MƏMMƏD
MƏMMƏDALI
OBASTAN VİKİ
Məmmədağa Bağırov
Məmmədağa Həsənağa oğlu Bağırov (2 dekabr 1997; Masallı rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Bağırov 1997-ci il dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədağa Bağırov noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədağa Dadaşov
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Hüseynov
Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı – 20 yanvar 2002) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. == Mükafatları == Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976 Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000 == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bahar rəqsləri (film, 1962) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Dağlarda döyüş (film, 1967) Əhməd haradadır? (film, 1963) Əlavə iz (film, 1981) Fəallıq (film, 1975) Görüş (film, 1955) Xalq istedadları (film, 1967) Xoşbəxtlik qayğıları (film, 1976) İntizar (film, 1969) Kölgələr sürünür (film, 1958) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qələbənin yolları (film, 1976) Qızıl qaz (film, 1972) Qocalar, qocalar...
Məmmədağa Muradov
Məmmədağa Məmmədhəsən oğlu Muradov (19 fevral 1921, Bakı – 14 noyabr 1969) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == M. Muradov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər. M. Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır. M. Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A. Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur. Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı. Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müğənnilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birgə çıxışlar edir, onları müşayət edirdi. Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir.
Məmmədağa Məmmədov
Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı – 23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971). == Həyatı == Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir.1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini, 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur.Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir. O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 24 may 1960 "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 "Lenin" ordeni "Şərəf nişanı" ordeni == İstinadlar == == Xarici keçidlər == "Mammadagha A Mammadov" (ingilis). Find a Grave. 14 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2021.
Məmmədağa Sultanov
Məmmədağa Sultanov — azərbaycanlı tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı. == Həyatı == Sultanov Məmmədağa Sultan oğlu — 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. İbtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil almışdır. 1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir. == Fəaliyyətləri == "Hücum" jurnalının məsul katibi (1932–1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı "Bolşevik" qəzetinin redaktoru (1933–1935), Masallı rayonu qəzetinin redaktoru (1935–1936), "Gənc işçi" qəzetinin məsul katibi (1936–1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937–1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyat kafedrasının müdiri (1939), Azərbaycan Dövlət Universitetinin aspirantı və müəllimi (1939–1941) işləmişdir. İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941–1942), Qafqazda olmuşdur (1942–1945). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri (1945–1950), Azərbaycan Elmlər Akademiyası Əlyazmaları fondunun direktoru (1950–1972), şöbə müdiri (1972–1976), Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri (1976–1981), Azərbaycan EA respublika Əlyazmaları İnstitutunda baş elmi işçi (1982-ci il-dən) olmuşdur. == Əsərləri == Ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Sənət məktəbi" adlı ilk şerilə başlamışdır. Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur.
Məmmədağa Səfərov
Məmmədağa Balakişi oğlu Səfərov (d. 10 may 1997; Bakı – ö. 21 oktyabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 20 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2014–2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetinin makina mühəndisliyi fakültəsində təhsil almışdır. Oxuduğu universitetdə akt zalına Şəhidimizin adı verilib. == Hərbi xidməti == Məmmədağa öz istəyi ilə təhsilini donduraraq hərbi xidmətə yollanır. 2020-ci ilin oktyabrın 8-də hərbi xidmətə başlamış və Qusar rayonunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Məmmədağa Sərdarov
Məmmədağa Sərdarov — Siyasi elmlər üzrə fəlsəfə doktoru, İctimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist. == Həyatı == Məmmədağa Əhmədkərim oğlu Sərdarov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Qusar rayonunun Gədəzeyxur kəndində anadan olub. 1957-ci ildə Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,1963-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini əyani bitirib. Əmək fəaliyyətinə hələ tələbə ikən fəhləliklə başlayıb. 1962-ci ildən 1966-cı ilə qədər İsmayıllı və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində müəllim işləmiş, 1966-cı ildə komsomol işinə irəli çəkilmiş, Qaradağ rayon Komsomol Komitəsində şöbə müdiri, rayon partiya komitəsində təlimatçı və rayon komsomol komitəsinin birinci katibi işləyəndən sonra 1971-ci ildə Komsomolun Mərkəzi Komitəsində informasiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Üç il burada çalışandan sonra ona Respublika Xalq Nəzarəti Komitəsində işləməyi tövsiyə edilir və orada 17 il əvvəl inspektor, sonra baş inspektor vəzifələrində çalışıb. Bu orqan ləğv edildiyindən o, Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində baş mütəxəssis, 1993-cü ildən isə Nazirlər Kabinetində yeni yaradılan Qaçqınlar və məcburi köçkünlərin məsələləri üzrə şöbəsində böyük referent işləyib. Həmin illərdə işlədiyi təşkilatların mükafatları ilə yanaşı "Rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Ailəsi == Üç övladı, 5 nəvəsi var Həyat yoldaşı — Pakizə Əliş qızı Sərdarova 1945-ci ildə anadan olmuş, 2004-cü ildə vəfat etmişdir. Elçin Məmmədağa oğlu Sərdarov – 1969-cu il təvəllüdlü, ali təhsillidir, Təhsil Nazirliyində işləyir, Emin Məmmədağa oğlu Sərdarov – 1971-ci il təvəllüdlü, ali təhsillidir, Respublika Dövlət Arxivinin direktorudur.
Məmmədağa Tərlanov
Məmmədağa Əlibaba oğlu Tərlanov (16 mart 1918, Bakı – 9 dekabr 1988, Bakı) — Azərbaycan təsviri və tətbiqi sənətinin tədqiqatçısı, sənətşünas alim, professor, müəllim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == 1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. Əslən Bakının Novxanı kəndindən olan rəssam 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. Həmin ilin iyun ayında cəbhəyə yollanmışdır. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan Məmmədağa əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947–1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi.
Məmmədağa Umudov
Məmmədağa Məmmədəli oğlu Umudov (d. 27 may 1949, Əmircan) — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == === Təhsili === Umudov Məmmədağa Məmmədəli oğlu 1949-cu il may ayının 27-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 84 və 97 nömrəli məktəblərdə almışdır. Əmircandakı musiqi məktəbinin tar sinfini bitirmişdir. 1968-ci ildə Asəf Zeynallı adına musiqi texnukumunu bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin tar ixtisası (1973) və bəstəkarlıq (1977) fakültəsini bitirmişdir. Bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuşdur. === Yaradıcılığı === Tələbəlik illərinin ilk yaradıcılıq axtarışları nəticəsində kamera instrumental və simfonik janrda bir sıra əsərlər, o cümlədən "12 prelüd", "Fortepiano triosu" (1973-75), fortepiano üçün prelüdlər və sonatına (1974-75), variasiyalar, simli kvartet və s. yazır.
Məmmədağa İmanov
Məmmədağa İqab oğlu İmanov (4 aprel 2001; Dalğalı, Neftçala rayonu, Azərbaycan – 29 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa İmanov 2001-ci il aprel ayının 4-ü Neftçala rayonunun Dalğalı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlamış, Beyləqanda davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci il mayın 31-i Məmmədağa İmanovun nəşi tapılmış və ailəsinə təhvil verilmiş və Neftçala Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədağa Şirəliyev
Məmmədağa Şirəli oğlu Şirəliyev (19 sentyabr 1909, Şamaxı – 19 aprel 1991) — filologiya elmləri doktoru (1943), Əməkdar elm xadimi (1962), professor, AMEA-nın dilçilik üzrə həqiqi üzvü (1962), türkoloq, dilçi. == Həyatı == Məmmədağa Şirəliyev 19 sentyabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. == Əmək fəaliyyəti == Məmmədağa Şirəliyev 1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsini icra etmişdir. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi hissə üzrə prorektoru olmuşdur. 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru olan Şirəliyev Azərbaycan SSR EA İctimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir. == Elmi yaradıcılığı == Məmmədağa Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.M.Ş.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir.
Məmmədağa Dadaşov (aktyor)
Məmmədağa Ağarəhim oğlu Dadaşov (12 aprel 1912, Bakı – 3 dekabr 1996, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə daha çox müvəffəq olub. == Həyatı == Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb. Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov — Bəstəkar, səs rejissoru. == Həyatı == 1951-ci il yanvarın 5-də anadan olub. == Əsərləri == Skripka və piano üçün 2 Pyes (1991); Nəfəsli orkestr üçün "Marş" (1992); Piano üçün 6 Prelüd (1998). B. Vahabzadə, N. Xəzri, M. Rahim, İ. Dadaşov, O. Şamilin söz. 14 Mahnı (1990–2001).
Məmmədağalı
Məmmədağalı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Seyidqışlaq kəndi mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Seyidqışlaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədağalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd məmmədovlar nəslinin məskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin tarixinə dair geniş araşdırma aparılmayıb, lakin üzərində alban yazısı olan daşın tapılması göstərir ki, kəndin tarixi qədim dövrə gedib çıxır. Kəndin adına İsmayıl bəy Qutqaşınlının "Səfərnamə"sində "Məhəmmədağalı" şəklində rast gəlinir. Məmmədağalı kəndində 2005-ci ildə Milli Məclisin qərarına əsasən İnzibati Ərazi Nümayəndəliyi təşkil edilmişdir. 2003-cü ilə qədər Bund kənd İƏN daxilində, 2003-2005-ci illər ərzində Seyidqışlaq kənd İƏN tərkibində inzibati ərazi olmuşdur. 1999-cu ildən etibarən bələdiyyə strukturu fəaliyyət göstərir. Seçicilərin sayı 250 nəfərdir.
Məmmədağalı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyidqışlaq-Məmmədağalı yolu
Y-36-01 — Seyidqışlaq-Məmmədağalı yolu yerli əhəmiyyətli yoldur. Ümumi uzunluğu 18 km-dir. 2005-ci il avqust ayında yolun 1-ci km-də Dəstəmazçay üzərində uzunluğu 12 m olan körpü tikilərək istifadəyə verilmişdir.
Seyidqışlaq–Məmmədağalı yolu
Y-36-01 — Seyidqışlaq-Məmmədağalı yolu yerli əhəmiyyətli yoldur. Ümumi uzunluğu 18 km-dir. 2005-ci il avqust ayında yolun 1-ci km-də Dəstəmazçay üzərində uzunluğu 12 m olan körpü tikilərək istifadəyə verilmişdir.