MƏSUM
MƏSUMANƏ
OBASTAN VİKİ
Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Fuad Məsum
Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم‎; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür. == Gəncliyi və təhsili == Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı. == Siyasi fəaliyyəti == 1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu.
Məsum Abbasov
Məsum Əkbər oğlu Abbasov (10 noyabr 1937, Yuxarı Əndəmic, Ordubad rayonu – 2019, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Tikinti Nazirinin müavini (1982–1987), SSRİ Əmək Veteranı (1988) və Əməkdar İnşaat Xadimi (1989). Məsum Abbasov 1937-ci ilin 10 noyabr tarixində, Ordubad rayonunun Əndəmic kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1962-ci ildə universiteti "İnşaat Mühəndisi" ixtisası ilə başa vurub. Həmin ildə, Məsum Abbasov Azərbaycan SSR Tikinti Nazirliyində (MinStroy) çalışmağa başlayıb və növbəti illərdə inşaat üzrə inspektor, baş inspektor və şöbə rəisi vəzifələrində xidmət edib. 1963-cü ildən bəri, Tikinti Nazirliyinin Həmkərlar İttifaqının üzvü olub. 1982-ci ildə, Məsum Abbasov Azərbaycan SSR Statistika Nazirliyinin rəhbərlər üçün xüsusi kursunu bitirdikdən sonra, Azərbaycan SSR Tikinti Nazirinin müavini və inşaat üzrə dövlət nəzarət-reviziya komissiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1988-ci ilin 30 dekabr tarixində, dövlət xidmətinə görə "Əmək Veteranı" medalı ilə təltif edilib. 1989-cu ildə, SSRİ "Əməkdar İnşaat Xadimi" fəxri adına layiq görülüb. 1988–1991-ci illər arasında, Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Baş İstehsalat Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Məsum bəy Qayıbov
Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov (d. 1864, Şuşa, Rusiya imperiyası — ö. 1915, Tiflis, Rusiya imperiyası) — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir. Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadier Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir.
Məsum bəy Səfəvi
Cəmaləddin Məsum bəy Səfəvi — Şeyxavənd tayfasına mənsub əmirlərdən biri. O, Şah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi idi. Sonra bir müddət yüzbaşılıq etdi. 1546-1547-ci illərdə Şeyx Səfi məqbərəsi vəqf əmlakının mütəvəllisi, 1559-1560-cı illərdə isə “Vəkalət-i Şah- i din-pənah”, yəni divan əmiri olub, vəzir vəzifəsinə yüksəlmişdi. Məsum bəy 1551-1552 -ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. 1556-cı ildə Məsum bəy lələ kimi şahın oğlu Heydər mirzəyə təhkim olunmuşdu. Şahzadə İsmayılın Qəhqəhə qalasına salınmasının səbəbkarı o idi.Şah Təhmasibin vəziri və vəkili vəzifələrini yerinə yetirən Məsum bəy 976-cı ildə 1568-ci ildə Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə öldürülmüşdür. Anonim müəllif tərəfindən yazılmış Tarix-i Qızılbaşan adlı əsərdə Məsum bəy Səfəvi haqqında məlumat verilir. Müəllif yazır: “Şeyxavənd tayfasının böyük əmiri Məsum bəy Səfəvidir. Onlar Həzrət Sultan Şeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər.
Məsum kəndi (Çaldıran)
Məsum kəndi (fars. معصومكندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (8 ailə).
On dörd Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə

Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, pravoslav)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.

Digər lüğətlərdə