Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. == Bioqrafiya == Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir. === Şəhid olması === Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır.
Rüzgar
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Rüzgar Birliyi
Rüzgar birliyi (türk. Rüzgâr Birliği) və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu) — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi. Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir. == Tarixi == "Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır. === Birinci Qarabağ müharibəsi === Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar.
Rüzgar Əfəndiyeva
Rüzgar Əfəndiyeva (tam adı: Rüzgar Şahmar qızı Əfəndiyeva (Qurbanova); 1947, Bərdə, Azərbaycan SSR — 2011, Bakı, Azərbaycan) — Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974).
Rüzgar (reper)
Aydın Hüseynov, ya da tanınan səhnə adı ilə Rüzgar (Sumqayıt) — Azərbaycan repçisi. == Həyatı == İlk dəfə 2013-cü ildə "Hələki 1%" adlı trekini yayımlamışdır. 2018-ci ildə "Yenə gedirəm" adlı trekinə görə 30 sutka həbs cəzası verilmişdir. 2019-cu ildə "Xpert" və "Paster"lə birlikdə "Phenom" trekində iştirak edir. = Diskoqrafiya = Sinqllar Hələki 1% (2013) Beş Barmaq (2014) Terroreast (2014) Tanrı (2016) Dəli (2016) O gecə yata bilmir Yeni Səviyyə Yaşıl Sex in Trap Vecimə deyil Help me (Qara Dəvətnamə) Yenə gedirəm Trend Təsadüfən əlim dəydi Unuduram İyirmi doqquz Albomlar Sərt Əsinti Sərt Əsinti 2 Sərt Əsinti 3 Elçi Oyan == Tənqid == 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rüzgarın "Yenə gedirəm" mahnısı da yer alıb.
Musiqar
Musiqar (Panın fleytası) - qədim nəfəs alətlərindən biridir, dodaqla çalınır. Rumınlar musiqarı «nay» adlandırırlar. Avropada musiqara bəzən «pan fleyta» da deyirlər. Musiqar qədim nəfəs alətlərimizdən biridir və dodaqla səsləndirilir. Musiqarın səsləndirilməsi digər nəfəs alətlərindən kəskin fərqlənir. Yəni musiqar çalğı alətlərimizin sırasında yeganə alətdir ki, ifaçı müxtəlif yüksəklikli səsləri çalan zaman əllərdən, daha doğrusu, barmaqlardan istifadə etmir. Çalğı alətlərimiz şərti olaraq 4 qrupa bölünür: 1.Qədimdə yaranan və müasir dövrümüzə qədər gəlib çıxan alətlər tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. 2.Qədimdə yaranıb və unudulmuş, sonradan bərpa edilən çalğı alətləri – bərbət, rud, çəng, kos, qaşığek, çəğanaq və s. 3.Şərti olaraq mühacir adlandırılan alətlər – Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, gərənay, musiqar və s. 4.Müasirlərimiz tərəfindən icad edilən alətlər – sinəud, zülfar, dilrüba, əsa ney, neyvari və s.Musiqar da mühacir alətlərimizdəndir.
Raziqan
Raziqan — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Xərrəqan bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 426 nəfər və 138 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan Türkcəsində danışırlar.
Nüzgar
Nüzgar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == Toponimikası == Nüzgar oyk., şada. Cəbrayıl rayonunun Quycaq inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş əhali hazırda Qarqunun evləri adlanan köhnə kənd xarabalığının yanında, qarğılı, qamışh sahəda salmışdır. Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə Ermənistanın Qarakilsə, Icevan, Kankeravan, Saxkunq, Çatqıran adlı yaşayış məntəqələrindən gəlmiş erməni ailələri qəd.
Antonio Rüdiger
Antonio Rüdiger ( 3 mart 1993, Berlin ) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Rüdiger Hauffe
Rüdiger Hauffe 6 may 1956-cı ildə anadan olub. O, idmançı kimi aktiv avarçəkmə karyerasına 1971-ci ildə "Maqdeburq" İdman Klubunda başlayıb. 3 il sonra gənclər arasında dünya çempionu olub. 1979-cu ildə idmançı karyerasını bitirib və məşqçilik fəaliyyətinə start verib. O, Almaniyanın müxtəlif klublarının baş məşqçisi kimi, yığma komandaya layiqli idmançılar hazırlayıb. Yetirmələrindən biri - Manuela Lutze 1988-ci il Seul Yay Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı olub. Bir neçə yetirməsi isə gənclər arasında dünya çempionatlarında fərqlənib. 2006-cı il avqustun 10-da Hauffe İranın akademik avarçəkmə üzrə milli komandasına baş məşqçi təyin olunub. 1 may 2007-ci ildə isə o, fəaliyyətini İranın kişilərdən ibarət akademik avarçəkmə yığmasının məşqçisi kimi davam etdirib. 2008-ci ildə akademik avarçəkmə üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunub.
Nuzqar Bakayev
Nuzqar Bakayev (oset. Къæбысты Зауыр, 25 sentyabr 1934, Cənubi Osetiya – 21 dekabr 2018) — Cənubi Osetiya publisisti, şair, müəllim, siyasətçi və ictimai xadim. 4-cü çağırış Cənubi Osetiya Parlamentinin deputatı (2004–2009). Cənubi Osetiya Respublikası Yazıçılar Birliyinin üzvü. == Bioqrafiyası == 25 sentyabr 1934-cü ildə Gürcüstan SSR-in Bakatikau kəndində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildən Bakatikauda bir ibtidai məktəbdə oxuyur. Orta təhsilini 1953-cü ildə Ziulet kəndində orta məktəbdə almışdır. 1953-cü ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun (bu gün — Cənubi Osetiya Dövlət Universiteti) osetin dili və ədəbiyyatı şöbəsinə daxil olur. Ali təhsil aldıqdan sonra Tsxinvali rayonunda səkkiz illik Vilda məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyir. 1961-ci ildən Dmenis səkkizillik məktəbində osetin dili və ədəbiyyatı müəllimi işləyir.
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafazası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzəsi
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.