Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Misrabad (Xudabəndə)
Misrabad (fars. مصراباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (100 ailə).
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Misrata
Misurat (ərəb. مصراته‎) — Liviyada şəhər. Enyi adlı vilayətin paytaxtıdır. Tripoli və Benqazi sonra Liviyanın üçüncü böyük şəhərdir.
Mira
Mira — bu günkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Atsuhiro Miura
Atsuhiro Miura (d. 24 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 1 qol vurub.
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Euphorbia misera
Euphorbia misera (lat. Euphorbia misera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Kazuyoşi Miura
Kazuyoşi Miura (26 fevral 1967, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 89 oyun keçirib, 55 qol vurub. == İstinadlar == == Xarici keçidlər == Dünyanın ən yaşlı futbolçusu – "Kral Kazu" hələ də qol vurur.
Misora Hibari
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. == Həyatı == Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır.Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir. İeyasunun dəstəyi ilə ingislərə və hollandlara məktublar yazmış, onları Yaponiya ilə ticarət etməyə dəvət etmişdir.
Miura Kinnosuke
Miura Kinnosuke (三浦謹之助, 21 mart 1864, Mutsu əyaləti[d], Tosando[d] – 11 oktyabr 1950) – Yaponiya internoloqu. Yaponiyada neyrodaxili tibbin qurucusudur. == Həyatı == Miura Kinnosuke 1864-cü ildə Yaponiyanın Mutsu əyalətində doğulmuşdur. 1887-ci ildə Tokio Universitetindən məzun olmuş, 2 il Tokioda alman internoloq Ervin Belzdən dərslər almışdır. 1889-cu ildə Şahzadə Arisuqavanın şəxsi həkimi kimi Avropaya səyahət etmək şansı qazanmışdır. 1889–90-cı illərdə Parisdə yaşamışdır. Şahzadə Arisuqava ilə işi bitdikdən sonra 1891–1892-ci illərdə Parisdə yerləşən Salpetrier xəstəxanasında Jan-Martin Şarkonun klinikasında işləmiş və onun tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur.Miura Honşunun şimal-qərbində yayılmış Jerlye xəstəliyi və Ascaris ovis adlı bağırsaq paraziti növü haqqında araşdırmalar aparmışdır. O, Yaponiya Daxili Tibb Cəmiyyətinin və Yaponiya Neyrologiya Cəmiyyətinin yaradılmasında vacib rol oynamışdır. O, həmçinin Fransa ilə Yaponiya arasında tibb mübadilələrinin aparılmasında iştirak etmişdir.
Miura yarımadası
Miura yarımadası (yap. 三浦半島) — Yaponiyanın Kanaqava prefekturası ərazisində yerləşir. Tokio və İokoqama şəhərlərindən cənubda qərar tutur. Tokio və Saqami körfəzlərini ayırır. Yarımadada Yokosuka, Miura, Hayama, Dzusi və Kamakura şəhərləri vardır. Yarımada turisləri özünə cəlb edir. Şərqində ABŞ hərbi-dəniz bazası yerləşir. Hansı ki, Yaponiya özünü müdafiə qüvvələri təmərküzləşmişdir.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Qenta Miura
Qenta Miura (1 mart 1995, Toyohaşi, Ayçi prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yasutoşi Miura
Yasutoşi Miura (d. 15 iyul 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Əl-Misri
"Əl-Misri" (ərəb. المصري‎; mənası – misirli) — 1936–1954-cü illərdə Misirin Qahirə şəhərində nəşr olunan ərəbdilli qəzet. Qəzet mövcud olduğu dövrdə ən çox oxunan qəzetlərdən biri olmuşdur. "Əl-Misri" 4 may 1954-cü ildə Misir hakimiyyəti tərəfindən bağlanmışdır. == Tarix və profil == "Əl-Misri" 1936-cı ildə Kərim Sabit, Məhəmməd Əl Taba və Mahmud Əbu Əl-Fəth tərəfindən yaradılmışdır. Qəzetin yaradılmasında aparıcı yəhudi iş adamı Eli Politi də köməklik etmişdir. "Əl-Misri" fəaliyyətə başladıqdan bir müddət sonra Mahmud Əbu Əl-Fəth qəzeti bir neçə min dollara satın almış və onu "Vəfd" partiyasının rəsmi media orqanına çevirmişdir. Mahmud Əbu Əl-Fəthin kiçik bacıları qəzetdə işləyirdilər: Hüseyn Əbu Əl-Fəth idarəedici redaktor, Əhməd Əbu Əl-Fəth "Əl-Misri" jurnalının redaktoru idi.1954-cü ilin mayında "Əl-Misri"də Camal Əbdül Nasirdən Nasserdən "Vəfd" partiyasının siyasətinə əməl etməsini tələb edən bir neçə məqalə dərc edildikdən sonra Fəth qardaşları milli maraqlara sədaqətsizlikdə ittiham edilmişdir. Qəzet 4 may 1954-cü ildə qadağan edilmişdir. "Əl-Misri" bağlandıqdan dərhal sonra onun nəşriyyat imkanları həmin il nəşr olunan dövlət qəzeti "Əl-Cümhuriyyə" nəşri üçün istifadə edilmişdir.
Kentaro Miura
Kentaro Miura (三浦 建太郎, Miura Kentarō, 11 iyul 1966[…], Çiba – 6 may 2021[…]) — Yaponiya manqakası. O, daha çox məşhur "Berserk" adlı qaranlıq fantaziya seriyası ilə tanınırdı. Bu, 1989-cu ildə seriallaşdırılmağa başlamış və onun ölümünə qədər davam etmişdir. 2021-ci ilə qədər "Berserk"in tirajı 50 milyon kopyadan çox idi və bu, onu bütün zamanların ən çox satılan manqa seriyalarından birinə çevirmişdir. Miura 2002-ci ildə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür. == Erkən illəri == Kentaro Miura 11 iyul 1966-cı ildə Yaponiyanın Çiba prefekturasının Çiba şəhərində anadan olub. O, 1976-cı ildə, 10 yaşında "Miuranger" adlı ilk manqasını yaratmışdır. Bu, Miuranın sinif yoldaşları üçün məktəb nəşrində dərc edilmişdir və nəticədə 40 cilddən ibarət olmuşdur. 1977-ci ildə Miura Ken e no Miçi (剣への道, Ken e no Michi, azərb. Qılıncın yolu‎) adında ikinci manqası yaratmışdır.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç, Dubrovnik-Neretva jupaniyası[d]) — Serbiya voleybolçusu.
Misa Şimizu
Misa Şimizu (清水美沙, Shimizu Misa, d. 25 sentyabr 1970, Tokio), yaponiyalı aktrisa. 2005-ci ildə Yaponiya və Kanadanın birgə Paper Moon Affair filmində məşhur kanadalı aktyor Brendan Fletçer ile birlikdə ifası ilə yadda qalıb. == Filmoqrafiyası == 2014-2015 Keishichô sôsa ikka kyû gakari (TV serial) 2015 Naki Meshi Kyôko (TV Mini-serial) 2014 Kyota No Otsukai (Qısa film) 2014 Onna wa sore wo yurusanai (TV Mini-serial) 2014 Jûisan jiken desuyo (TV Mini-serial) 2014 Tokumei tantei (TV Mini-serial) 2014 Border: Keishichô Sôsa Ikka Satsujinhan Sôsa Dai 4-gakkari (TV Mini-serial) 2013 Akai reikyûsha 32: Rasetsu no sanshimai (TV film) 2013 Banana to gurôbu to jinbeezame 2012 Kyouta no houkago (Qısa film) 2012 Hôigaku kyôshitsu no jiken file 34 2012 Sherî 2011 Tidy Up *2011 Shoujotachi no rashinban 2011 Tokyo Control (TV serial) 2010 Ren'ai gikyoku: Watashi to koi ni ochitekudasai 2010 Matataki *2010 Bokkusu! 2010 Memoirs of a Teenage Amnesiac 2010 Sonotoki made sayonara (TV Film) 2009 Hi to shio (TV Film) 2009 Shizumanu taiyô 2009 The Harimaya Bridge 2009 Rain Fall 2008 Boku no obaachan 2008 Umikaze ni fukarete 2007 Môryô no hako 2007 Tenkôsei: Sayonara anata 2007 Akôkurô 2006 Soredemo boku wa yattenai 2006 22 sai no wakare 2005 Paper Moon Affair 2005 Ubume no natsu 2005 Yasashii jikan (TV serial) 2002 Umi wa miteita 2001 Denen no yuutsu 2001 Akai hashi no shita no nurui mizu 2001 Kokubetsu (TV Filmi) 2000 Shinsengumi (səsləndirmə) 1999 Second Chance 1999 Atsumono 1998 Rakuen eno hashi (TV Film) 1998 Kanzo sensei 1998 Tokugawa Yoshinobu (TV serial) 1997 Tôkyô Dragon 1997 Zakuro yakata 1997 Hotaru no yado (TV Film) 1997 Unagi 1997 Ningen isu 1997 Gimu to engi 1997 Kimi ga jinsei no toki (TV serial) 1996 Shall we dansu? 1995 Gerende ga tokeruhodo koishitai 1995 Namida tataete bishô seyo: Meiji no musuko, Shimada Seijiro (TV Film) 1995 Setsunai haru (TV Film) 1995 Yonshimai monogatari 1994 Shijûshichinin no shikaku 1994 Nettai rakuen kurabu 1993 Watashi ga koroshita otoko (TV Film) 1993 Shinjitsu ichiro (TV Film) 1992 Okoge 1992 Mirai no omoide: Last Christmas 1992 Ude ni oboe ari (TV serial) 1992 Shiko funjatta 1991 Jutai 1990 Bakayarô!
İsra Hirsi
İsra Hirsi (ing. Isra Hisri; 22 fevral 2003, Minneapolis, Minnesota) — Gənclərin iqlim tətilinə rəhbərlik edən amerikalı ətraf mühit fəalı. 2020-ci ildə o, Fortunenin 40-dan 40-a qədər siyasətçilər və hökumət rəsmiləri siyahısına daxil edilir. == Bioqrafiya == Hirsi 22 fevral 2003-cü ildə Minnesota ştatının Minneapolis şəhərində ABŞ konqresmeni İlhan Ömərin ailəsində anadan olub. 12 yaşında o, Mall of America-da Jamar Clark tərəfindən ədalət uğrunda keçirilən etiraz aksiyasında iştirak edib. O, hazırda Minneapolis Liseyində oxuyur, burada ilk dəfə ətraf mühit klubuna qoşulub. O, gənclərin iqlim tətilinin qurucularından biridir. İsra 15 mart və 3 may 2019-cu il tarixlərində ABŞ-də yüzlərlə tələbənin başçılıq etdiyi tətilləri koordinasiya edib. 2019-cu ilin yanvarında Youth Climate Strike, iqlim dəyişikliyi üçün qlobal gənclər hərəkatının Amerika qolunun ABŞ-dəki həmtəsisçilərindən biri olub. O, bu qrupun birgə icraçısı kimi çıxış edir.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.