir. Eləcə də Misirin Qondarma Erməni Soyqırımı zamanı özlərinə qarşı baş verən qətllərdən qaçan erməniləri qəbul etməsi və onların Misir cəmiyyətinə inteqrasiyasıdır . Son 20 ildə Ermənistan və Misir əla siyasi, iqtisadi, mədəni, təhsil və elmi əməkdaşlıq qurmağı bacarmışlar. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan və Misir 40-dan çox ikitərəfli hüquqi sənəd imzalamışdır.
Fars dövrü (Qədim Misir)
İran Misiri və ya Fars Misiri — İran dövlətlərinin Misir ərazisini idarə etdiyi tarixi dövr. İran Misirinin tarixi üç dövrə bölünür: Əhəməni Misiri (e.ə. 525–404 və e.ə. 343–332 BC) — müstəqillik intervalı ilə bölünmüş, Əhəmənilər dövləti hakimiyyətini əhatə edən iki tarixi dövr. Onlar: İyirmi yeddinci sülalə (e.ə. 525–404), həmçinin Birinci Misir satraplığı. Otuz ikinci sülalə (e.ə. 343–332), həmçinin İkinci Misir satraplığı. Sasanilərin Misirə yürüşü (619–629) — Sasanilər imperiyasının Misiri işğal etdiyi dövr. Həmçinin, Sasani Misiri də adlanır.
Fransanın Misirə və Suriyaya yürüşü
Fransanın Misirə yürüşü — 1798-1801-ci illər arasında Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək məqsədilə apardığı hərbi yürüş. Misir yürüşü, öz dövründə Fransa hökumətinin cəhdi ilə gündəmə gəlmişdir. Yürüş, bu dövrdə Fransa və Böyük Britaniya arasındakı mübarizə məzmunu çərçivəsində dəyərləndirilə bilər. 1796-1797-ci illər arasında İtaliya da Fransanın lehinə uğurlu bir hərbi yürüş həyata keçirmiş olan General Napoleon Bonapart, 1797-ci ildə Fransaya geri qayıtmışdı. 1798-ci ilin fevral ayında dövrünün Fransa hökuməti, Böyük Britaniyanın Fransa tərəfindən işğal edilməsi istiqamətindəki planını General Bonaparta ünvanladı. Bonapart, gördüyü strateji dəyərləndirmələr nəticəsində bu planın gerçək olmadığı nəticəsinə gəldi və xarici işlər naziri Çarlz Maurike de Talleyrand-Perigordun da məsləhətiylə, hökumətə Misirin işğalını məsləhət gördü. Bu yolla, Osmanlı İmperatorluğunun bir vilayəti olan Misirin ələ keçirilməsiylə Böyük Biritaniyanın Misir və şərq ticarət yolları üzərindəki təsirinin aradan qalxması və Uzaq Şərqə daxil olmasının əngəllənməsinə hədəflənirdi. Bundan başqa yürüşün Fransanın Aralıq dənizi ticarətinin Böyük Britaniya rəqabəti qarşısında zəmanətə alınmasına da xidmət etməsi hədəflənmişdi.Mövcud idarəçilik, bir baxımdan İtaliya yürüşündən sonra ictimaiyyət tərəfindən çox təqdir olunan Napolyon Banapartı Fransadan uzaqlaşdırmaq üçün məsləhətə maraq göstərmişdi. Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində patrul gəzən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi.
Fransanın Misirə yürüşü
Fransanın Misirə yürüşü — 1798-1801-ci illər arasında Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək məqsədilə apardığı hərbi yürüş. Misir yürüşü, öz dövründə Fransa hökumətinin cəhdi ilə gündəmə gəlmişdir. Yürüş, bu dövrdə Fransa və Böyük Britaniya arasındakı mübarizə məzmunu çərçivəsində dəyərləndirilə bilər. 1796-1797-ci illər arasında İtaliya da Fransanın lehinə uğurlu bir hərbi yürüş həyata keçirmiş olan General Napoleon Bonapart, 1797-ci ildə Fransaya geri qayıtmışdı. 1798-ci ilin fevral ayında dövrünün Fransa hökuməti, Böyük Britaniyanın Fransa tərəfindən işğal edilməsi istiqamətindəki planını General Bonaparta ünvanladı. Bonapart, gördüyü strateji dəyərləndirmələr nəticəsində bu planın gerçək olmadığı nəticəsinə gəldi və xarici işlər naziri Çarlz Maurike de Talleyrand-Perigordun da məsləhətiylə, hökumətə Misirin işğalını məsləhət gördü. Bu yolla, Osmanlı İmperatorluğunun bir vilayəti olan Misirin ələ keçirilməsiylə Böyük Biritaniyanın Misir və şərq ticarət yolları üzərindəki təsirinin aradan qalxması və Uzaq Şərqə daxil olmasının əngəllənməsinə hədəflənirdi. Bundan başqa yürüşün Fransanın Aralıq dənizi ticarətinin Böyük Britaniya rəqabəti qarşısında zəmanətə alınmasına da xidmət etməsi hədəflənmişdi.Mövcud idarəçilik, bir baxımdan İtaliya yürüşündən sonra ictimaiyyət tərəfindən çox təqdir olunan Napolyon Banapartı Fransadan uzaqlaşdırmaq üçün məsləhətə maraq göstərmişdi. Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində patrul gəzən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi.
Fərid Misirli
Fərid Eldəniz oğlu Misirli (1 yanvar 2001, Yuxarı Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 8 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Misirli 2001-ci il yanvarın 1-i Füzulidə anadan olub. 11 yanvar 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin İyul ayında həqiqi hərbi xidmətini bitirib. 1 sentyabr 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərid Misirli Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. 8 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olmuşdur. Füzulidə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
II Abbas (Misir)
II Abbas Hilmi Paşa (14 iyul 1874[…], İsgəndəriyyə – 19 dekabr 1944, Cenevrə) — Misirin son xədivi. 14 iyul 1874-cü ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı Tofiq Paşa, anası isə Əhməd Tosun Paşa soyundan Əminə İlhamidir. İlk təhsilini İsgəndəriyyədə aldıqdan sonra qardaşı Mehmed Əli ilə birlikdə Vyanaya göndərildi. Burada ikən atasının ölüm xəbərini aldı və Osmanlı dövləti tərəfindən Misir xədivi elan edildi (7 yanvar 1892). Osmanlı hökuməti bu əsnada Avropadakı təmsilçilərinə teleqraf yollayaraq yeni xədiv üzərindəki nüfuzunu göstərmək məqsədilə, Abbas Hilminin Misirə gedərkən öncə İstanbula gələcəyini, daha sonra burada ona təsis edilən xüsusi gəmiylə İsgəndəriyyəyə yollanacağını bildirdi. Ancaq Abbas Hilmi Paşa bir bəhanə taparaq İstanbula getməkdən boyun qaçırdı və Avstriya imperatoru Frans İosif tərəfindən ona hədiyyə olunan gəmiylə Qahirəyə yola düşdü. Abbas Hilmi Paşanın çox gənc olması və təcrübəsizliyi səbəbilə Osmanlı hökuməti illərlə Misirdə fövqəladə təmsilçisini saxlamağa davam etdi və bölgədə məşhurlaşan Qazi Əhməd Muxtar Paşanı xədiv müşaviri təyin etdi. Bununla onlar xədivi, Misir üzərində böyük nüfuz sahibi olan İngiltərənin təzyiqindən uzaq tutmağa çalışdılar. Xədivliyinin ilk illərində ingilis ağalığına və ordudakı ingilis təsirinə müxalif olan Abbas Hilmi Paşa bu səbəblə Qahirədəki İngiltərə konsulu və təmsilçiləriylə anlaşmazlıq yaşadı.
Ka (Misir mifologiyası)
Ka — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi.
Misir heroqlifləri (B qrupu)
B qrupuna 7 oturmuş qadın heroqlif daxildir. Burada doğuş da çöməlmiş şəkildə göstərilmişdir. Bu həm də Qədim Misirdə doğuş zamanı vəziyyəti göstərir.
Misir heroqlifləri (C qrupu)
Misir heroqlifləri (C qrupu) — C qrupuna demək olar ki, bütün Qədim Misir tanrıların oturmuş, profildən olan təsvirli 20 heroqlif daxildir. Burada tanrılar başlarına qoyulmuş rəmzlərlə və ya tamamilə heyvan başları ilə təqdim olunur.
Misir heroqlifləri (D qrupu)
D qrupu 66 heroqlifdən ibarət olub, bura baş, göz və onun hissələri, Horus gözü, burun, ağız, qol, əl və s. təsvirləri daxildir.
Misir heroqlifləri (E qrupu)
Misir heroqlifləri (E qrupu) — E qrupu 35 heroqlifdən ibarət olub, bura inək, at, Nilatı, meymun, zürafə, dovşan, çaqqal, fil və s. təsvirləri daxildir.
Misir heroqlifləri (F qrupu)
Misir heroqlifləri (F qrupu) — F qrupu 56 heroqlifdən ibarət olub, bura inək başı, ayağı, buynuzu, dərisi həmçinin heyvan dili, ürək nəfəs borusu ilə, şir başı və ön və arxa hissəsi və s. təsvirləri daxildir.
Misir heroqlifləri (G qrupu)
G qrupu 57 heroqlifdən ibarət olub, bura ibis, kərkəs, bayquş, simurqquşu, qarabatdaq, ördək, bildirçin cücəsi və s. təsvirləri daxildir.
Misir heroqlifləri (H qrupu)
H qrupu 8 heroqlifdən ibarət olub, bura yumurta, caynaq, lələk, qanad, baş və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (K qrupu)
Misir heroqlifləri (K qrupu) — K qrupu 7 heroqlifdən ibarət olub, bura balıq onun pilcuqları və ayrı-ayrı hissələri və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (L qrupu)
Misir heroqlifləri (L qrupu) — L qrupu 7 heroqlifdən ibarət olub, bura böcək, milçək, çəyirtkə, arı, qırxayaq, əqrəb və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (M qrupu)
Misir heroqlifləri (M qrupu) — M qrupu 44 heroqlifdən ibarət olub, bura ot, papirus, xurma, lotos gülü, qamış və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (N qrupu)
N qrupu 44 heroqlifdən ibarət olub, bura günəş, ay, səma, yer, dağ, küçə ya cığır, kanal, yamac və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (O qrupu)
O qrupu 51 heroqlifdən ibarət olub, bura ev, hasar ya divar, pilləkan və s. kimi təsvirlər daxildir.
Misir heroqlifləri (P qrupu)
Misir heroqlifləri (P qrupu) — O qrupu 11 heroqlifdən ibarət olub, bura balıqçı qayığı, yelkən, sükan, dor ağacı və s. kimi təsvirlər daxildir.

Значение слова в других словарях