MƏLƏKLƏR

Qurana görə Allahın nurdan yaratdığı varlıqlardır. İnsanlardan fərqli olaraq onlar heç bir cinsə sahib deyildirlər (Quran 43: 19), onlar doğmur və doğulmurlar, heç bir şeyə ehtiyacları yoxdur. İlahiyyatçıların bir çoxu hesab edir ki, mələklərin iradə azadlığı yoxdur və onlar yalnız Allahın buyuruqlarını yerinə yetirirlər. Buna görə də, günah əməllər törədə bilməzlər. İnsanlar mələkləri gerçək görkəmlərində görə bilməzlər. Ancaq bəzi hallarda onlar insan görkəminə girib gözə görünə bilərlər (Quran 11: 69-71). Peyğəmbərlər onları görmüşdürlər. Mələklərin qanadları vardır (Quran, 35: 1). Onlar böyük məsafələri asanlıqla və böyük surətlə qət edə bilirlər (Quran, 70: 4). Bəzi mələklərin adları Quranda və hədislərdə qeyd edilmişdir. Məsələn, Məhəmmədə və başqa peyğəmbərlərə vəhy gətirmiş mələyin adı Cəbraildir. Bununla bərabər digər ən böyük mələklər Əzrayıl, Mikail və İsrafildir. Bunlardan başqa İslamın ilk mənbələrində Münkər və Nəkir, Harut və Marut mələklərinin adları da çəkilməkdədir. İslama görə Allahın əmri ilə mələklər təbiətdə baş verən bütün prosesləri idarə edilər. Onlar insanların həyatında da iştirak edirlər. Onların vasitəsi ilə ana bətnində uşaqlara ruh verilir. Mələklər insanları doğulandan ölənə qədər müşayiət edir, insanların etdikləri xeyir və şər əməllərini yazırlar (Quran, 82: 10-11). İnsan öləndə də onun canını ölüm mələyi alır (Quran, 32: 11, 6: 61). İslamda mələklərin varlığına inanmaq İslam dinin əsaslarından hesab edilir.
MƏLAMƏTİLƏR
MƏLƏKÜL-MÖVT
OBASTAN VİKİ
Mələklər
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
İslamda mələklər
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mavi mələklər (kitab)
Mavi mələklər (roman)
Mələklər və iblislər
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Mələklər və İblislər (roman)
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Mələklər və iblislər (film)
Mələklər və iblislər (orijinal adı: Angels & Demons) Den Braunun eyniadlı kitabına əsaslanan və 15 may 2009-cu ildə nümayiş etdirilən macəra filmidir. Bu, 2006-cı ildə çəkilmiş Da Vinçi Şifrəsi filminin prekvellidir. Çəkilişlər Roma və Los Ancelesdəki Sony Studiosda aparılıb. Tom Henks Robert Lenqdon rolu ilə, Ron Hovard rejissor, Brayan Qreyzer prodüser, Akiva Qoldsman isə ssenarist kimi geri qayıtmışdır. İlk baxışdan sadə bir terror qruplaşması tərəfindən törədilmiş kimi görünən Cernin qətli qəflətən köhnə çəkişmələri olan İlluminati təşkilatının Vatikanı dağıtmaq planını hazırlamasından şübhələnilir. Bundan sonra, hadisəni tədqiq etmək üçün simvoloq Robert Lenqdon Romaya dəvət edilir, burada Robertə italyan alimi Vittoria Vetra ilə müştərək işləyəcəyi və oğurlanmış antimaddəni müştərək formada axtarmalı olduqları bildirilir. Fasiləsiz davam edən axtarışlarla Robert və Vittoria 400 illik qədim simvolları tədqiq edirlər. Dan Braunun eyniadlı romanının ekran uyğunlaşdırılması olan “Mələklər və Şeytanlar” həm də müəllifin “Da Vinçi şifrəsi” filmindən sonra çəkilmiş ikinci ekran adaptasiyasıdır. Əslində, ilk kitab olan Mələklər və Şeytanlar yüksək gəlir gətirən Da Vinçi Kodunun tənqidini qırmaq məqsədi daşıyır.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Mələklər və iblislər (film, 2009)
Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.
Borsellinonun mələkləri (film, 2003)
Borsellinonun mələkləri (it. Gli angeli di Borsellino) — rejissor Roko Cesareonin filmi. == Film haqqında == Emanuela hakim Paolo Borsellino müşayiət vəzifəli bir polis cangüdənlər var. Filmdə o iş və Giovanni Falcone qətli arasında 57 gün ərzində onun qorxuları (13 may 1992-ci il iyulun 19-) haqqında danışır və Borsellino ki.
Göy Mələkləri məbədi
Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi. == Tarixi == Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına baxmayaraq artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır. Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır. Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir.
Mələklərin qəzəbi
Mələklərin qəzəbi (ing. Rage of Angels) — Sidni Şeldonun 1980-cı ildə yazdığı romandır.
Mələklərin seksi (film, 2012)
Mələklərin seksi (isp. El Sexo de los Ángeles) — 2012-ci ildə rejissor Xavier Villaverde tərəfindən ekranizasiya olunmuş film. Mələklərin seksi Alvaro Servantesin (Göy səviyyəsindən 3 metr (film, 2010)), Astrid Bergés-Frisbey'in və Llorenç González'in iştiraki ilə çəkilmişdi. Öz emosiyalarına rəhbərlik edərək həyatlarıyla yaşamağa öyrənməlidirlər. Karla və Bruno bir-birilərini sevirlər və asudə vaxtlarını dostların kompaniyasında keçirərək, bundan böyük zövq alırlar. Bir gün onların həyatında Rey adlı breykdansla məşğul olan və çox cazibəli oğlan peyda olur. Rey — çox sirli gəncdir, heç bir qayda-qanuna tabe olmur, o Brunoya açıqcasına öz sevgisini bildirərək onunla sekslə məşğul olur. Karla boyfrendinin başqa oğlanla xəyanətindən çox sarsılır və ona ayrılmağı təklif edir. Ancaq Bruno Karlanı dəlicəsinə sevdiyindən və bir tərəfdən də yenicə dostlaşmış Reyə olan hisslərin dilemmasındadır. Bu sevgi üçbucağında və dostluqda bütün adi sərhədlər silinərək breykdans və provokasiya edici romantik münasibətlərə və ehtiraslara olan dərin təsirli baxışdır.
Nagyrev mələkləri
Nagyrev mələkləri (mac. Tiszazugi méregkeverők) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən Nagyrev kəndində 300-dən çox kişi kənd sakinlərinin ölümünə səbəb olmuş kəndli qadınlar. Hadisə 1914–1929-cu illərdə kənddə yaşayan qadınların öz ərlərini arsenik zəhəri ilə müəyyən vaxtlarda zəhərləməsi ilə baş vermişdir. Arsenik zəhərinin qadınlara kənd sakini və Nagyrev kəndində mamaça kimi işləmiş Suzanna Fazekasın təmin etdiyi aparılan araşdırmalara müəyyənləşdirilmişdir. Suzanna Fazekas milçək kağızının suda qaynadılması nəticəsində, suyun üzərinə toplanmış hissədən arsenik zəhərini əldə etmişdir. Tarix ədəbiyyatlarında Nagyrevdən olan ölüm mələkləri və ya Tiszazuq zəhər qarışdırıcıları kimi müxtəlif adlarla tanınmış kənd qadınlarının hansı səbəbdən öz həyat yoldaşları başda olmaqla yaxın ailə üzvlərinin zəhərlədikləri tam müəyyələşdirilməmişdir. Səsləndirilmiş versiyalar arasında qadınlar həyat yoldaşlarının Birinci Dünya müharibəsinə yollanmasından sonra kənd yaxınlığında salınmış əsir düşərgəsindəki hərbi əsirlərlə yaxınlıq etməyə başlamışdılar və bəzi qadınlar bu müvəqqəti münasibətin davamlı olması üçün kənd kişilərini zəhərləməyi təklif etmişdir. Bir digər və daha çox üzərində dayanılmış versiya isə kənd qadınlarının öz ərləri tərəfindən ailədaxili şiddətə məruz qalmaqları səbəbindən mamaça Suzanna Fazekasın rəhbərliyi altında belə bir cinayətə əl atmaqları ilə bağlıdır. Nagyrev mələkləri haqqında 2005-ci ildə The Angelmakers sənədli filmi, 2002-ci ildə isə Hukkle adlı Macarıstan istehsalı bədii filmi çəkilmişdir. Suzanna Fazekas 1911-ci ildə Nagyrev kəndinə öz ailəsi ilə birlikdə köçmüşdür.