Həqiqi ədədlər
Həqiqi ədədlər — Rasional və irrasional ədədlərə birlikdə həqiqi ədədlər deyilir. Müəyyən əsaslı, məsələn, onluq say sisteminin rəqəmləri ilə göstərilən tam, yaxud onluq kəsr şəklində istənilən ədəd. Həqiqi ədəd sonlu, yaxud sonsuz rəqəmlər çoxluğu ilə göstərilə bilər. Hər bir həqiqi ədədə düz xətt üzərində bir nöqtə uyğun gəlir.0, 2.5, 345, –2134, 0.00003, 1/3, √2,
həqiqi ədədlərdir, ancaq √(-1) həqiqi ədəd deyil (mənfi, yaxud müsbət ədədlər içərisində belə ədəd yoxdur).
Kompüterlərdə həqiqi ədədlər sonlu sayda rəqəm vasitəsilə göstərilir və rəqəmlərin sayı dəqiqlikdən asılı olur.
Bir çox proqramlaşdırma dillərində “həqiqi ədəd” termininin əvəzinə “sürüşkən nöqtəli ədəd” termini işlədilir
Rasional ədədlər
a/b şəklində(yəni kəsr şəklində)göstərilə bilən bütün ədədlərə rasional ədədlər deyilir. Bu ədədlər Q ilə işarə olunur.
Məsələn: 2/5, 7/2
İrrasional ədədlər
İrrasional ədədlər dövrsüz davamı olan kəslərdir.Məsələn, e=2,7183...Bu ədədlər İ' ilə işarə olunur.
Ədəd oxu
Üzərində başlanğıc nöqtə, istiqamət və uzunluq vahidi seçilən düz xəttdir
Ədəd oxu üzərində, natural natural ədədlər (N), tam ədədlər ədədlər (Z) və rasional ədədlər (Q) çoxluğunun hər bir elementinə uyğun nöqtə vardır.Bu nöqtələr arasındakı məsafəni də tapmaq olar.Məsələn, A(4) və B(-5)arasındakı məsafə |AB|=4-(-5)=9 olacaq
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.