MƏSTAN

[fars.] 1. прил. кефлу хьиз аквадай, авахьзавай, хумар (вилер); 2. сущ. Местан, кацин тӀвар; кац.
MƏST¹
MƏSTANƏ
OBASTAN VİKİ
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Məstan Əliyev
Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan, Qazax qəzası – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı. 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi. Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.
Məstanabad (Nir)
Məstanabad (fars. مستان اباد‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (37 ailə).
Məstanabad (Sayınqala)
Məstanabad (fars. مستان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (35 ailə).

Digər lüğətlərdə