Məmmədağa Balakişi oğlu Səfərov (d. 10 may 1997; Bakı – ö. 21 oktyabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
Məmmədağa Səfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Balakişi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Məmmədağa Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Yasamal rayonu 20 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2014–2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetinin makina mühəndisliyi fakültəsində təhsil almışdır. Oxuduğu universitetdə akt zalına Şəhidimizin adı verilib.
Məmmədağa öz istəyi ilə təhsilini donduraraq hərbi xidmətə yollanır. 2020-ci ilin oktyabrın 8-də hərbi xidmətə başlamış və Qusar rayonunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Səfərov ölümündən sonra "Vətən uğrunda" və 'Xocavəndin azad olunması uğrunda" medalları ilə ilə təltif edildi.[2]